Bürclər sevgidə qısqanclıq hallarını necə yaşayır?
04.08.2017   Bölmə: Bürclər





Bürclərin hər biri qısqanclıq hallarını fərqli cür yaşayır...

Qoç bürcü: Həmişə ön planda olmağı sevən Qoçlar arxa planda olduğu zaman da öz mövqeyini artıqlaması isə göstərəcək. Özünə güvənən tip olduğu üçün ikinci planda qaldığı zaman qısqanclıq hissi onu rahat buraxmır. Qısqanclığı hiss olduğu zaman qarşıdakı insanı istəmədən də incidə bilər. Münasibətlərdə qısqanc və hər zaman hücum mövqeyindədir. Özünə rəqib gördüyü zaman hirsli və əsəbi olur. Eyni zamanda qarşı tərəfin diqqətini həmişə öz üzərində hiss etmək istəyir. Qoçlar dürüst olduğu üçün hər şeyi həyat yoldaşları ilə paylaşmaqdan zövq alırlar.

Buğa bürcü: Onlar üçün qısqanmaq təbii duyğulardan biridir. Buğalar əldə etmədiyi hər şeyə qarşı aqressiv və qısqanclıq hiss edir. Bu duyğu onları daha yüksək işlərə motivasiya edə bilər. Lakin qısqanclıq hissinə hakim olmadıqları zaman insanları sıxa bilərlər. Rahatlığına düşkün olan Buğalar qısqanclıqları ilə həm özünü, həm də insanları narahat edirlər. Sevgidə isə qısqanclıq onlar üçün sevginin əsas göstəricisidir. İki buğanın birlikdə sevgi yaşaması olduqca çətin olur.

Əkizlər bürcü: Şəxsi həyatlarında Əkizlərin başqa bir insana o qədər də ehtiyac olmur. İlk baxışda qısqanclıq nəzərə çarpmır. Əkizlər çox pozitiv bürc olduğu üçün qısqanclıq və xoşagəlməz duyğuları açıq şəkildə göstərmək yerinə, gizlədirlər. Hər zaman şən və pozitivlikdən yana olduğu qısqanclıq duyğuları hiss olunmur. Qəlbi qırılmadığı müddətdə qısqanclıq duyğularını qətiyyən göstərmir, əksinə vecinə olmadığını nümayiş etdirir. Əkizləri sevindirmək çox çətin məsələdir. Əkizlərlə sevgi yaşamaq istəyənlər hər şeydən əvvəl səmimi, mehriban və dürüst olmalıdır.

Xərçəng bürcü: Həddindən ziyadə duyğusal olan Xərçəng bürcü qısqanclıq mövzusunda da geri qalmır. Qısqanclıq hisslərinin əsiri olduğu zaman onlar çevrəsindəki hər kəslə qəddar davranır. Gərgin və narahat halı ilə hər kəsdə qıcıq yaradır. Qısqanclıqların ən yüksək həddi olanda isə ətrafındakı insanları incidə və təzyiq göstərə bilərlər. Yalan danışdığınızı o dəqiqə hiss edirlər. Güvəni sarsıldığı zaman onu bərpa etmək üçün uzun vaxt lazım olur.

Şir bürcü: Şirlər ərköyün olduğu üçün aşırı diqqət gözləyir. Lider ruhlu olduqları üçün hər zaman irəli getməyə öyrəşirlər və sevgi ilə təmin olmaqlarını gözləyirlər. Başqasının yüksək pilləyə qalxmasını həzm edə bilmədiyi üçün qısqanclıq duyğuları açıq şəkildə hiss olunur. Bundan isə stressə düşürlər. Qısqanc olduqları zaman ətrafında olan hər kəsi günahlandıra və pis rəftar edə bilərlər. Onların inamını qazandığınız zaman sarsıtmaq asan deyil. Yəni, səhvlərinizi bağışlaya bilirlər.

Qız bürcü: Sakit, soyuqqanlı və məntiqli davranır. Bu baxımdan qız bürcü qısqanclıqdan uzaq durur. Lakin hər insanın olduğu kimi qızların da zəif nöqtələri var. Qısqanclığa qapıldığı zaman depressiyaya düşür və küsəyən olur. Ətrafındakı insanları sərt şəkildə tənqid edir. Qızlar qısqanc duyğusunu yaşamır və yaşatmazlar lakin onları qısqanclığa sürükləyən davranışlardan uzaq durun. Çünki bu pis nəticələrə gətirib çıxara bilər.

