Bal ilə 10 gözəllik maskası
04.08.2017   Bölmə: Maskalar




Balın tərkibindəki bir çox vitamin immunitet qədər dəri sağlamlığımız üçün də faydalıdır.

Balla edilən gözəllik maskaları və kremləri ilə yumşaq və hamar dəriyə qovuşa bilərsiniz.

Nəmləndirici bal maskası – Dərini sakitləşdirmək üçün eyni miqdarda bal və zeytun yağını qarışdırın. Quru dərinin üzərinə çəkin və 15-20 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə yaxalayın.

Ballı dodaq kremi – Dodaqlarınızı nəmləndirmək üçün baldan faydalanın. Rəndələnmiş 6 qram balmumu, 10 qram limon yağı, 2 damcı E vitamini yağı, 56 qram hind qozu yağı, 1 çay qaşığı bal. Onları qarışdırın və dodaqlarınızı çəkin.

Saçlar üçün bal maskası - İstifadə etdiyiniz şampuna bir çay qaşığa bal tökün. Bu sayədə korlanmış saçlarınızı bərpa edə bilərsiniz. Daha yaxşı qulluq üçün bal və zeytun yağını qarışdıraraq saçlarınıza çəkin. 20 dəqiqə gözlədikdən sonra yaxalayın. Həftədə iki dəfə təkrar edin.

Buruq saçlar üçün bal maskası – 1 litr suya 1 yemək qaşığı bal əlavə edin. Daha sonra saçlarınızı bu su ilə yaxalayın.

Sızanaq problemi - İltihablı sızanağın üzərinə 1 neçə damcı bal çəkin və üzərinə plastr yapışdırın. Balın antiseptik xüsusiyyətləri sızanağın sağalmasına kömək edəcək.

Bal maskası - Dərinizin yumşaq olması üçün 2 çay qaşığı bal və iki yemək qaşığı südü qarışdırıb üzünüzə çəkin. 10 dəqiqə gözlədikdən sonra yaxalayın.

Ballı manikür kremi - Dırnaqlarınızı möhkəmləndirmək üçün bal maskası olduqca effektlidir. 1,5 qram balmumu, 3 qram qaysı yağını mikrodalğalı sobada əridin və bir yemək qaşığı bal əlavə edin. Soyuduqdan sonra kremi dırnaqlarınıza çəkin.

Ballı əl kremi - Əllərinizi yumşaltmaq üçün bir yemək qaşığı bala biraz limon suyu və toz halında yer fıstığı əlavə edin. Yer fıstığı dərinin qabıq verməsinə mane olur. Limon suyu isə dəriyə parlaqlıq verir.

Ballı duş - İki yemək qaşığı balı bir stəkan suyun içinə əlavə edin. Daha sonra içinə 3 damcı lavanda yağı əlavə edin və suya tökün.

Ziyil problemləri üçün bal - Ziyil problemlərini aradan qaldırmaq üçün gündə 2 dəfə həmin bölgəyə çəkin.

loading...
 (Səs sayı: 0)
Müəllif: ponchik     Baxış sayi: 189     04.08.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Düyü maskası ilə üz dərinizi cavanlaşdırı.. Günəş ləkələrinə qarşı MASKA
Saçlarınızı tez uzadacaq maskalar Quru və kövrək saçlar üçün - Maskalar
Qliserinlə üz maskaları. Yumşaq, zərif dəri Boyalı saclar ücün masqa
Sızanaq maskaları Yağlı dəri üçün möhtəşəm maskalar
Göz ətrafı üçün 3 ən yaxşı maska Yağlı dərilər ücün zəncəfil masqası
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
sevincminion
Qısa məlumat
sevincminion
: qiymət: 0
Tarix: 14.08.2017 | # 1
guzel maska bu





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 1
Qonaqlar: 188
Cəmi: 189
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Jalenur
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 112732
Sayğaclar



Mp3 yukle