LƏ İLƏHƏ İLLƏLLAH KƏLİMƏSİNİN ŞƏRTLƏRİ
11.10.2017   Bölmə: İslam


LƏ İLƏHƏ İLLƏLLAH KƏLİMƏSİNİN ŞƏRTLƏRİ
Lə İləhə İlləllah – kəlməsinin yeddi şərti var. Bu şərtlərin hər birinə əməl olunmadıqca, onların ifadə etdiyi mənaları Quran və Sünnəyə uyğun olaraq dolğun, düzgün başa düşülmədikcə, bu kəlmənin söylənilməsi heç bir kəsə fayda verməyəcəkdir. Vəhb ibn Munəbbihdən S: “Lə İləhə İlləllah – Cənnətin açarı deyildirmi?”- deyə soruşan bir kimsəyə o, belə cavab verir: “Bəli, lakin hər açarın dişləri vardır. Əgər dişli açar gətirərsənsə qapı sənin üzünə açılır. Yox, əgər açarın dişləri olmazsa qapı açılmaz”.
Aşağıda qeyd edəcəyimiz bu şərtlər Quran və Sünnəyə uyğun olaraq möhtərəm İslam alimləri tərəfindən qeyd olunmuşdu.
1. Elm – cahillikdən uzaq edən.
2. Yəqinlik – şübhələri yox edən.
3. Ixlas – şırkdən uzaq edən.
4. Məhəbbət – nifrətdən uzaq edən.
5. Sidq – yalanı yox edən.
6. Təslim – itaətsizliyi yox edən.
7. Qəbul – inkarı yox edən.
ELM
Bu o, elmdir ki, Lə Iləhə Illəllah – kəliməsini dəlillərlə öyrənir və isbat edir. Bu da dil ilə söyləyib qəlb ilə bilməkdir. Onun mənasını, nə qəsd etdiyini, nəyi inkar və nəyi təsdiq etdiyini bilmədən söyləyənə heç bir faydası olmaz. “Öyrən bil ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur”. (Muhəmməd 19). “Ondan qeyri ibadət etdikləri şəfaət edə bilməzlər. Haqqa şəhadət verənlər müstəsnadır”. (əz-Zuxruf 86). Bu ayənin mənası, Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına dair şəhadət edərək dillərilə söylədiklərini qəlbləri ilə bilərək təsdiq etməkdir. “Mən həqiqətən Allaham. Məndən başqa heç bir ilah yoxdur”. (Ta ha 14). Osman y rəvayət edir ki, Rəsulullah r buyurdu: “Hər kim Allahdan başqa ibadətə layiq haqq ilah olmadığını bilərək ölərsə Cənnətə girər”.
YƏQİNLİK
Bu kəliməni söyləyən kimsə tam mənasıyla bu kəlimənin nə məna kəsb etdiyində yəqin olmalı və heç bir şəkk-şübhəyə düşməməli, bu kəlimə haqqında tam bir bilik və qavrayış sahibi olmalıdır: “Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən və iman gətirdikdən sonra heç bir şəkk-şübhəyə düşməyənlərdir. Allah yolunda malları və canları ilə vuruşarlar. Məhz belələri sadiq olanlardır”. (əl-Hucurat 15). Əbu Hureyra y rəvayət edir ki, Rəsulullah r buyurdu: “Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və mən onun elçisiyəm. Kim bu iki şəhadətə şübhə etmədən Allahın hüzuruna gedərsə, o qul Cənnətə girər”.
İXLAS
Əməllərini şirkdən təmizləmək, şirkə yer verilməyən bir ixlasa sahib olmaq: “Bil ki, xalis din yalnız Allaha məxsusdur”. (əz-Zumər 3). “Halbuki, onlara əmr edilmişdir ki, Allaha dini yalnız Ona məxsus edərək, digər bütün batil dinlərdən İslama dönərək ibadət etsinlər. Namaz qılıb, zəkat versinlər. Doğru-düzgün din budur”. (əl-Bəyyinə 5). Əbu Hureyra y deyir ki, bir gün: Ya Rəsulallah! Sənin şəfaətinlə Qiyamət günü ən xoşbəxt olan insan kimdir?” Peyğəmbər r: “Ey Əbu Hureyra, mən elə də bilirdim ki, bunu səndən öncə heç kəs soruşmayacaqdır, sənin (elmə) olan hərisliyindən. Rəsulullah r buyurdu: “Qiyamət günü mənim şəfaətimlə ən xoşbəxt olan insan, qəlbində ixlas ilə Lə İləhə İlləllah – kəlməsini deyəndir”. Əbu Hureyra y rəvayət edir ki, Rəsulullah r mənə buyurdu: “Bu divarın arxasında qəlbindən iman ilə Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına şəhadət edən hər kiminlə qarşılaşsan, onu Cənnət ilə müjdələ”.
