Sitresdən xilas olmağın yolları.
14.10.2017   Bölmə: Sağlamlıq


İnsan təhlükəli vəziyyətə düşəndə və ya çox yorğun olanda qan təzyiqi qalxır, ürək daha sürətli döyünməyə başlayır və əzələrdə dartınma əmələ gəlir. Orqanizmimiz həmişə enerjini almağa və ötürməyə hazır vəziyyətdədir. Amma yaşamaqda olduğumuz cəmiyyətdə mənfi enerjimizi özümüzdən uzaqlaşdırmaq elə də asan deyil. Bunun nəticəsində insan stresə düşür, stresin təsirindən isə orqanizmdə qan dövranı zəifləyir, damarlarda tromblaşma əmələ gəlir və hətta bəzən bu narahatılıqlar infaktla da nəticələnir.
Hələ ki, dünya üzrə heç bir həkim sırf stresin müalicəsi üçün hər hansı konkret bir müalicə kursu tərtib etməyib. Çünki, stres hər hansısa xəstəlik kimi sadə deyil və təkcə dərmanla müalicə olunmur. Stresə düşmək nə qədər asandırsa stresdən çıxmaq da bir o qədər çətindir. Amma həyatda mümkün olmayan heç nə yoxdur. Odur ki, Milli.Az xəbər portalı stresdən çıxmağın əsas vasitələrini araşdırıb mümkün çıxış yollarını təqdim edir.

Armudu istəkanda ... çay!

Asiyada belə bir atalar sözü var: su insanın bədənini, çay isə ruhunu bütün çirklərdən təmizləyyir. Növündən və əlavəsindən asılı olmayaraq çay insanı mənəvi olaraq dincəltmək funksiyasına malikdir. Xüsusən də yaşıl çaylar insan psixologiyasına çox müsbət təsir edir. Çayların tərkibində olan minerallar insanı narahatlıqdan xilas edir və ətraf mühiti ona sevdirir. Orqanizmdə tonus adlı maddələri artırır və bunun nəticəsində insan aktivləşir. Məhz bu xüsusiyyətlərinə görə stresə düşən insanlara çox çay içmək məsləhət görülür.

Öpüşün

Bir dəqiqə dayanmadan öpüşün. Əksər psixoloqların verdiyi məsləhətə görə öpüşmək və öpüşən zaman sevildiyini hiss etmək insanı stressdən uzaqlaşdırır. Bəlkə də elə məhz buna görə deyirlər ki insan cəhənnəmdə yaşasa belə sevdiyinin qucağında özünü sanki cənnətdə hiss edir.

Gözləyin... və düşünün

Hər insan həyatında heç olmasa bir dəfə də olsa növbə gözləyir. Bəzilərimiz isə bu hallarla tez-tez rastlaşıırıq. İstər ictimai həyatda, istər təhsilimizlə, istərsə də işimizlə bağlı müəyyən növbələr gözləməli oluruq. Aparılan psixoloji araşdırmaların nəticələri göstərir ki, insanların əsəblərinə pis təsir edən vəziyyətlərdən biri də növbə gözləmək, həmçinin tıxaclara düşməkdir. Gözləmək - insanı həm bioloji olaraq orqanizmini yorur, həm də psixoloji olaraq əsəblərə mənfi təsir edir və bu da stresin yaranması ilə nəticələnir. Növbə gözləyən zaman stresdən uzaq ola bilmək öz əlinizdədir. Bunun üçün özünüzə psixoloji dəstək verməyi bacarmalısınız. Bu zaman olduğunuz vəziyyət haqda düşünüb gileylənməyin. Əksinə, xoşunuza gələn, sizi dincəldən şeylər haqda düşünün. Qulaqcıqları taxıb musiqiyə qulaq asaraq da vaxtınızı keçirib stresdən uzaq ola bilərsiniz.

Banan yeyin

Stresdən çıxmaq üçün çoxlu banan yeyin. Çünki, bananın tərkibində 11 vitamin, minerallar və zülallar var və bu səbəbdən də banan insana bol enerji verir. Bir çox alimlərin apardığı araşdırmalar onu göstərir ki, meymunların həddindən artıq enerjili olmasının əsas səbəbi məhz bananla qidalanmalarıdır. Banan insan orqanizminə enerji verir, beyin sinirlərinin inkşafına və sakitləşməsinə şərait yaradır.

Stresi əllərinizlə çıxarın

Yorğunluq və çətin iş qrafikindən yaranan stres nəticəsində boyunda, əllərdə və dizlərdə bəzi ağrılar əmələ gəlir. Bunun əsas səbəbi isə beyin sinirlərinin yorğun olmasıdır. Həmin sinirlərin dincəlib rahatlaşması qan dövranından aslıdır. Bu səbəbdən də 5 dəqiqə durmadan əllərinizi bir-birinə sürtün. Əllərinizin içi qızaranda rahatlayacağınızı hiss edəcəksiniz.
Bundan əlavə, hansısa rezin topu əlinizdə 100 dəfəyə yaxın və ya daha çox sıxıb buraxın, bu da sinirlər üçün çox xeyirli bir əl idmanıdır və stresdən uzaqlaşdırır.

