Hamiləlikdə baş ağrısından qurtulmağın 9 TƏBİİ YOLU
10.05.2017   Bölmə: Hamiləlik





Hamiləlik qadınların həyatında xüsusi dövrdür. Bu zaman kəsimində baş ağrısı onlar üçün kabusa çevrilir. Xüsusilə hamiləliyin ilk 3 ayında baş ağrıları özünü daha çox göstərir. Bəs ağrıkəsici dərman içmədən baş ağrısını azaltmaq mümkündürmü?
Sun.Az Ailem.az-a istinadən türkiyəli nevroloq Funda Uysal Tanın hamiləlik dövründə baş ağrılarını azaltmaq haqda fikirlərini təqdim edir.Mütəxəssis ilk növbədə onu bildirir ki, miqreni olan qadınlarda hamiləlik dövründə baş ağrıları daha çox artır. Bundan başqa, miqren problemi olmayan qadınlarda da hamiləliyin xüsusilə ilk 3 ayında baş ağrıları normaldan daha tez müşahidə edilir: "Hamiləlikdə ən çox müşahidə edilən baş ağrılarından biri gərginlik tipli baş ağrılarıdır. Bu ağrılar əsasən hamiləlik dövrünün gətirdiyi stress, qayğı, hormonal dəyişikliklərdən irəli gələn bir sıra narahatlıqlar, işləyən hamilə qadınlarda gündəlik işlərin səbəb olduğu yorğunluq kimi səbəblərdən ortaya çıxır. Gərginlik tipli baş ağrıları bütün başa yayılır, təzyiq edər tərzdə, xüsusilə axşama doğru ortaya çıxan, çox şiddətli olmayan, amma yenə də insanı narahat edəcək səviyyədə olan ağrılardır. Hamiləliyin ikinci və ya üçüncü trimestrindən sonra çəki artır və duruş, qamət pozuqluqları ortaya çıxır, yuxu nizamsızlıqları baş verir. Bu sadalananlar da baş ağrılarına gətirib çıxarır". Hamiləlikdə müşahidə edilən baş ağrılarına qarşı ağrıkəsici dərmanların istifadə edilməsi tövsiyə edilmir. Həkim bəzi xüsusi hallarda və ya çox məcbur qaldıqda parasetamol tərkibli dərmanlar qəbul edilə biləcəyini deyir: "Ancaq xüsusilə ilk 3 ayda ağrıkəsicilərdən uzaq durmaq lazımdır. Hamiləlikdə dərman istifadəsi fetal inkişaf baxımından risklidir. Bu, qanamaya səbəb ola bilər və qaraciyər fermentlərinin yüksəlməsinə gətirib çıxarar". Hamiləlikdə damar genişlənmələri və qan axımındakı artım kimi faktorlar da miqren ağrılarının artmasına səbəb olur: "Miqren xəstələrinin hamiləlik dövrünü daha rahat keçirmələri üçün hamilə qalmazdan əvvəl bəzi tədbirlər görmələrində fayda var. Xüsusilə planlı hamiləliklərdə miqreni olan qadının botoks etdirməsi müsbət nəticə verər". Həkim hamiləlikdə baş verən baş ağrılarına qarşı diqqətli olmağı məsləhət görür. Çünki hamiləlik zamanı bəzi fəsadlar səbəbindən də baş ağrıları ortaya çıxa bilər. "Preeklampsi" deyilən hamiləlik zəhərlənməsi zamanı da əlamətlərdən biri baş ağrılarıdır: "Normal müalicələrə cavab verməyən şiddətli baş ağrısına ani təzyiq yüksəlməsi ilə bərabər, üzdə, əl və ayaqlarda şiş də varsa, vaxt itirmədən həkimə müraciət edilməlidir. Bununla yanaşı, başın içindəki təzyiq artımı kiçik damar tıxanıqları yaradır və laxtalanma riskini artırır. Bu səbəbdən də gərginlik və ya miqren tipli baş ağrısına uyğun gəlməyən ağrılar zamanı mütləq nevroloqa müraciət edin". Hamiləlik dövründə baş ağrılarından qorunmaq üçün...

 1) Hamilələr yuxu rejiminə hər zamankından daha çox diqqət göstərilməlidir. Eyni saatda yatıb eyni saatda oyanmaq baş ağrılarının qarşısının alınmasına kömək olacaq. 

2) Sağlam və balanslı qidalanma qaydalarına diqqət edilməlidir. Ana və ara paylar mütləq yeyilməlidir. Qan şəkəri oynamaları baş ağrıları yaratdığı üçün ara paylar olduqca əhəmiyyətlidir. 

3) Gün ərzində 2-2.5 litr su içmək lazımdır.

 4) Xüsusilə işləyən hamilələr kompüter arxasında uzun müddət qalmamalıdır. Qısa fasilələr vermək və arada açıq havaya çıxmaq işləyərkən ortaya çıxan baş ağrılarının yüngülləşməsinə fayda verər.

 5) Hərəkətsizlikdən qaçın. Uzun müddət eyni mövqedə oturmaq baş ağrılarına səbəb olur. 

6) Hər gün nizamlı olaraq piyada yeriyin və idman edin. 

7) Maqnezium həblərindən istifadə etmək baş ağrılarının azalmasına kömək olar. 8) Uzun müddət keçməyən baş ağrıları üçün başa soyuq su ilə islanmış bez qoyun. 

9) Unutmayın ki, baş ağrıları hamiləliyin üçüncü ayından sonra yüngülləşir. Yalnız yuxarıda sadalananlarla həmin ağrıları yüngülləşdirə bilərsiniz. Milli.Az

loading...
 (Səs sayı: 0)
Müəllif: meley0001     Baxış sayi: 550     10.05.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Hamiləlikdə idman etməyin faydası Hamiləlik zamanı ishal
Körpəm qızdır? yoxsa oğlan? Hamilələrə xəbərdarlıq: bitki çayı erkən ..
Hamiləlik dövründə yüksək təzyiq Hamilə qalmaq üçün həmin gün sevişin! - QAD..
Hamiləliyin ən gözəl tərəfləri Doğum sancısının sirri həll edildi
Hamiləlik zamanı istifadə olunan ağrıkəsicil.. Ektopik hamiləlik nədir?
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
xowbextlik
Qısa məlumat
xowbextlik
: qiymət: 0
Tarix: 03.06.2017 | # 3
xb ucun twkedirik





 

_ESMERALDA_
Qısa məlumat

Seçilmiş istifadəçi Şərhlər üzrə aktivliyinə görə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi
_ESMERALDA_
: qiymət: 0
Tarix: 11.05.2017 | # 2
Xebercun tewekkurler.




 

WIRINIM
Qısa məlumat

Seçilmiş istifadəçi
WIRINIM
: qiymət: 0
Tarix: 11.05.2017 | # 1
CANIM BILMEDIKLERIMIZI OYRENIRIK SENIN SAYENDE...TWK





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 4
Qonaqlar: 224
Cəmi: 228
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Ayla123
emoxime
Michaeelfek
murley
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113532
Sayğaclar



Mp3 yukle