SİDQ
Bu kəlməyə sadiq olmaq. Bu kəlməni qəlbdən gələn doğruluqla, dilin söylədiklərini qəlb ilə təsdiq edərək söyləmək. Əgər qəlbi ilə bu kəliməni təsdiq etməzsə münafiq olur: “İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır”. (əl-Ənkəbut 2-3). “Haqqı gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir”. (əz-Zumər 33). Muaz ibn Cəbəl y rəvayət edir ki, Peyğəmbər r buyurdu: “Qəlbindən doğruluq və səmimiyyət ilə Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət gətirən hər kəsə Allah Cəhənnəm odunu haram edər”.
MƏHƏBBƏT
Bu kəliməyə məhəbbətlə bağlanmaq. Bu kəlimənin daşıdığı, gətirdiyi hər bir şeyi sevmək və bu kəliməni söyləyənləri – Muvahhidləri sevmək: “İnsanların içərisində Allahdan qeyrilərini Allaha şərik qoşub Allahı sevən kimi sevənlər də var. Halbuki, iman gətirənlərin Allaha olan məhəbbəti daha qüvvətlidir”. (əl-Bəqərə 165). “Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə Allah onun yerinə elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim kafirlərə qarşı sərt olarlar. Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu Allahın lütfüdür, onu istədiyinə verər”. (əl-Maidə 54). Ənəs y rəvayət edir ki, Peyğəmbər r demişdir: “Kimdə (bu) üç şey olsa, imanın şirinliyini dadmış olar: Allahı və Onun Elçisini r başqalarından daha çox sevmək; adamı yalnız Allah üçün sevmək; Cəhənnəmə atılmağı xoşlamadığı kimi, küfrə qayıtmağı da xoşlamamaq”. “Ey iman gətirənlər! Yəhudi və Xaçpərəstləri özünüzə dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalim tayfanı düz yola yonəltməz! Sizin vəliniz (dostunuz) ancaq Allah, onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, boyun əyərək namaz qılar və zəkat verərlər”. (əl-Maidə 51-55). “Ey iman edənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tutarlarsa, onları özünüzə dost bilməyin. Sizdən onları dost tutanlar özlərinə zülm etmiş olarlar”. (ət-Tövbə 23). “Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun”. (əl-Mumtəhinə 1).
TƏSLİM
Lə İləhə İlləllah – kəliməsinə boyun əymək. İnqiyad – Allahın qoyduğu bütün qayda–qanunlara, şəriətə və sünnəyə əməl etmək: “Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə o, artıq ən möhkəm bağdan yapışmış olur. Bütün işlərin axırı Allaha gəlib çatacaqdır”. (Loğman 22). “Tövbə edib Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz”. (əz-Zumər 54). “Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar”. (ən-Nisa 65). Peyğəmbər r buyurdu: “Sizdən heç bir kimsənin nəfsi-istəyi mənim gətirdiyimə tabe olmadıqca iman etmiş olmaz”. “Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!” (əl-Əhzab 36). “Əgər sənə (sənin bu təklifinə) cavab verməsələr, bil ki, onlar öz nəfslərinə uymuşlar. Allahdan bir dəlil (hidayət) olmayınca öz nəfsinə uyandan (Rəbbinə şərik qoşandan, küfr edəndən) haqq yolu daha çox azmış kim ola bilər?! Allah zalım tayfanı doğru yolda müvəffəq etməz!” (əl-Qəsəs 50).
QƏBUL
Bu kəlimənin gətirdiyi hər bir şeyi qəbul etmək və inkara əsla yol verməmək, Allaha ibadət etmək və şirki inkar etməkdir: “Onlara Allahdan başqa heç bir ilah yoxdur – deyildiyi zaman təkəbbür göstərirdilər”. (əs-Saffət 35). “Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən bir peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!”– dedilər”. (əz-Zuxruf 23). Abdullah ibn Məsud y deyir ki: “Kim Qurani- Kərimin bir hərfini belə inkar edərsə (küfr) bütün kitaba qarşı küfr etmişdir”.
