Necə də acizsiniz!!!
12.05.2017   Bölmə: Sevgi


Elə bil ölmüsən... Səni hətta görəndə belə mənə elə gəlir tamam başqasıdır. Həmin cizgilər də elə bil dəyişib. Elə bil birinci dəfədir görürəm səni. Tamam başqasıdır qarşımda duran.

Səni əvvəlkindən də çox istəyirəm. Həmişə əzizsən mənə, həmişə anıram səni. Anıram səni, amma başqa səni. Həmişə yanımda duran, xəfifcə gülümsəyən , hamıdan əvvəl məni başa düşən, məni duyan , mənə hər kəsdən əziz səni. Amma indi o təbəssümün ala- toran yaddaşımda əsir. Onu görürəm , amma hardasa uzaqda. Boylarııram ki, yaxşıca görüm. Amma təbəssüm yerindən tərpənmir. Nə yaxınlaşır , nə uzaqlaşır.

Aha, aydınlaşdı. Necə də kədərli təbəssümdür! Mən də cavabında kədərlə gülümsəyirəm. Başımı sakitcə aşağı salıram. Sonra başımı qaldırdıqda təbəssüm yox olur.

Bax belə... Həmişə... Səni elə bil heç vaxt tanımamışam. Tanıdığım başqası olub. O , ya sağollaşmamış harasa gedib uzaqlara və heç vaxt qayıtmayacaq, ya da qeyb olub, bilmirəm hara.

Səninsə heç adını da bilmirəm. Kimsən , nə vaxt gəlmisən, niyə gəlmisən- onu da bilmirəm.

Elə bil ayrı -ayrı adamlarsınız. Onu qəlbimdə isidirəm, darıxıram onunçun, səsini eşitmək istəyirəm, səni isə... heç tanımaq da istəmirəm , bilmirəm kimsən. Məndə heç bir hiss yaratmayan , tamamilə mənimçün laqeyd, yad birisisən. Adın da yaddır mənə.

Qəribədir... Niyə belə olur?! ... Mən yenə də o təbəssümü axtarıram... Hə axtarıram, hardadır...? Yəqin heç vaxt tapmaram.

O həmişə vaxtaşırı gəlir və sonra yenə də yox olur. Bilirsən nə vaxt gəlir? - Ən qayğılı vaxtlarımda gəlir göz yaşlarımı silməyə , gəlir ki, baxsın gözlərimin içinə :" Hər şey yaxşı olacaq , görərsən!" -deyə pıçıldasın. Yenə də əvvəlki kimi kədərlə gülümsəyib yox olur. Mən onu ümidsiz çağırıram , osa hay vermir.

Sənsə tamamilə yad adam , o təbəssümdən də xəbərin yoxdu. Sən bilmirsən ki, hər dəfə sənə baxanda uçurum yadıma düşür. Sən və o təbəssüm arasındakı o keçilməz uçurum. Bəs bu uçurum nə vaxt yarandı. Necə yarandı? - Hə, o xəbərsiz gedəndə ! Təbəssüm yox olanda! və... və sənin amansız ayaq səslərin eşidiləndə, hə ... sən hər dəfə adımlayanda o uçurum dərinləşdi. Beləcə hər şey yarandı . Uçurum, Sən - mənimçün yad olan birisi , məni ovudan " Təbəssüm" və Yalnızlığım.

Görəsən, başqa Sən, doğurdan da ölmüsən . Bəs nə vaxt öldün? Necə öldün? Niyə öldün?

Çox təəssüf! Bilirsən nəyə təəssüflənirəm? - Heç biriniz bu suallara cavab verə bilmirsiniz! Ona görə. Hamınız susursunuz. Təbəssüm də, Sən də, Yalnızlığım da , Uçurum da!

Necə də acizsiniz!!!

" Həmişə çətinə düşəndə öz ürəyimdə, fikrimdə sənə şikayətlənib ağlayardım , indi də çətin vəziyyətdəyəm, ancaq şikayətlənəcəyib , dizini qucaqlayıb ağlayacağım adam yoxdu. Bilirəm sənə qəribə gəlir , bunu sənə niyə deyirəm , düzü, niyəsini mən də bilmirəm, bəlkə hələ də mənə səndən əziz adamın olmamağıdı".
loading...
 (Səs sayı: 0)
Müəllif: Awkim_VD     Baxış sayi: 294     12.05.2017
Təşəkkür edənlər (2) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Bir Söz Mənə yüzlərcə,gecən xeyrə sevgilim...borcun..
"Sevgi Və Haqsızlıq" Bəzən də xoşbəxtlik budur...
sevgi Sevgi mesajları
BAGLANMAYACAQSAN............ YAXŞI Kİ VARDIN...
Xezer Deniz(3 bolum) UNUTDUM.
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
nihan
Qısa məlumat

Aktiv olduğuna görə Şərhlər üzrə aktivliyinə görə
nihan
: qiymət: 0
Tarix: 17.05.2017 | # 7
ellerine saqlıq



getmecehennemol
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Yarışma Qalibi Maraqlı xəbərlər müəllifi Sevilen istifadəçi Exclusive xəbərlər müəllifi Super Aktiv İdarə Heyətinin Fəal Üzvü
getmecehennemol
: qiymət: 0
Tarix: 16.05.2017 | # 6
Aciz insanlara bir başqa nifret elirem men nese





 

WIRINIM
Qısa məlumat

Seçilmiş istifadəçi
WIRINIM
: qiymət: 0
Tarix: 14.05.2017 | # 5
BOW DUNYADIR VE BIZ DE BU DUNYADA YAWAYIRIQ





 

_ESMERALDA_
Qısa məlumat

Seçilmiş istifadəçi Şərhlər üzrə aktivliyinə görə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi
_ESMERALDA_
: qiymət: 0
Tarix: 13.05.2017 | # 4
Pişiyi ogurladim. Halal ele nolur.




 

GNS
Qısa məlumat

Aktiv olduğuna görə Xəbərlərdə aktivliyinə görə Seçilmiş istifadəçi Yarışma Qalibi Şərhlər üzrə aktivliyinə görə
GNS
: qiymət: 0
Tarix: 13.05.2017 | # 3
gozel yazidi ellerine sagliq






 

MATRIX
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Şərhlər üzrə aktivliyinə görə
MATRIX
: qiymət: 0
Tarix: 13.05.2017 | # 2
Ellerine sagliq







 

nebi1996
Qısa məlumat
nebi1996
: qiymət: 0
Tarix: 13.05.2017 | # 1
" Həmişə çətinə düşəndə öz ürəyimdə, fikrimdə sənə şikayətlənib ağlayardım , indi də çətin vəziyyətdəyəm, ancaq şikayətlənəcəyib , dizini qucaqlayıb ağlayacağım adam yoxdu. Bilirəm sənə qəribə gəlir , bunu sənə niyə deyirəm , düzü, niyəsini mən də bilmirəm, bəlkə hələ də mənə səndən əziz adamın olmamağıdı".





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 7
Qonaqlar: 189
Cəmi: 196
Bu gün saytda olanlar

Hal-hazırda saytda
enaxyorja
esigelavefira
lezgim
oxesajiqo
Qarnizon444
rekiw2
T_U_R_A_L
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 111987
Sayğaclar



Mp3 yukle