Arıqlamaq istəyirsiniz?

Ən çox streslə üzləşənlər arasında nsbətən kök və dieta saxlayan insanlar da var. Arıqlamaq üçün günlərlə ac qalıb məqsədlərinə çatmağa çalışan insanlar həm dieta saxlayıb əvvəlki kimi qidalanmayacaqlarını, həm də dietadan istədikləri nəticəni əldə edə bilməyəcəklərini fikirləşib stres yaşayırlar. Bu səbəbdən də dietaya başlamamışdan əvvəl özlərini hər şeyin arzuladıqları kimi olacağına inandırmalı, həm də, nəfsləri ilə mübarizə aparmağa mənəvi hazır olmalıdırlar. Bunun üçün ən yaxşı vasitə kökəlməmişdən əvvəlki şəkillərinə baxmaq və arıqlayarkən nə qədər cəzbedici görsənəcəklərini düşünməkləridir. Mümkün qədər həmin şəkilləri həmişə görə biləcəkləri bir yerə qoysunlar və gündə bir neçə dəfə baxsınlar. Beləliklə, stimul alıb arıqlamaq üçün daha güclü mübarizə aparaqcaqlar.

Dostlar köməyinizə gələ bilər

İngiltərənin məşhur yazıçılarından Virciniya Vulfun çox gözəl bir sözü var: "Əgər düzgün qidalanmırsansa nə yaxşı fikirləşə, nə yaxşı yata, nə də ürəkdən sevə bilərsən".
İnsan bədəninin və sinirlərinin rahatlığının əsasını düzgün qidalanma təşkil edir. Bu səbəbdən də stresə düşdüyünüz zaman çalışın qidalanmanıza qarşı daha diqqətli olun. Daha çox sevdiyiniz, dadını çox bəyəndiyiniz yeməklərlə qidalanın. Yorğun iş həftəsi sizi stersə salıbsa həftə sonu evdən kənarda, yəni, hansısa kafedə və ya restoranda nahar edib özünüzü qiymətləndirin. Və ya evdə party, şənlik təşkil edin, dostlarınızı çağırın, birgə nəsə hazırlayıb yeyin. Yemək dadlıdırsa, insan onu yeməkdən mənəvi həzz alır. Amma dadlı yeməyi yeyən zaman həm də çox sevdiyiniz insanlarla söhbət edirsinizsə, həmin yeməyin sizə verdiyi mənəvi həzz daha çox olacaq.

Duş qəbul edin

Stresə düşən insan tez-tez başının dibinin qaşındığını hiss edir. Buna səbəb isə sinirlərin qıcıqlanmasıdır. Bu problemi aradan qaldırmaq üçün duş qəbul edin və başınızı yuyayanda saçlarınızın dibini uzun müddət masaj edin. Yuyunan zaman isə xüsusilə duş altında çimməyə üstünlük verin, çünki duş özü də su ilə bədəninizi masaj edəcək. Yuyunduqdan sonra isə saçlarınızı fen ilə qurutmayın, çünki, fen havası sinirlərinizə mənfi təsir edə bilər.

Gül-çiçəklə təmasda olun

Qadın və ya kişi olmağınıza baxmayaraq, otağınıza ətirli güllər qoyun. Çünki, gül ətri insan psixologiyasına müsbət təsir edir və insanda pozitiv hisslər yaradır. Amma allergiyadan əziyyət çəkirsinizsə, bu məsləhətə əməl edərkən ehtiyatlı olun.

Həyatda kədər də, sevinc də insanlar üçün mövcuddur. Düşdüyünüz mühitdən aslı olmayaraq, emosiyalarınızın əsirı olmayın və psixologiyanızı qoruyun, mənəvi-psixoloji durumunuzun qeydinə qalın. Çünki insanın sağlam orqanizmə sahib olması onun psixologiyasından aslıdır.
loading...
 (Səs sayı: 0)
Müəllif: Maks     Baxış sayi: 306     14.10.2017
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Səhərlər bunları etsəniz, sürətlə arıqlay.. Sodalı suyun faydaları
Əl tərləmələri ürəyin siqnalıdır? Dizlərim niyə ağrıyır? - Dizi ağrıyanlar, o..
Uşaqlar üçün ziyanı olan əsas beş məhsul Bu dondurmalar uşağı angina edə bilər – PED..
Qan qrupuna görə xəstəlik riski Arıqlamağa kömək edən, orqanizmi təmizləyə..
Yaşıl almanın - Faydaları Sürətlə arıqlamaq üçün naharda nə yeməli?
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Leyla24
Qısa məlumat
Leyla24
: qiymət: 0
Tarix: 03.11.2017 | # 3
bezilerini esitmisdim yenede saqolun






 

angelll
Qısa məlumat
angelll
: qiymət: 0
Tarix: 01.11.2017 | # 2
Maraqli idi



MATRIX
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Şərhlər üzrə aktivliyinə görə
MATRIX
: qiymət: 0
Tarix: 31.10.2017 | # 1
Maraqli xeberdi tewekkur.







 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 0
Qonaqlar: 73
Cəmi: 73
Bu gün saytda olanlar
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113918
Sayğaclar



Mp3 yukle