Bu sadaladığımız şərtlər Lə İləhə İlləllah kəlməsinin ayrılmaz bir hissəsidir. Bu şərtlər üzərində düşünüb fikirləşmək, onlara lazımı qaydada əməl etmək isə sizin üzərinizə düşən bir haqdır. Çünki, biz dünya və axirətimizi yalnız bu kəlməni öyrənib, ona düzgün əməl etməklə xoşbəxt və firavan edə bilərik. Ubadə rəvayət edir ki, Peyğəmbər demişdir: “Kim Allahdan başqa heç bir məbudun olmadığına, Onun Tək olduğuna və heç bir şəriki olmadığına, Muhəmmədin Onun qulu və Elçisi olduğuna, İsanın Allahın qulu, elçisi, Məryəmə göndərdiyi kəlməsi və Onun ruhundan olduğuna, Cənnətin haqq, Cəhənnəmin də haqq olduğuna şahidlik etsə, nə əməl etmiş olursa-olsun, Allah onu Cənnətə daxil edər”. Başqa rəvayətdə Rəsulullah r buyurur: “Cənnətin hansı qapısından istərsə, onu oradan içəri salar”. Əbu Səid əl-Xudri y rəvayət edir ki, Rəsulullah r buyurdu: “Musa u öz Rəbbinə dedi: “Ey Rəbbim! Mənə elə bir kəlimə öyrət ki, Səni onunla yada salım və dua edim”. Allah buyurdu: “Ya Musa! De: “Lə İləhə İlləllah”. Musa u dedi: “Ya Rəbbim! Axı Sənin bütün qulların bu kəlməni deyir”. Allah buyurdu: “Ya Musa! Əgər yeddi qat göyü və yeddi qat yeri və Məndən başqa orada olanları tərəzinin bir gözünə, Lə İləhə İlləllah kəlməsini tərəzinin digər bir gözünə qoysalar bu kəlimə ağır gələr”. Abdullah ibn Amr y rəvayət edir ki, biz Peyğəmbərin r yanında oturmuşduq. Bədəvilərdən olan bir kişi gəldi. Onun əynində yaşıl atlasdan bir cübbə var idi. O gəlib Peyğəmbərin r başının üstə durub dedi: “Sizin qardaşınız hər bir adlı-sanlı adamı alçaldır, yaxud hər bir adlı-sanlı adamı alçaltmaq istəyir və hər bir çobanı ucaldır. Peyğəmbər r onun cübbəsinin ətəyindən tutub dedi: “Məgər mən sənin əynində ağılsız adamın geydiyi libasın olduğunu görmürəm?” Sonra (sözünə davam edib) dedi: “Allahın peyğəmbəri Nuh u vəfat edərkən oğluna belə demişdi: “Mən sənə vəsiyyətimi söyləyirəm: Sənə iki şeyi əmr edir və iki şeyi qadağan edirəm. Sənə “Lə ilahə illəllahı” əmr edirəm. Əgər yeddi göy və yeddi yer tərəzinin bir gözünə və “Lə ilahə illəllah” digər gözünə qoyulsaydı, bu tövhid kəlməsi ağır gələrdi. Və əgər yeddi göy və yeddi yer ucsuz bucaqsız bir halqa olsaydı, “Lə ilahə illəllah” onu sındırardı. (Həmçinin) Sübhanəllah və bihamdihi kəlmələrini (əmr edirəm). Çünki, bu kəlmələr hər şeyin duasıdır. Bunun sayəsində hər şeyə ruzi verilir. Və iki şeyi sənə qadağan edirəm: (Allaha) şərik qoşmağı və təkəbbürlük etməyi. (Peyğəmbərə r) deyildi ki: “Ey Allahın Elçisi! Bu şirki bildik. Bəs təkəbbürlük nədir? Məgər birimizin özündə olan (gözəl) əbasını geyməsi təkəbbürlükdürmü?” (Peyğəmbər r): “Xeyr”- deyə cavab verdi. (Kişi) dedi: “Məgər birimizdə gözəl qaytanlı gözəl ayaqqabıların olması təkəbbürlükdürmü?” (Peyğəmbər r): “Xeyr”- deyə cavab verdi. (Kişi) dedi: “Məgər birimizin minəcək heyvana sahibi olması təkəbbürlükdürmü?” (Peyğəmbər r): “Xeyr”- deyə cavab verdi. (Kişi) dedi: “Məgər birimizlə oturub-duran dostların olması təkəbbürlükdürmü? (Peyğəmbər r): “Xeyr”- deyə cavab verdi. (Kişi) dedi: “Bəs təkəbbürlük nədir, ya Rəsulallah?” (Peyğəmbər r) dedi: “Haqqı danmaq və insanlara xor baxmaqdır”. Abdullah ibn Amr ibn əl-As y rəvayət edir ki, Allah Elçisi r buyurdu: “Ümmətimdən olan bir kişi Qiyamət günü məxluqatın qarşısına çağırılacaq və ona doxsan doqquz ədəd kitab göstəriləcək. Hər bir kitabın ölçüsü gözün gördüyü son məsafəyə qədər olacaq. Sonra Allah U buyuracaq: “Bunlardan birini inkar edə bilərsənmi?” O: “Xeyr, ey Rəbbim!”- deyə cavab verəcək. Allah buyuracaq: “(Əməlləri) yazan gözətçi mələklərim sənə zülm ediblərmi? Bu qədər kitabın qabağında sənin savabın ola bilərmi?” O, qorxu içində: “Xeyr!”- deyə cavab verəcək. Allah buyuracaq: “Əksinə, dərgahımızda sənin üçün savab vardır. Odur ki, bu gün sənə zülm edilməyəcək”. Bu vaxt onun qarşısına içində “Əşhədu əllə iləhə illəllah və ənnə Muhəmmədən abduhu və rəsuluhu” yazılmış bir kağız parçası qoyulacaq. O deyəcək: “Ey Rəbbim! Bu qədər kitabın qabağında bu kağız parçası nə fayda verə bilər?” Allah buyuracaq: “Sənə zülm olunmayacaq!” Sonra kitablar tərəzinin bir gözünə, kağız parçası isə digər gözünə qoyulacaq və bu kağız parçasının ağırlığından o kitablar havaya qalxacaq”.
