Badımcan kürüsü hazırlamağın 3 ƏN ASAN və ƏN UCUZ üsülu
04.08.2017   Bölmə: Mətbəx


Lazım olan ərzaqlar:

I Qayda
3 kq badımcan
1 kq- bolqar bibəri
1 ədəd acı bibər
1, 5 kq pomidor
yarım litr bitki yağı
2-3 x/q duz

II Qayda
2 kq badımcan
1 kq bolqar bibəri
1 kq pomidor
1 kq. soğan
1 kq yerkökü
1,5 stəkan duru yağ
5-6 diş sarımsaq
1 ədəd acı bibər
duz

III Qayda
5 ədəd badımcan
1 ədəd yerkökü
2 ədəd şirin bibər
2 baş soğan
2 ədəd pomidor
6 x/q bitki yağı
1 diş sarımsaq
duz, istiot

Hazırlanma qaydası:

I Qayda
Soğanların qabığı soyulub, ətçəkən maşından keçirilir. Sonra yağda qızardılır. Badımcanların qabığı soyulub, uzun-uzun doğranır. Duzlanıb, acı suyu çıxardılır. Sonra yağda qızardılıb, ətçəkən maşından keçirilir. Qovrulmuş soğanın üzərinə əlavə edilir. Bibərlər və pomidor da ətçəkən maşından keçirilib, badımcan və soğana əlavə edilir. Kütlə az odda bişirilir. Tez-tez qarışdırmaq lazımdır ki, dibi tutmasın. Üzərinə duz əlavə edilir. Kürü sterlizə edilmiş süsə bankalara yığılır, üzərinə qapaq qoyulur, ancaq bağlanmır. Bankalar 40-45 dəqiqə müddətində qaynar soya qoyulub, yenidən bişirilir. Sonda qapaqları möhkəm bağlanır.


II Qayda
Badımcanları yuyub təmizləyib, uzun-uzun doğrayın. Üzərinə duz səpib, 1 saat saxlayın. Soba sinisinə yağ çəkib, badımcanları sobada bişirin. Yerkökünü sürtgəcin iri gözündən keçirin, bolqar bibərini doğrayın. Tavaya yağ töküb, yerkökünü tavada azca qovurun. Bibərləri əlavə edib, 5 dəqiqə də qovurun. Pomidor, sarımsaq, soğan və bişmiş badımcanı ətçəkən maşından keçirdin. Tavaya bol yağ töküb, soğanı qızardın. Üzərinə bütün ərzaqları əlavə edib, zəif odda yaxşıca qarışdıra-qarışdıra qovurun. Ərzaqların suyu çəkildikdə (qatı hala düşdükdə) badımcan kürüsü hazırdır. Hazır kürünü sterilizə olunmuş bankalara doldurub, qapaqla bağlayın.




III Qayda
Badımcanların qabığını soyub, kub formasında doğrayın. Üzərinə biraz duz səpib, gözlədin. Suyunu sıxdıqdan sonra, yumşalanadək bitki yağında qızardın. Soğan və yerkökünü xırda-xırda doğrayıb, bitki yağında birgə qovurun. Qovrulmuş yerkökü və soğanın üzərinə kub şəkilində doğranmış bibəri də əlavə edib, yenə 5 dəqiqə qızardın. Xırda doğranmış pomidoru töküb, 10 dəqiqə də qovurun. Sonda bişmiş badımcanı və rəndələnmiş sarımsağı da əlavə edib,yenidən 5 dəqiqə qovurun. Hazır badımcan kürüsünü zövqə görə duzvə istiotlayıb, süfrəyə verə bilərsiniz.
loading...
 (Səs sayı: 0)
Müəllif: guzel     Baxış sayi: 384     04.08.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Parçada bişirilmiş can əti Çiyələkli kokteyl
Göyərti və sarımsaqla qurudulmuş gavalı 5 qəpiklik bu qarışımla yanmış, qaralmış t..
Mətbəx sirləri: Lobyalı tortilya Qarğıdalı şorbası
Kəsmikli piroq heyva ilə. Çox dadlıdır! Diyetik yaşıl tort resepti
Badımcanla toyuq qanadı qovurması Ekspress ət qovurması
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
asdfggaag
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Yarışma Qalibi Yarışma Qalibi Maraqlı şərhlər yazdığına görə Maraqlı xəbərlər müəllifi
asdfggaag
: qiymət: 0
Tarix: 05.08.2017 | # 3
Sevmediyime gore de yemirem yeyenlere nus olsun,xebere gore de tesekkurler





 

MATRIX
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Şərhlər üzrə aktivliyinə görə
MATRIX
: qiymət: 0
Tarix: 05.08.2017 | # 2
Nuw olsun.







 

ponchik
Qısa məlumat
ponchik
: qiymət: 0
Tarix: 05.08.2017 | # 1
bunu bilirdim cox dadli olur
ellernize sdaliq





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 1
Qonaqlar: 181
Cəmi: 182
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Jalenur
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 112732
Sayğaclar



Mp3 yukle