Ağrılı aybaşı nədən xəbər verir?
19.05.2017   Bölmə: Qadın dünyası



Menstruasiya nədir?
Əvvəlcə menstruasiya nədir və onun qadın həyatında əhəmiyyəti nədən ibarətdir sualına cavab tapmağa çalışaq. Mensturasiya qadın xəstəliyi olub, uşaqlıq borusu vasitəsi ilə bədəndən hüceyrələrin və qanın xaric olunmasıdır. Mensturasiya qadının gələcəkdə hamilə qalması üçün böyük əhəmiyyət kəsb edən və müntəzəm olaraq hər ay müəyyən vaxtda baş verən bir prossesdir.
Bu prosses qadının orqanizmindən asılı olaraq 10-16 yaşlarından başlayır, təqribən 28 gün fasilə ilə hər ay 3-7 gün baş verir və 45-50 yaşadək davam edir. Bu zaman qadınlar 80-85 ml-dək maye itirir, onun da yalnız 35 ml-si qandır. Keçən əsrin 40-cı illərində qızlarda menstruasiya orta hesabla 16,5 yaşdan başlayırdı. Müasir dövrdə isə bu rəqəm 13 yaşa enib ki, bu da qızların sağlamlıq, qidalanma və gigiyena şəraitlərinin yaxşılaşmasından irəli gəlir. Hamilə qadınlar isə müvəqqəti olaraq belə günləri yaşamırlar.
Aybaşı dövrü bütün xanımların ağır günləri hesab edilir, hətta dinlə məşğul olanlar belə günlərdə ibadətdən uzaqlaşırlar.

Menstruasiya və kəskin ağrılar
Qadınların bəzilərində şiddətli ağrılar olsa da, bir qisim xanımlar bu prosesi nisbətən yüngül keçirirlər. Hər üç qadından ikisi aybaşı və ya menstruasiya zamanı ağrı, zəiflik, ürəkbulanma, başgicəllənmə, halsızlıq kimi neqativ hallarla üzləşirlər. Tibbdə bu "alqomenoreya” (ağrılı menstruasiya) xəstəliyi adlanır. Alqomenoreya təkcə fiziki problemdən deyil, eləcə də ciddi xəstəliklərdən xəbər verə bilər.
14-45 yaş qadınların 60-70%-i arasında bu xəstəliyə rast gəlinir. Xüsusilə də yeniyetmələrdə ağrılı menstruasiya daha çox müşahidə olunur. Alqomenoreya 84%-də ürəkbulanma, 79%-də diareya, 23%-də başgicəllənmə, 13,5 %-də baş ağrıları, 16%-də isə ürəkgetmə ilə özünü göstərir. Adətən, ağrılar menstruasiyaya 1-2 gün qalmış başlayır və mensturasiyanın 3-cü günü azalır və ya tamamilə kəsilir. Bəzi qadınlar bu günlərdə iş qabiliyyətini də itirirlər. Alqomenoreya qadının fiziki, emosional və psixi vəziyyətinə mənfi təsir göstərir.
Alqomenoreyanın simptomları qarının alt tərəfi və bel nayihədə sancılı ağrılarla müşahidə olunur.
Ağrılı menstruasiya digər xəstəliklər kimi müalicə tələb edir. Yaxşı inkişaf etməmiş uşaqlıq (matka), onun düzgün yerləşməməsi kimi problemlər ağrılara gətirib çıxarır. Bu səbəblər uşaqlıqdan menstrual ifrazatın axmasına əngəl yaradır. Əgər ağrı mütəmadi yox, periodik baş verirsə, o zaman ağrı yaradan faktorlara diqqət yetirmək lazımdır. Psixoloji travmalar, fiziki işin çoxluğu, yorğunluq, psixoloji və ya əsəb pozğunluğu da ağrılara səbəb ola bilir. 40-50% qadınlarda ağrı genetik xarakter daşıyır.