Tövhid günahlara kəffarədir. Qul Allahın haqqını nə qədər çox ödəyərsə, bir o qədər də onun Cənnətə düşmək ehtimalı artar. Bütün bu hədislər dəlildir ki, Tövhid əhli əbədi olaraq Cəhənnəmdə qalmayıb sonda Cənnətə girəcəkdir. Hətta etdiyi günah və asiliklərinə baxmayaraq. Bu Tövhidin ona riayət edən qullarına verdiyi nemətdir. Lakin insan unutmamalıdır ki, Lə İləhə İlləllah – kəlməsi bütün yaradılmışlardan daha ağır olmasına rəğmən bir çox insanların tərəzisində yüngül gələcəkdir. İtban y rəvayət edir ki, Rəsulullah r buyrdu: “Lə İləhə İlləllah deyib, bununla Allahın Üzünü (Vəchini) tələb edən kimsəyə Allah Cəhənnəmi haram edər”.
Bəzən səkkizinci şərti də qeyd edirlər: 8) Allahdan qeyri ibadət olunan hər bir şeyi inkar etmək və uzaqlaşmaq. “Hər kəs Tağutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) Eşidəndir, Biləndir!” (əl-Bəqərə 256). “Biz ancaq bunu deyirik ki, bəzi tanrılarımız (onlara tapınmağımızı qadağan etdiyinə görə) sənə sədəmə (xətər) toxundurmuşdur (ona görə də ağzına gələni danışırsan)”. (Hud) belə cavab verdi: “Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin (Rəbbinizə) qoşduğunuz şəriklərdən uzağam! Bircə Ondan (Allahdan) başqa! (Yalnız Ona ibadət edirəm). İndi hamılıqla mənə qarşı nə hiylə qurursunuzsa, qurun və mənə heç möhlət də verməyin!” (Hud 54-55). Əbu Məlik y rəvayət edir ki, Rəsulullah r buyrdu: “Lə İləhə İlləllah deyib, Allahdan başqa ibadət olunan hər bir şeyi inkar edən insanın canına, malına qəsd etmək haramdır. Onunla haqq hesabı Allah özü çəkəcəkdir”. Bu hədis Lə İləhə İlləllah – kəlməsinin məna və məfhumunu çox gözəl bir şəkildə ortaya qoyur. Belə ki, mal və canın qorunma altına girməsi bu kəlməni tələffüz etməyə görə deyildir. Hətta mənasını qavramaq, iqrar etmək, bir və tək olaraq Allaha dua etmək də kifayət deyildir. Allahdan başqa hər ibadət olunanı rədd etmədikcə, bir kimsənin malı və canı toxunulmaz deyildir. Bu məsələdə şübhə duyan kimsənin də malı və qanı toxunulmaz deyildir.
loading...
 (Səs sayı: 0)
Müəllif: Meliss_17     Baxış sayi: 227     11.10.2017
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Sədəqəni gizlin vermək daha yaxşıdır, yoxsa.. Lənət oxumadan əvvəl yaxşı-yaxşı düşün..
Allahla Peyğəmbər arasında vasitəçi Müsəlmanlar Vəhhabilərin gözündə
Müsəlman ənənəsinə görə, neçə gün yas s.. Mələklərin də seyr etdiyi namaz
Söylə qız dünyada ikən nə üçün namaz qı.. Şəriət nədir?
Peyğəmbərimizin dilindən Ramazan "Qeybət etməkdən necə xilas ola bilərəm?"
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Maks
Qısa məlumat
Maks
: qiymət: 0
Tarix: 11.10.2017 | # 2
Xəbər maraqlıdı amma axıra gəsər oxuya bilmədim səbrim çatmadı.
Xəbərə görə tşk.






 

Leyla1988
Qısa məlumat
Leyla1988
: qiymət: 0
Tarix: 11.10.2017 | # 1
Allah razı olsun





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 5
Qonaqlar: 266
Cəmi: 271
Bu gün saytda olanlar

Hal-hazırda saytda
birdane12
GNS
Kuzum_
OrxanXanlaroglu
YildizQ
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113458
Sayğaclar



Mp3 yukle