DİQQƏTLİ OLUN: uşaqda bu əlamətlərdən hansısa varsa...
28.08.2017   Bölmə: Ana və körpə



Minimal beyin disfunksiyası diaqnozu rast gəlinən uşaqlarda oyanıqlığın artması, emosional qeyri-labillik, zəif nəzərə çarpan sensomotor və nitq pozğunluqları, qavramanın pozğunluğu, diqqətsizlik, davranışdakı çətinliklər, təcrübi vərdişlərin formalaşmasının çatışmazlığı və intellektual fəaliyyətin seçici defisiti əlamətləri ilə müşayiət olunan simptomlar göstərilir.
Bu vəziyyətlər mərkəzi sinir sisteminin perinatal zədələnməsi, yarımçıq doğulma, erkən yaşda kəllə-beyin travması və neyroinfeksiya ilə əlaqədar beynin yüngül ocaqlı zədələnməsindən meydana çıxan simptomo komplekslərdir.
Uşaqlarda beynin funksional sisteminin inkişaf tempində ləngimə müşahidə olunur. Ümumi intellektual inkişaf norma və subnorma həddində olur, lakin uşaqların məktəbdə oxuması və sosial adaptasiyasında çətinliklər yaranır.

Bu diaqnozu necə təyin etmək olar?
- Uşaqların erkən psixo-motor inkişafı yaşa görə geri qalır; gec oturur, gec yeriyir, gec danışır.
- Uşaq çox hərəkətlidir, hövsələsiz, diqqətsiz, tələskən, impulsivdir və ya əksinə, çox sakitdir, az hərəkətli, tez yorulandır.
- Belə uşaqlarda qamət pozğunluğu, əyri-pəncəlik, görmə zəifliyi, başağrıları, kəkələmə, enurez, kiçik motorikanın geriliyi (düymə bağlamaqda, ayaqqabı geyinməkdə, qayçıdan istifadə etməkdə çətinlik çəkirlər) və s. olur.
Minimal beyin disfunksiyası baş beynin erkən, lokal zədələnməsi kimi qiymətləndirilir, həmçinin, disontogenezin xüsusi forması olub, ali psixi funksiyaların ayrı-ayrı hissələrinin yaşa görə formalaşmasının ləngiməsi ilə xarakterizə olunur. Nəzərə almaq lazımdır ki, mürəkkəb funksional sistem kimi ali psixi funksiyalar beyin qabığının məhdud bir sahəsində və yaxud izolə olunmuş hüceyrə qrupunda lokalizə oluna bilməz. Əksinə, birgə fəaliyyət göstərən zonanı özündə birləşdirən mürəkkəb bir sistemdir. Ali psixi fəaliyyət tamamilə müxtəlif, bəzən beynin bir-birindən uzaq hissələrini əlaqələndirir.
Bir yaşdan üç yaşa qədər tez-tez oyanıqlığın artması, hərəki narahatlıq, yuxu və iştahanın pozğunluğu, çəki artımının ləngiməsi, psixo nitq və motor inkişafının ləngiməsi müşahidə olunur. Üç yaşda motor qeyri-dəqiqlik, diqqətsizlik, hərəki hiperaktivlik, impulsivlik, tərslik və neqativizm diqqəti cəlb edir. Bu yaşda uşaqlarda artıq enurez və enkoprezin ilk əlamətləri müşahidə olunur. Tez-tez immunitetin pozğunluğu, tez-tez xəstələnmə, yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri (tonzillit), dəri (ekustativ diatez, neyrodermit) və mədə-bağırsaq pozğunluqları (qastroduodenik, öd yollarının diskineziyası) müşahidə olunur.
Simptomların yaranması uşağın bağça (3 yaşa) və ya məktəb yaşına (6-7 yaşa) təsadüf edir. Bu qanunauyğunluq psixi və fiziki gərginliyin artması nəticəsində mərkəzi sinir sisteminin yeni tələbatlara uyğunlaşa bilməməsi ilə əlaqədardır. Minimal beyin disfunksiyasının kritik dövrü uşağın psixi nitq inkişafı dövrünə aiddir. Bu dövr 1-2 yaşı əhatə edir. Bu vaxt beyin qabığının nitq sahəsinin fəallaşması və nitq vərdişinin formalaşması aktivləşir. Əlverişsiz faktorların bu dövrdə təsiri nitq inkişafının ləngiməsinə səbəb olur. İkinci kritik dövr 3 yaşı əhatə edir. Bu dövrdə uşaqda fəal işlədilən söz ehtiyatı artır, frazalı nitq təkmilləşir, diqqət və yaddaş aktiv inkişaf edir. Psixi yükləmənin bu dövrdə artması davranışının tərslik, neqativizm, sözə baxmamaq şəklində pozulmasına, həmçinin, psixonitq inkişafdan qalmaya və nevrotik pozğunluqlara səbəb olur. Üçüncü kritik dövr 6-7 yaşı əhatə edir. Bu dövr yazılı nitqin inkişaf etdiyi dövrə təsadüf edir. Bu dövrdə uşaqlarda akademik vərdişlərin formalaşmasının pozğunluğu və davranış problemləri meydana çıxır və yüksək tezlikdə travmatizasiyaya səbəb olur. Psixoloji xarakterin çətinliyi vegetativ damar distoniyası şəklində psixosomatik pozğunluqla müşahidə olunur.
Müalicə nevropatoloq, psixoloq, loqoped, pediatr, ortoped və s. mütəxəssislərin nəzarəti ilə kompleks şəkildə aparılmalıdır. Belə uşaqlar hər gün eyni saatda yatmalı, eyni vaxtda oyanmalıdır. Televizor, kompüter qarşısında minimum vaxt keçirmək (sutkada 30 dəqiqəyə qədər), üzgüçülük, rəqs, gimnastika ilə məşğul olmaq, uşaqla taktil kantakt yaratmaq (masaj), lazım gəldikdə müvəffəqiyyətlərinə görə onu tərifləmək müsbət effekt verir. Kompleks yanaşmada pisixoloji-pedaqoji, psixo-terapevtik korreksiyadan əlavə, medikamentoz müalicə də mühüm yer tutur. Simptomatik müalicədə nootroplar; beyin-qan dövranını yaxşılaşdıran, sakitləşdirən vasitələrdən istifadə olunur.
loading...
 (Səs sayı: 0)
Müəllif: LuNa_ViP     Baxış sayi: 456     28.08.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Uşaqlara “yox” deməyi bacarın Abort olunan uşaqlar bunu hiss edir.
Uşağın onurğasının əyilməməsi üçün bun.. Ana südünü artıran vasitə – Sarıkök
CANİM ANAM Analar nə üçün körpələrini SOLDA SAXLAYIRLA..
Səhər yeməyi uşaqların beyninə xeyirdir Körpə yatağı necə olmalıdır?
Analar uşaqlarını daha çox əzizləməlidir Kiçik əmgək, tez və ya gec bağlanan əmgək. ..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
MATRIX
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Şərhlər üzrə aktivliyinə görə
MATRIX
: qiymət: 0
Tarix: 07.09.2017 | # 2
Xeber ucun tewekkur







 

bidenem
Qısa məlumat
bidenem
: qiymət: 0
Tarix: 29.08.2017 | # 1
Tewekkur





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 4
Qonaqlar: 273
Cəmi: 277
Bu gün saytda olanlar

Hal-hazırda saytda
birdane12
GNS
Kuzum_
YildizQ
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113458
Sayğaclar



Mp3 yukle