Eşq Hekayəsi
15.10.2017   Bölmə: Maraqlı



Hər sabah olduğu kimi yenə də həmin qadın ağ rəngli əsası ilə ayaq qoyduğu yerləri yoxlayaraq, ehtiyatla avtobusa mindi.
Sürücü "Soldan 3-cü yer boşdur xanım", - deyərək, ona yer tapmaqda köməkçi olmaq istədi.
Qadın cavan və gözəl bir xanım idi. Həyat yoldaşısa Hərbi Hava Qüvvələrinin zabiti idi. Bir neçə ay bundan qabaq səhv bir diaqnoz nəticəsində həyata keçirilən əməliyyatda bu gənc qadın görmə qabiliyyətini tamamilə itirmişdi. Əməliyatdan sonra acı xəbəri eşidən əri isə çox məyus olmuşdu. Amma həmin anda belə özünü toplayaraq soz vermişdi..- arvadını əsla tək qoymayacaq, ona sonuna qədər dəstək olacaq, öz ayaqları üzərində durana qədər ona cəsarət verəcəkdir.
Beləcə günlər bir-birini əvəz edir, qadın isə hər keçən gün özünü daha da pis hiss edir, çox sevdiyi həyat yoldaşına yük olduğunu düşünürdü. Arvadının bu sıxıntılı, özünəqapalı vəziyyəti əri kədərləndirirdi. Tez bir zamanda bir çarə tapmalı idi. Yoxsa həyat yoldaşı getdikcə özünə qapılaraq dünyasından yox olacaqdı.
O bütün günü ömür-gün yoldaşına necə kömək edə biləcəyini düşünürdü. Birdən ağlına yoldaşının keçmiş iş yeri gəldi. Amma bunu ona necə deyəcəkdi? Çünki o artıq hər şeydən inciyən kövrək bir insan olmuşdu. Bununla belə bütün cəsarətini toplayaraq axşam çağı arvadını məsələdən xəbərdar edir
Həyat yoldaşı dəhşətlə "Mən bunu necə edə bilərəm, axı mən koram" - deyə qışqırdı. Ona dəstək olacağını, onu hər gün özü ilə işə aparacağını və axşam işdən gətirəcəyini bildirdi. Onu yaxşı tanıdığıını və bu işi bacara biləcəyini ona deyirdi.
Qadın ümidsiz halda onun təklifini qəbul edir. Çünki ərini çox sevirdi, buna görə də onun qəlbinə dəymək istəmirdi. Fədakar ər hər səhər arvadını işə gətirir və axşamlar işdən sonra onun dalınca gəlirdi. Ancaq ər daha çox şey istəyirdi... Özünə söz vermişdi ki, sonuna qədər gedəcəkdi.
Bir gün axşamçağı arvadına "işə daha sən özün tək gedib-gəlməlisən", - dedi. Qadın dəhşətə gəlmişdi. Bunu heç vaxt edə bilməyəcəyini deyir. Sözünə təkid edən ərini görüncə yenə onun sözünü yerə sala bilmir. Əslində bunu özü də istəyirdi, amma özünə o qədər də güvənci yox idi.
Artıq hər səhər qadın özü avtobus dayanacağına gedir, özü avtobusa minir və özü avtobusdan düşərək işinə gedirdi.
Günlər bir-birini qovalayırdı. Artıq heç bir çətinlik və maneə yox idi. Günlərin birində yenə avtobusa minərkən sürücü ona, "sizə lap qibtə etmək olar, ay xanım", - dedi.
Qadın "niyə", - deyə, soruşur.
- Çünki hər səhər sizin arxanızca gənc bir zabit avtobusa minir, bütün yol boyunca sevgiylə sizə baxır, avtobusdan endikden sonra da yaşıl işıqda yolun qarşı tərəfinə keçməyinizi gözləyir. Siz binaya girdikdən sonra da arxanızdan öpüş yollayıb, sizə heyranlıqla əl edir.
loading...
 (Səs sayı: 1)
Müəllif: Maks     Baxış sayi: 422     15.10.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Əlillik arzusu Azərbaycanın hansı bölgəsində QİÇS-li xəs..
Kinonun ən böyük əfsanələrindən biri Marily.. “Adını Feriha koydum: Emirin yolu” yenidən ..
Qadınlar kişi müdir istəyir Xoşbəxtlik
Statuslar Müdrik həyatın əsas prinsipləri
Özünü yoxla - Psixoloji TEST Qadin nece yarandi???
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
C_A_M_A_L
Qısa məlumat
C_A_M_A_L
: qiymət: 0
Tarix: 24.10.2017 | # 6
Əlaaa




Hər Sevirəm dediyim Mənim Olsaydı, Cənnəti Sevirəm Deyib, Başıma Bir Güllə Sıxardım..

 

nihan
Qısa məlumat

Aktiv olduğuna görə Şərhlər üzrə aktivliyinə görə
nihan
: qiymət: 0
Tarix: 17.10.2017 | # 5
bütün kişiler ibret alsın mence



Maks
Qısa məlumat
Maks
: qiymət: 0
Tarix: 15.10.2017 | # 4
Fikirlere göre teşekkürler



[size=24]
Çözemedim bazılarını

Uzaktanmı adamlar,

Adamlıktanmı uzaklar?


 

GNS
Qısa məlumat

Aktiv olduğuna görə Xəbərlərdə aktivliyinə görə Seçilmiş istifadəçi Yarışma Qalibi Şərhlər üzrə aktivliyinə görə
GNS
: qiymət: 0
Tarix: 15.10.2017 | # 3
cox gozel hekayedi
tesekurelr






 

Kuzum_
Qısa məlumat
Kuzum_
: qiymət: 0
Tarix: 15.10.2017 | # 2
Necə duyğulu hekayedir. Əllərinizə sağlıq . Hər kəs ibrət götürməlidir birazca çətinliyə düşən kimi ailəsini yarı yolda buraxan insanlar var .





 

Leyla1988
Qısa məlumat
Leyla1988
: qiymət: 0
Tarix: 15.10.2017 | # 1
Allah her kese bele gözel aile qismet elesin




 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 4
Qonaqlar: 196
Cəmi: 200
Bu gün saytda olanlar

Hal-hazırda saytda
1DamLa
Darixanurekk
Mirzali_vip
onsuz
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113859
Sayğaclar



Mp3 yukle