Günün qoroskopu: taleyinizdən şikayətlənməyin
20.05.2017   Bölmə: Bürclər




Qoç - gününüz pis keçməsə də, narahatlığa da vadar edəcək. Çətin adamlarla qarşılaşmalı olacaqsınız. Onların davranışlarını qabaqcadan müəyyənləşdirmək mümkün deyil, iradları isə dəqiq olsa da, xoşagələn deyil.

Buğa -  taleyinizdən şikayətlənməyin. Bu gün bir neçə vacib dərs alacaqsınız. Buna görə sonradan minnətdar olacaqsınız.

Əkizlər - maliyyə məsələsi çox mühüm əhəmiyyət daşıyacaq. Qənaətcil olun, spontan bazarlıqlardan imtina edin. Borc vermək olmaz. Kredit götürmək də məsləhət deyil. Sevgi məsələlərində bəxtiniz gətirəcək. Nəhayət ki, ulduzlar sizi çoxdan gözlədiyiniz görüşlə sevindirmək qərarına gəliblər.

Xərçəng - gün asan keçməyəcək. Həyat potensialı aşağıdır, üstəlik, vaxtınızın böyük hissəsini ayaq üstdə keçirməli, bir çox məsələlərə cavab axtarmalı olacaqsınız. Ətrafdakılarla yola getmək çətindir.

Şir - bütün məsələ həddindən artıq yükdədir. Sizə sakit, hətta darıxdırıcı və gərgin hisslərdən uzaq istirahət lazımdır. Paraşütdən tullanmaqdan imtina edin, əl işləri ilə məşğul olun, kitab oxuyun və ya yaxşı bir filmə baxın. Ən azı, sevdiyiniz şəxslə gələcək planları müzakirə edin.

Qız - müsbət tendensiyalar hələ də özünü göstərir. Bundan bazar ertəsi başladığınız işləri yekunlaşdırmaq üçün yararlanın. Bürcün bəzi nümayəndələrinə yeni müttəfiqlər tapa biləcəklər. Lakin tapdığınız adamlar lazım olduğu qədər bacarıqlı və diribaş olmayacaqlar. Ona görə də vacib işləri təkbaşına görməli olacaqsınız.

Tərəzi - yaxınlarınızla münasibətlərdə müəyyən gərginlik hökm sürəcək. Bu gərginliyin səbəbini tapmağa çalışın. Ola bilsin ki, məsələ adi anlaşılmazlıqla bağlıdır. Bunu xroniki forma almadan tezliklə aydınlaşdırmaq lazımdır.

Əqrəb - gün yaxşı keçəcək. Günə çətin, amma maraqlı işdən başlamaq olar. Birdən-birə bir neçə mülk məsələsinin qənaətbəxş həlli, əvvəllər bağladığınız sövdələşmələrdən gəlir əldə etməyiniz mümkündür.

Oxatan - yaradıcılıq potensialı bir qədər aşağı olsa da, bu, qarşıya qoyulmuş məqsədlərə çatmağa mane olmayacaq. Bu gün yorulmazsınız. Əgər günün böyük hissəsini işdə keçirsəniz belə, axşam əylənməyə də gücünüz qalacaq.

Oğlaq - çətin gündür. Ətrafdakılarla ciddi fikir ayrılıqları yaranacaq. Üstəlik, dünənədək ağzını açan kimi başa düşdüyünüz adamla dil tapa bilməyəcəksiniz. Rəhbərliklə münaqişələr mümkündür, bəzi Dolçalar iş yerini dəyişmək barədə düşünəcəklər. Uğursuz bazarlıqlar, əbəs xərclər ehtimalı var.

Dolça - günün müsbət tərəfi odur ki, nəhayət, diqqətinizi ailə və şəxsi işlərə yönəldə, yaxınlarınzla əlaqələri qaydaya sala və nəyin nə yerdə olduğunu aydınlaşdıra biləcəksiniz. Romantik davamı olacaq gözlənilməz görüş istisna olunmur.

Balıqlar - kifayət qədər çətin gün olsa da, ümidsiz deyil. Bütün problemləri təkbaşına həll etməyə çalışmayın. Sizə yardım etməyə hazır olan adamı tapa bilərsiniz. Həmişə açıq-açığına hərəkət etmək lazım deyil, hərdən hiyləyə də əl atılmalıdır. Maddi çətinliklər mümkündür. Lakin onlar müvəqqəti xarakter daşıyacaq.

loading...
 (Səs sayı: 0)
Müəllif: meley0001     Baxış sayi: 373     20.05.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Astroloji proqnoz - 04 may Bürclərin ətir seçimi
Burcler _ 20.06.2015 Günün qoroskopu: maraqlı perspektivlər yaranı..
Günün qoroskopu: dəyər verdiyiniz insanla... Hissiyatı olmayan bürc
Günün qoroskopu: fəaliyyət üçün yaxşı zam.. Bürclərin xarakteri
GÜNDƏLİK BÜRCLƏR - 22.10.2014 Bürclər_Maraqlıdır
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
WIRINIM
Qısa məlumat

Seçilmiş istifadəçi
WIRINIM
: qiymət: 0
Tarix: 22.05.2017 | # 5
OXATAN))) XEBERE GORE TWK...






BIRI OTURSUN QARWIMA...

IZAH GOZLEMEDEN BUTUN HEYATIMI DINLESIN ISTERDIM....

CUNKI, BEZDIM ARTIQ :(((





 

_gulay28_
Qısa məlumat
_gulay28_
: qiymət: 0
Tarix: 21.05.2017 | # 4
ilk defediki ekizler burcu olmagima cox cox sukur etdim maraqlidi tesekkur





 

_pandam_
Qısa məlumat

Şərhlər üzrə aktivliyinə görə Yarışma Qalibi Maraqlı şərhlər yazdığına görə
_pandam_
: qiymət: 0
Tarix: 20.05.2017 | # 3
Yazilanlar olmadi:D melumat ucun tewekur)






 

Aliyeva_M
Qısa məlumat
Aliyeva_M
: qiymət: 0
Tarix: 20.05.2017 | # 2
Maraqli gelmir oxumadim tesekkur





 

_Esmeralda_
Qısa məlumat

Seçilmiş istifadəçi Şərhlər üzrə aktivliyinə görə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi
_Esmeralda_
: qiymət: 0
Tarix: 20.05.2017 | # 1
Oxudum.Menasiz praqnoz oldu menimcun((inwallah ugurlu gun olar.




 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 6
Qonaqlar: 97
Cəmi: 103
Bu gün saytda olanlar

Hal-hazırda saytda
awdoxes
Djustinemn
ebvahonaxo
ekbereqca
icaxagx
Jamessurry
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 111428
Sayğaclar



Mp3 yukle