AYRILIQ MƏKTUBU oxuyun
10.08.2017   Bölmə: Yumor




Cümşüdə məktub:
“Salam, canım içi, aşkım, yavrum, balam, ömrüm, həyatım!” cümləsində neçə mənsubiyyət şəkilçisi var? Sevindin hə, Cümşüd? Elə bildin yenə sənə şirin sözlər deyəcəm? Ala...Neçə gündü nə zənglərimə, nə də smslərimə cavab vermirsən. Mən də ona görə bir başa məktub yazdım. Biri sənə, birini icra hakimiyyətinə, birini polisə, birini də lap yuxarılara yazdım. Axırıncı dəfə yazdın ki, vəssalam, ayrılırıq. Heç utanırsan? Neçə illik münasibəti bir dənə whatsapp mesajıyla necə alt-üst elədin? Bu illər ərzində sənə aldıqlarım, bayramlarda, adın batsın günlərində verdiyim hədiyyələr burnundan gəlsin. Kül mənim başıma. Əsgərliyə getməyən birinə, yəni sənə ”Silahlı qüvvələr günündə” də sənə hədiyyə aldığıma görə məni “Ginessin rekordlar kitabına” saldılar. Baxan da deyərdi ki, kişinin oğlu Qarabağı qaytarıb. Nə deyirdin eliyirdim, nə hava çalırdın oynuyurdum. Bə noldu birdən birə ayrılaq dedin? Başqa dünyaların adamıyıq e, bizdə alınmaz dedin. Amma düz deyirmişsən. Gedib araşdırdım. Doğurdan da başqa dünyaların adamlarıymışıq. Sənin əslin-nəslin yer planetindədir, mənim də bir tərəfim Merkuridən, bir tərəfim də Yupiterdəndi. Söz tapmıram e sənə yazım. Bu zamana kimi evimizə gələn gül kimi elçilərə "otkaz" getdim. Sənə görə mən instituta qəbul oldum ki, evdəkilər məni tez evləndirməsin deyə, başqasına verməsin deyə. Oxumağı bəhanə edirdim. Sonra magistratura, doktorantura da oxudum, vaxt qazandım. Elçi gəldi, dedim hələ də oxuyuram. Mən sənə görə elmi dərəcə də aldım, dosent oldum, professor oldum. Ən axırda da alimlik dərəcəsi də aldım. Bir dənə xeyrin mənəı bu oldu, ayda əlavə 100 manat alıram. Vaxt qazanmaq üçün, evdəkiləri yubatmaq üçün başqa nə olmalıydım? Bəlkə “NASA”-ya CV-i verməliydim? Amma sən bir addım belə atmadın. Ancaq şəhərə çıxıb şaurma-ayran almağı bilirdin.Qapımıza gələn bütün elçiləri geri göndərirdim ki, bir gün sənin elçilərin gələcək. Heç kimi demirəm, qonşumuz İsrafilin adamları hər altı-bazar bizdəydi ki, “Qızı verin də, day! Qocalır axı!”. Sən anlamazsan e, boş-boş danışıram. Heyf sənə görə itən saniyələrimə. Sən məndən yox, vapşe mən səndən ayrılıram.

loading...
 (Səs sayı: 0)
Müəllif: ponchik     Baxış sayi: 328     10.08.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Eylenceeli Fotkiler YUMOR
En Gozel Letifeler Məzəli Əhvalatlar
Bir az gülək Sərxoş lətifələri
GULEK?!..(Lalemden) Guluw deqiqeleri:))
GULEK?!...(lalemden) Birlikdə gülək:)
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
sevincminion
Qısa məlumat
sevincminion
: qiymət: 0
Tarix: 11.08.2017 | # 4
bu cumleler bele coxdu elesine





 

MATRIX
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Şərhlər üzrə aktivliyinə görə
MATRIX
: qiymət: 0
Tarix: 10.08.2017 | # 3
qewey yazilib







 

T_U_R_A_L
Qısa məlumat
T_U_R_A_L
: qiymət: 0
Tarix: 10.08.2017 | # 2
gozel sozler var . ama menasiz sozlerde az deyil.ellerine sgliq





 

asdfggaag
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Yarışma Qalibi Yarışma Qalibi Maraqlı şərhlər yazdığına görə Maraqlı xəbərlər müəllifi
asdfggaag
: qiymət: 0
Tarix: 10.08.2017 | # 1


Gedib araşdırdım. Doğurdan da başqa dünyaların adamlarıymışıq. Sənin əslin-nəslin yer planetindədir, mənim də bir tərəfim Merkuridən, bir tərəfim də Yupiterdəndi
Hegigeten maraqlidir icden gelenlerdir axirinci cumlede ki vapse super
Sən məndən yox, vapşe mən səndən ayrılıram.
Tesekkurler







 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 2
Qonaqlar: 215
Cəmi: 217
Bu gün saytda olanlar

Hal-hazırda saytda
AYXAN_
Jalenur
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 112732
Sayğaclar



Mp3 yukle