Körpəni asan yatırtmağın ən unikal üsulları - Yeni ana olmuş qadınlar, diqqət
21.05.2017   Bölmə: Ana və körpə

Kim Uestin məşhur amerikalı yazıçı və yuxu mütəxəssisidir. O, körpələrə yuxu tərbiyəsini inkişaf etdirmə mövzusunda mütəxəssisdir. K. Uestin bildirib ki, körpələrin yatmasından əziyyət çəkən analar özlərini çarəsiz hiss etməsinlər. Bəs yaxşı yatmayan körpənin öhdəsindən necə gəlmək olar?

Yuxu mütəxəssisi, ilk növbədə, “uşağım olsun, onu heç vaxt yelləyərək yatırtmaram” deyən analardan bəhs edib. O, bildirir ki, məhz həmin analar körpə yatmayanda az qala evin hər yerində yelləncək qururlar. Odur ki, əvvəldən danışmaq olmaz. Çünki uşaq baxımında ən çətin məsələlərdən biri onun yatmasıdır: “Uşaq ağalayarkən səbrli olun. Ən ağlağan körpə belə, orta hesabla 15-20 dəqiqəyə yuxuya gedir. Bu müddətdə ana-atalar kitab oxuyur, duş qəbul edir və ya televizora baxır. Uşaqları yuxuladan davranışlar sırasına yumşaq oyuncaqlarla oynamaq, barmaq əmmək, hekayə dinləmək, saçları və ya ədyalları ilə oynamaq, yellənmək və s. daxilidir. Ən əhəmiyyətli məqam odur ki, bunlardan hansının uşağı rahatlatdığını və yuxulatdığını kəşf edin. Bu, bir qızıl qaydadır. Körpə ilə nəzakətli ifadələrlə ünsiyyət qurmaq, tərif və sevgi müvəffəqiyyətin açarıdır”.

Körpələri fasiləsiz yatırtmaq mümkündürmü?
Yuxu müddətində yüngül yuxu ilə dərin yuxu (REM və qeyri-REM) arasında keçid edirik. Bu keçid zamanı əslində hamımız oyanıb yastığımızı düzəldir, tualetə gedir, su içirik. Çox normal formada da yenidən yuxuya gedə bilirik. Uşaqların da oyandıqdan sonra yenidən normal yuxuya getməsi üçün uyğun mühit hazırlayın. Bunlar aşağıdakılardır:

Qaranlıq: Qaranlıq otaq uşağınızın bioloji ritmiylə uyğundur. Körpə gecə saatlarında da qidalanırsa, bunu zəif işıqda edin.

Səs-küy: Körpələr ana bətnində gurultulu bir mühitdə olurlar. Gecənin səssizliyi onlar üçün tanımadıqları bir mühitdir. Səs-küy onları rahatladır və narahatedici səsləri blok edir.

İstilik: Otaq istiliyinin 20-22 dərəcə olması idealdır.

Ekologiya: Körpənin yatağına bağlanmış səsli oyuncaqlar və otaqdakı bəzəklər ona yuxu əvəzinə oyun zamanıdır mesajını verə bilər. Yatmaq vaxtı oyuncaqları yığışdırın ki, körpənin diqqətini çəkməsin.

Körpələri yelləyərək yatırtmaq doğru üsuldur?
6 aydan kiçik olan körpələr üçün bir qorxusu yoxdur. Uşaq 6-cı ayına girdikdən sonra analar körpələrinə özlərinin sərbəst yuxuya getmələrini öyrətməlidirlər: “Körpələr 6 aydan sonra fasiləsiz 11 saat yata bilər. Bağçaya başlayan uşaqlarda gündəlik yuxu ehtiyacı 11, ibtidai sinif yaşında 10 saatdır. Yuxu saatından 1 saat əvvəl elektron cihazları bağlayın, uşağı sakitləşdirin. Sakit səs tonu ilə kitab oxuyun. Özü sərbəst yuxuya getməyi öyrənən və gün ərzində kifayət qədər yatan bir körpə hələ də gecələr oyanırsa, demək, bunun tibbi səbəbləri ola bilər”.