Menstruasiya və psixoloji gərginlik
Artıq sübut olunub ki, yuxusuzluq, yorğunluq, stress, siqaret çəkmək, çoxlu miqdarda qəhvə qəbul etmək menstruasiya zamanı ağrılar yaradır. Aybaşı zamanı fiziki gərginlik, soyuqdəymə, dənizdə çimmək, cinsi əlaqə infeksiyaya yoluxma riskini artırır.
Ağrını aradan qaldırmaq üçün təkcə dərmanlara deyil, eləcə də xalq təbabətinə müraciət edib effektli nəticə əldə etmək olar:
-ayaqlara və qarnınıza isti quru dəsmal qoyun (bunu isti qum dolu torba ilə əvəz etmək də mümkündür);
-qarının aşağısına isti kompress etmək;
-3-5 boğazotu kökünü 10 stəkan qaynar suda dəmləyib, gündə 2 dəfə yarım stəkan olmaqla qəbul etmək; Həmçinin çobanyastığı, nanə dəmləmələri də ağrını aradan götürməyə kömək edir. Aybaşı zamanı yüngül idmanla məşğul olmaq da bəzi ağrıların azalmasına səbəb ola bilər.

Aybaşı pozğunluğu və ya sonsuzluga aparan yol?
Aybaşı ağrılarından təkcə qadınlar deyil, eləcə qızlarda çox əziyyət çəkir. Bəs bunun üçün gənc xanımlara nə tövsiyyə olunur? Kamal Abdullayevin Klinikasının ginekoloqu Aynur Bağırova ona tez-tez qızların müraciət etdiyini söylədi.
Qızlarda daha çox aybaşı pozğunluğu, ifrazatın qoxulu və çox olması, qaşınma kimi hallar özünü göstərir. Həkim A.Bağırova vaxtında bu problemlərin qarşısını almağın vacib olduğunu, aybaşı pozğunluğunun isə sonradan sonsuzluğa gətirib çıxara biləcəyinin mümkün olduğunu dedi. Aybaşı ilə bağlı problem yaşayan qızların əvvəlcə harmonlarının yoxlanması, USM-dən keçirilməsi, daha sonra diaqnoz qoyulub müvafiq dərmanlarla müalicəsinin aparıldığını söyləyən ginekoloq analara qızları ilə daha yaxından maraqlanmağı məsləhət gördü.
Menstruasiya zamanı xanımların gigiyena qaydalarına əməl etməsi çox vacibdir. Belə ki, bezləri tez – tez dəyişmək, dəyişən zaman yuyunmaq (çünki aybaşı qanı bakteriyalar üçün çox əlverişli mühitdir), gündə bir dəfə ilıq duş qəbul etmək bu qəbildəndir.
Menstruasiya dövründə qadının dözülməz ağrıları sonrakı problemlər üçün bir siqnaldır. Gənc xanımlar üçünsə bir başa gələcəkdə yaşaya biləcəkləri ciddi ginekoloji problemlərin göstəricisi. Elə isə həkimə müraciət etməyi sabaha saxlamayın, sabah çox gec ola bilər.
loading...
 (Səs sayı: 0)
Müəllif: getmecehennemol     Baxış sayi: 436     19.05.2017
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Lezzetli 3 yemek tarifi Pəhriz tutmağın ən qeyri-adi və maraqlı yoll..
Bürcün nədir? Bəs bürcünə görə stilini bi.. Dırnaqları sürətlə uzadan yağlar
Xanımlarımız üçün maraqlı bir test.. Qadın gözəlliyi və Saçlar
Qadinlar qisda qocalir 2013-ün yaz makiyaj dəbi - VİDEO
Yaxşı ki, qadınıq Ayaqqabilar [2 ci hisse]
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
WIRINIM
Qısa məlumat

Seçilmiş istifadəçi
WIRINIM
: qiymət: 0
Tarix: 22.05.2017 | # 3
XEBERE GORE TWK CANIM





 

Awkim_VD
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Maraqlı xəbərlər müəllifi
Awkim_VD
: qiymət: 0
Tarix: 21.05.2017 | # 2
cox sagol xebere goreee





 

_Esmeralda_
Qısa məlumat

Seçilmiş istifadəçi Şərhlər üzrə aktivliyinə görə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi
_Esmeralda_
: qiymət: 0
Tarix: 19.05.2017 | # 1
Xebercun tewekkurler.




 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 7
Qonaqlar: 189
Cəmi: 196
Bu gün saytda olanlar

Hal-hazırda saytda
enaxyorja
esigelavefira
lezgim
oxesajiqo
Qarnizon444
rekiw2
T_U_R_A_L
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 111987
Sayğaclar



Mp3 yukle