SON DƏQİQƏ! Azərbaycanda güclü PARTLAYIŞ: Yaralılar var

Bərdə şəhərində, kanalizasiya quyusunda partlayış baş verib.Sun.AZ-ın apa-ya istinadən verdiyi məlumata görə, hadisə Ədalət Ədilov küçəsi, ev 34 ünvanında qeydə alınıb. Həmin ünvandakı həyətin kanalizasiya quyusunda baş verən partlayış nəticəsində 1984-cü il təvəllüdlü Nüşabə Naibova və 40 yaşlı Niyaməddin Qarayev müxtəlif bədən xəsarətləri alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
|
Müəllif: meley0001 Baxış sayi: 281 19.05.2017