Oşo`dan Statuslar
10.08.2017   Bölmə: Statuslar




— Özünü cəmiyyətə mütləq şəkildə təslim etmək, tamamilə onun əsiri olmaq lazımdır. Çünki cəmiyyət ancaq kölələrə, ruhunu öldürmüş adamlara hörmət edir.

— Eqo aysberqdir. Onu ərit. Onu dərin sevginin içində ərit. Beləliklə o yoxa çıxsın və sən okeanın bir parçası ol.

— Həyat xırda şeylərdən ibarətdir. Sən sevsən, onlar böyüyərlər.


— Həyatda insanın əsas hədəfi azadlıqdır. Azadlıq olmadan həyatın mənası yoxdur. Azadlıq deyəndə ağlınıza təkcə siyasi, sosial yaxud iqtisadi mənada azadlıqlar gəlməsin. Azadlıq zamandan, şüurdan, arzudan azad olmaqdır. Zehin yoxa çıxdığı anda sən də bəşəri olacaqsan. Bəşəriyyət qədər sərhədsiz ol.

— Şüur kütlə kimidir: düşüncələr — fərdlərdir. Düşüncələr davamlı şəkildə orada olduqları üçün prosesin maddi olduğunu düşünürsən. Bütün düşüncələri rədd elə və sonda görəcəksən ki, heç nə qalmadı. Şüur deyə bir şey yoxdur, sadəcə düşüncə var.

— Zəka sonradan əldə olunan bir şey deyil. O yaradılışdan gəlir, insanın özünə aiddir, o həyatın quruluşundadır.



— Bəsit şeylər eqo üçün cəzbedici deyil. Bəsit olan şey eqonun ölümü deməkdir.

— Unutma, beyin yaxşı quldur. Sənin çox işinə yarayır. Amma sahibkar olaraq çox təhlükəlidir və bütün həyatını zəhərləyər.

— Başqasının səhvinə görə özünü cəzalandırmaq axmaqlıqdır.

— Heç vaxt unutma: seçim etmək məcburiyyətində qalsan, riskli, təhlükəli, sığortası olmayanı seç. Heç vaxt zərər görməzsən.

— Qəbul etməliyik ki, insan yer kürəsindəki ən zəif heyvandır. Və onun bütün davranışlarının, aid olduğu şeylərin, qruplaşmalarının təməli budur. O, özündən daha böyük bir şeyin parçası olmaq məcburiyyətindədir. Ancaq bu zaman özünü təhlükəsiz hiss edə bilir.

— Gedəcək heç bir yol yoxdur. Hər şey bu andadır. Bütün varlıq bu anda toplanıb. Bu anın içinə sığışıb. Bütün varlıq yaşadığın anda axmaqdadır.

Oşo`dan Statuslar

— Yaradıcılıq varlığın ən böyük üsyanıdır. Əgər yaratmaq istəyirsənsə, bütün şərtlərdən xilas olmağa məhkumsan. Əks təqdirdə yaradıcılığın kimdənsə köçürtməkdən başqa bir şey olmayacaq.

— Əslində sən bölünmüş deyilsən. Reallıqda sən ahəng içərisində olan bir bütövsən. Amma bir bütün olmadığını düşünməyə məhkum edilmisən. Ruhi bir varlıq olmaq istəyirsənsə, bədəninlə mübarizə aparmalısan. Bədənini fəth etmək, onu məğlub etmək, yox etmək… Mümkün olan hər vasitəylə ona işgəncə verməyin lazımdır.

— Ayrılıq qaçmaq mümkün olmayan sondur. Heç kimi bunu istəmir, amma bundan xilas olmaq mümkün deyil.



— Sənə deyirəm ki, həyat bir həbsxana deyil. Cəza deyil, mükafatdır. Layiq olanlara verilir. Həyatdan zövq almaq sənin haqqındır. Əgər zövq almağı bacarmasan, günah işləməyə məcbur olacaqsan. Onu gözəlləşdirməsən, sənə verilən kimi saxlasan varlığa qarşı gəlmiş olacaqsan.

— Güclü küləklər səni o tərəf-bu tərəfə dartırsa, müqavimət göstərmə. Onlar sən dirəndiyin üçün güclü olurlar.

— Nə varsa, onu gör. Tələsmə. Səhv anlamaqdansa, anlamamaq daha yaxşıdır.


— Həyat qısa deyil, sonsuzdur. Ətraf aləmin tələsdiyini görmüsənmi heç? Fəsillər vaxtında gəlir, ağaclar vaxtında çiçək açır. Heç ağacın və ya çiçəyin həyat qısadır deyə böyüməyə tələsdiyini görmüsənmi?


loading...
 (Səs sayı: 0)
Müəllif: ponchik     Baxış sayi: 534     10.08.2017
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
statuslarim :) Bir gülüşü var ki kəpənək görsəydi ömrü..
ღ♛❤Statuslar By Me; Farida ღ♛❤ STATUSLAR=2
MəN içimdə həbs olunmuş AdamıN dostuyam.... Itirmək Kimi Tapmağın Da Zamanı Var!
Futbol 22 nəfərin oynadığı və sonda Azərbay.. ♥S♥T♥A♥T♥U♥S♥L♥A♥R♥I♥M♥
Qarışıq)) Gecənin səssizliyi deyə bir şey yoxdu, Gecəni..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
sevincminion
Qısa məlumat
sevincminion
: qiymət: 0
Tarix: 14.08.2017 | # 4
Bəsit şeylər eqo üçün cəzbedici deyil. Bəsit olan şey eqonun ölümü deməkdir.





 

xaliq_5
Qısa məlumat

İdarə Heyətinin Professional Üzvü
xaliq_5
: qiymət: 0
Tarix: 11.08.2017 | # 3
oşa haqqında onu diə bilərəmki. rayonda at arabasıyla ata dirlər oşaaa )



ağıllı kimi görünüb ama ki içi boş insanlar var by xALİQ シ

Nal vurum sizun gorunmuyen masqavuza blet


07.07.2017

 

minyon123
Qısa məlumat
minyon123
: qiymət: 0
Tarix: 11.08.2017 | # 2
Tewekkurler xebere gore..Maraqli sozlerdi





 

MATRIX
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Şərhlər üzrə aktivliyinə görə
MATRIX
: qiymət: 0
Tarix: 10.08.2017 | # 1
-Ne varsa onu gor.Telesme.Sehv anlamaqdansa,anlamamaq daha yaxwidir..







 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 2
Qonaqlar: 215
Cəmi: 217
Bu gün saytda olanlar

Hal-hazırda saytda
AYXAN_
Jalenur
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 112732
Sayğaclar



Mp3 yukle