Mütəxəssis deyir ki, hər hansı bir səbəbdən ortaya çıxan burun tıxanıqlığı da yuxu nizamına mənfi təsir edir. Tənəffüs yollarına təsir edən qrip, astma və allergiya də yuxuya təsir edən tibbi səbəblər arasındadır: “Bu səbəblər ucbatından körpə bütün gecəni yatmaq üçün rahat bir mövqe tapmağa çalışır və yerində eşələnir, ağlayır. Yuxuda nəfəs almağı çətinləşdirən başqa bir səbəb də reflüksdir. Reflüks körpənin mədə turşusunu ağzına qaytarır. Bu da boğazın, badamcıqların şişməsinə səbəb olur, nəfəs almanı çətinləşdirir. Çox uşaqda yuxusuzluq genişlənmiş badamcıqlar və ya limfadan qaynaqlanır”.

Yuxu öncəsi nələr edilməlidir?
Yuxu öncəsi edilən bəzi hərəkətlər beyinə yavaşlama, yuxuya hazırlanma mesajı verir, nəticədə melatonin hormonu istehsal olunmağa başlayır. Ana-körpə arasındakı bağın güclənməsi üçün də bu baxımdan əhəmiyyətlidir. Yuxu öncəsi rituallar üçün 20-30 dəqiqə kifayətdir. Bu müddətdə 2-3 fəaliyyət reallaşdıra bilərsiniz.

Bunları hər gecə mütləq eyni sıra ilə edin.
— İlıq duş
— Uşaq masajı (körpənin otağında edilməli)
— Rahatlatıcı musiqi və ya laylay söyləmək
— Əmizdirmək və ya əmzik vermək
— Qazını çıxarmaq
— Bələmək
— Qucaqlamaq
— Körpə 6 aylıq olduqdan sonra kitab oxumaq

Kim Uestin ən məşhur 5 qaydası:
— Uşağınızın yuxu nizamını nəzərə alaraq planlaşdırma edin.
— Uşağınızın yuxu nizamı ilə əlaqədar məlumatınız olsun.
— Bir uşağın yuxu nizamını yaratmaq üçün heç vaxt gec deyil.
— “Qoy ağlasın” xaricində variantlarınız olduğunu unutmayın.
— Özünüzü çox yükləməyin.
loading...
 (Səs sayı: 0)
Müəllif: Awkim_VD     Baxış sayi: 1037     21.05.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Uşaqlarda dəmir çatışmazlığının səbəbl.. Ana olmaq istəyənlər diqqət !
Körpələr hansı ayda nə yeməli? İştahasız uşaqla necə davranmalı?
Uşağınız tez-tez ağlayırsa... •°●¤▪°•...~ UŞŞŞŞ yiyerem sizi))))~..
Evin böyük uşaqları niyə şanssız olurlar? Uşaqları xəstə edən qida
Mütəxəssislər ana və ataları diqqətli olma.. Uşağın iştahını necə artıraq?
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Sen1denesen
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Ayın Qalibi Şərhlər üzrə
Sen1denesen
: qiymət: 0
Tarix: 24.06.2017 | # 4
Ay ne qesey usaq seklidi lap menim korpeme oxsuyur



Xowbextlik
Qısa məlumat
Xowbextlik
: qiymət: 0
Tarix: 15.06.2017 | # 3
Twk xb gore





 

WIRINIM
Qısa məlumat

Seçilmiş istifadəçi
WIRINIM
: qiymət: 0
Tarix: 22.05.2017 | # 2
XEBERE GORE TWK...GELECEKDE LAZIM OLAR INWALLAH...





 

_Esmeralda_
Qısa məlumat

Seçilmiş istifadəçi Şərhlər üzrə aktivliyinə görə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi
_Esmeralda_
: qiymət: 0
Tarix: 21.05.2017 | # 1
Bebewkasi olanlar oxusunlar.




 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 1
Qonaqlar: 181
Cəmi: 182
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Jalenur
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 112732
Sayğaclar



Mp3 yukle