Hamilələrə maşın sürmək olar? - XÜSUSİ QAYDALAR
08.07.2017   Bölmə: Hamiləlik

Qadınların əksəriyyəti maşın sürməkdən böyük zövq alırlar. Onlar sükan arxasında oturarkən özlərini çox rahat və xoşbəxt hiss edirlər. Bəs hamiləlik zamanı maşın sürmək olamı?

Sun.az immunitet.az-a istinadən bildirir ki, mütəxəssislər özünü rahat hiss etdiyi zamana qədər hamilə qadınlara maşın sürməyi məsləhət bilirlər. Mütəxəssislər hətta son aya qədər özünü rahat hiss edə bilən qadına maşın sürməyi qadağan eləmir. Hamilə qadın maşın sürərkən özünü komfortlu hiss edirsə, o zaman ona maşın sürməyə qadağa qoyulmur. Amma maşın sürərkən hamilə qadınlar aşağıdakı qaydalara mütləq əməl eləməlidirlər.

Əməl ediləcək ilk qayda avtomobilin sürücü oturan kreslosunun hamilə qadının rahat oturması üçün hazırlanmasıdır. Bunun üçün kreslonu arxaya doğru çəkmək lazımdır. Maşının oturacağını elə düzəltmək lazımdır ki, qarın sükandan 10 santimetr aralı dursun. Bu zaman qadın kresloda rahat oturur və sükanı asanlıqla idarə edə bilir.

Sürücü hamilə qadınlara onlar üçün nəzərdə tutulmuş kreslodan istifadə etməyi məsləhət görürlər. Bu kresloların bel hissəni masaj etmək üçün nəzərdə tutulan yeri var. Bu yerdə taxta və ya rezindən dairəvi hissələr olur ki, onlar hamilə qadının bel nahiyəsini massaj edir.

Hamilə qadınlar maşın sürərkən qəfil əyləclənmə sistemini idarə etməyi nəzərə almalıdır. Mütəxəssislər hamilə qadınlara öz maşınları ilə tək və uzaq məsafəyə yola çıxmağı məsləhət bilmir.

Qış fəslində maşın sürmək də hamilə qadın üçün məsləhət deyil. Əgər sürərlərsə, onların maşınlarının təkərləri qış təkərləri ilə əvəz olunmalıdır.

Mütəxəssislər maşın sürən hamilə qadınlara maşın sürərkən bədənlərində və gözlərində gərginlik hiss etdikləri zaman maşından düşüb istirahət etməyi məsləhət bilirlər.

Maşın sürən hamilə qadınlar hər şeyə hazırlıqlı olmalıdırlar. Bunun üçün onların yanında ginekoloqlarının telefon nömrəsi, hamiləliyi barədə məlumatlar olan kağızın olması çox faydalıdır.

Hamilə qadın təhlükəsizlik kəmərindən də istifadə edərkən ehtiyatlı davranmalıdır. Kəmərdən istifadə etmək həm ananın, hm də uşağın təhlükəsizliyi baxımından vacibdir. Hamilə qadınların əksəriyyəti təhlükəsizlik kəmərinin narahatçılıq yaratdığını söyləyirlər. Amma qarının böyük olmasından asılı olmayaraq, təhlükəsizlik kəmərinin taxılması vacibdir.

Mütəxəssislər hamiləlik toksikozu olan, iyə qarşı həssaslığı yüksək olan hamilə qadınlara maşın sürməyi məsləhət bilmir. Sükan arxasında oturan hamilə qadınlara çox qalın paltar və ya gödəkçə geyinmək də məsləhət deyil.
loading...
 (Səs sayı: 0)
Müəllif: xaliq_5     Baxış sayi: 633     08.07.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Təbii doğuş vaginada genişlənməyə səbəb o.. Hamiləlik dövründə diş çəkmək olarmı?
Hamilə qalmazdan öncə mütləq bunları edin Hamilə xanımlar hansı sudan və nə qədər iç..
Hamiləlikdə çox kökəlmək körpənin zəkası.. Hamiləkərə 5 məsləhət
Hamiləliyin son dövründə bunu etmək təhlük.. Hamilələrin diqqətinə! Uşağın qız olacağ..
Silikonlu ana əmizdirə bilməzmi Hamiləlikdə bunları bilmək vacibdir
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Xowbextlik
Qısa məlumat
Xowbextlik
: qiymət: 0
Tarix: 08.07.2017 | # 1
Twk xb gore





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 2
Qonaqlar: 170
Cəmi: 172
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Alenarak
OrxanXanlaroglu
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113480
Sayğaclar



Mp3 yukle