Tərəzi bürcü: Son dərəcə şən həyat sürən tərəzilər üçün qısqanclıq duyğusu bəlli edilməyən duyğudur. Lakin hərdən diqqətləri üzərinə çəkə bilmədikləri üçün qısqanclığa qapıla bilərlər. Qısqanclıq səhnəsi göstərdikdən sonra kin saxlamırlar. Çox qürurlu olduqları üçün əsasən qısqanclıqları göstərməməyə çalışırlar.

Əqrəb bürcü: Qısqanclıq əqrəb bürcünün yaşam tərzidir. Digər bürclərin uzaq durduğu şeyləri də əqrəblər qısqanır. Özünü kontrol etmə arzusuna nail ola bilmirlər. Hadisələrin gedişatı zamanı idarəni itirsələr, fırtına qopa və dəhşətli hadisələr baş verə bilər. İnsanlarla münasibətlərdə siyası davranışlar sərgiləsələr də, sevgidə qətiyyən belə deyillər. Qısqanc olsalar da, güzəştə getməyi bacarırlar. Qısqanc davranışlar göstərsələr də, xeyirxah və ürəyitəmiz olurlar.

Oxatan bürcü: Adətən bu bürclər qısqanc deyil. Dəyişkən xarakterə malik olduğu üçün qısqanclıq hissləri baş qaldırdığı zaman nə cür hərəkət edəcəklərini bilmirlər. Qısqanclıq hislərini ciddi cəhdlə gizlətməyə çalışsalar da, bacarmırlar. Qısqanc oxatan bürcünü sakitləşdirməyin ən yaxşı yolu onu anlamaqdır.

Oğlaq bürcü: Məntiqli düşünüb hər zaman yüksəlməyi düşünür və çevrəsindəki insanların onları geridə qoyduğunu gördüyü zaman qısqanc olurlar. İnsanlarla münasibətlərdə öz mənfəətlərini güdürlər. Qarşıdakı insandan heç bir mənfəət əldə etmədikdə isə qısqanclıqdan ağlagəlməz hərəkətlər edə bilər. Sədaqətinizə güvənməyən oğlaq bürcü ilə birlikdə xoşbəxt olmaq çox çətindir.

Dolça bürcü: Hər bir insan kimi dolçalarda hərdən qısqanclıq hisslərinin əsiri olur. Lakin digər bürclərlə müqayisədə dolçalar demək olar ki, qısqanclıq hiss etmirlər. Onlar qısqanclıq səhnələrinə sərf edilən vaxtı başqa məşğuliyyətlərlə əvəz etməyin tərəfdarıdır. Özləri qısqanc olmadığı üçün başqalarının qısqanclıq hisslərini başa düşmür və mənasız hesab edirlər. Onlara qarşı qısqanc olmadığınız müddətdə münasibətləriniz normal və qaydasında gedəcək.

Balıqlar bürcü: Qısqanclıq balıq bürcləri üçün ən zərərli duyğulardan biridir. Qısqanclıq hiss etdiyi zaman ürəyinin yağını yeyib dərin kədərə bürünürlər. Sevdiyi insanlara hər zaman sahib çıxdıqları üçün qısqanclıq onları rahat buraxmır. Bir yandan da başqalarının onları qısqanmağından xoşları gəlmir çünki azadlıqları düşkün insanlar olur. Özlərini güvəndə hiss etdikləri müddətdə qısqanclıq böhranına girmirlər.

loading...
 (Səs sayı: 0)
Müəllif: ponchik     Baxış sayi: 508     04.08.2017
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
GÜNDƏLİK BÜRCLƏR - 24.11.2014 13.03.2017 Gündəlik Bürclər
Günün qoroskopu: prinsipləri qurban verməyin Günün qoroskopu: yad təsir altına düşməyin
Gündəlik Bürclər - 06.06.2017 Bürcünün həyat fəlsəfəsindən xəbərdar ol
Bürclərin sevgi dili və etirafları Bürclərin səndən xoşu gəlirsə
Gündəlik Bürclər - 21.05.2015 Günün bürcü: münaqişə yaranacaq
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
residinaski
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Ayın Qalibi Şərhlər üzrə
residinaski
: qiymət: 0
Tarix: 17.08.2017 | # 3
ekizler valla elebil menim xasiyyetimi kopyalayibsiz bura






 

rekiw2
Qısa məlumat
rekiw2
: qiymət: 0
Tarix: 04.08.2017 | # 2
Oglaq





 

guzel
Qısa məlumat

Aktiv olduğuna görə
guzel
: qiymət: 0
Tarix: 04.08.2017 | # 1
XEBERE GORE TESEKKUR



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 1
Qonaqlar: 188
Cəmi: 189
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Jalenur
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 112732
Sayğaclar



Mp3 yukle