Vitr namazı
15.10.2017   Bölmə: İslam



Vitr sözü ərəb dilində “tək” mənasındadır. Rəsulullah (s.ə.s) günün ərzində qılınan son namazın vitr namazı olmasını tövsiyə etmişdir.[1] Hz. Peyğəmbər (s.ə.s) vitr namazını gecə oyanacağından əmin olan şəxsin sübh namazından əvvəl,[2] əmin olmayanın isə yatsı namazından sonra, yatmazdan əvvəl qıla biləcəyini bildirmişdir.[3]

Vitr namazının dəlilləri

Vitr namazı haqqında Rəsulullahın (s.ə.s) bəzi hədisləri:

“Ey Quran əhli! Vitr namazı qılın! Çünki Allah təkdir, tək olanı sevər.”[4]
“Üç şey vardır ki, mənə fərzdir, ancaq sizə fərz deyildir. Duha namazı, qurban (bayramı) və vitr namazı.”[5]

“Allah sizə (fərzlərdən əlavə) bir namaz da əlavə etmişdir. Bu namaz vitr namazıdır. Vitr namazını gecə ilə dan yeri ağarana qədər qılın!”[6] Bu hədisdəki “qılın” əmri Əbu Hənifəyə görə vaciblik ifadə edir və bu hədisə əsasən vitr namazı Əbu Hənifəyə görə vacibdir. Əbu Yusif, İmam Məhəmməd və digər üç məzhəb imamına görə vitr namazı müəkkəd sünnədir.

Vitr namazı neçə rükətdir?

Hənəfilərə görə vitr namazı axşam namazı üç rükətdir və bir salamla qılınır. Dəlili Hz. Aişənin (r.anha) rəvayət etdiyi hədisdir: “Hz. Peyğəmbər üç rükət vitr namazı qılar və üçüncü rükətin sonunda salam verərdi.”[7] Hənəfi məzhəbinə görə tək rükətli namaz olmadığından vitr namazı axşam namazı kimi üç rükət olaraq qılınır. Axşam namazından fərqli olaraq vitr namazının hər rükətində “Fatihə”nin ardından bir surə (və ya bir neçə ayə) və sonuncu rükətdə rükudan əvvəl təkbir alınaraq “Qunut” duası oxunur. Qunut duası oxumaq Əbu Hənifəyə görə vacib, Əbu Yusif və İmam Məhəmmədə görə isə sünnədir.

Malikilərə görə vitr namazı bir rükətdir. Yatsı namazının fərzindən sonra iki rükət sünnə qılınır, salam verdikdən sonra buna bir rükət də vitr namazı əlavə olnur.

Hənbəlilərə görə də, vitr namazı bir rükətdir. Tək olmaq şərtilə üç və ya daha çox rükət qılına bilər.

Şafeilərə görə vitrin ən azı bir rükət, ən çoxu isə on bir rükətdir. Bir rükətdən çox qılındığı təqdirdə əvvəlcə iki rükət qılınır, salam verilir. Sonra qalxaraq tək rükətə ayrıca niyyət edilərək qılınır.[8]

Vitr namazının rükət sayı aşağıdakı hədislərə isnad edir.

“Vitr haqdır. Beş rükət olaraq vitr qılmaq istəyən qılsın, üç rükət olaraq qılmaq istəyən qılsın, bir rükət olaraq qılmaq istəyən qılsın!”[9]
İbn Hibbanın rəvayət etdiyi hədisdə belə buyurulur: “Hz. Peyğəmbər iki rükət sünnə ilə vitrin arasını (salamla) ayırardı.”[10]

Hz. Aişədən (r.anha) belə nəql edir: “Rəsulullah (s.ə.s) Ramazanda və Ramazan olmayanda on bir rükətdən daha çox nafilə namaz qılmazdı.”[11] Müslimin Hz. Aişədən (r.anha) rəvayət etdiyi başqa bir hədisdə, Rəsulullahın (s.ə.s) yatsı (işa) namazından sonra səhərə qədər qıldığı on bir rükətin hər iki rükətindən bir salam verdiyi, son rükəti tək rükət olaraq qıldığı bildirilir.[12]

Abdullah İbn Ömər və Abdullah İbn Abbas (r.anhum); “Vitr namazı gecənin sonunda qılınan tək rükətdir”[13] demişlər.

Vitr namazı ilə əlaqəli məsələlər

Hənəfi məzhəbinə görə vitr namazının üçüncü rükətində rükuya getməzdən əvvəl təkbir gətirilərək qunut duası oxunur. Digər məzhəblərə görə vitr namazında qunut duası oxunmur. Ancaq Şafeilərə görə, Ramazanın ikinci yarısında vitr namazının son rükətində, rükudan sonra qunut duası oxumaq məndubdur.

Hənəfilərə görə vitrdən başqa namazlarda qunut duası oxunmur. Ancaq sıxıntı, fitnə və müsibət əsnasında sübh və axşam namazlarının fərzində qunut duası oxuna bilər.

Vitr namazı, yalnız Ramazan ayında camaatla qılınır. İmam bu namazı səsli qıldırır. Qunut duasını isə imam və camaat səssiz (gizli) oxuyur. Ramazan ayı istisna olmaqla vitr namazını camaatla qılmaq məkruhdur.

İmama birinci rükətdən sonra çatan, imamla birlikdə qunut duasını oxumalı, çata bilmədiyi rüklətləri qəza edərkən qunut duası oxumaz.

Vitr namazı qılan şəxs ikinci, yoxsa üçüncü rükətdə olduğundan şübhəyə düşərsə, olduğu rükətdə qunut duasını oxumalı, təhiyyatdan sonra qalxaraq bir rükət də qılmalı, yenidən qunut duasını oxumalıdır. Əlavə rükətdəki təhiyyatla namazını tamamlamalıdır.[14]

Vitr namazının qəzası

Hənəfilərə görə vitr namazının qəzası vacibdir. Müəyyən səbəbdən vitr namazını qıla bilməyən şəxs qılmadığı vitr namazını qəza etməlidir. Digər məzhəblərə görə isə vitrin qəzası sünnədir.

Vitr namazında hansı surələri oxumaq daha fəzilətlidir?

Rəsulullahın (s.ə.s) vitr namazının birinci rükətində “Ə’la” surəsini, ikinci rükətində “Kafirun” surəsini, üçüncü rükətində də “İxlas” surələrini oxuduğu bildirilir.[15] Bəzən də bunlara “Fələq” və “Nəs” surələrini də əlavə etmişdir.[16] Bir dəfə vitr namazının bir rükətində “Nisa” surəsindən yüz ayə oxuduğu da rəvayət edilir.[17]

[1] Müslim, Müsafirin, 53.

[2] Tirmizi, Vitr, 12; Əbu Davud, Vitr, 8.

[3] Müslim, Müsafirin, 53.

[4] Buxari, Dəəvat, 69; Müslim, Zikr, 5, 6; Əbu Davud, Vitr, 1; Tirmizi, Vitr, 2; Nəsai, Qiyamul-leyl, 27.

[5] Zeylai, Nəsbur-Rayə, II, 105.

[6] Əhməd ibn Hənbəl, II, 180, 206, 208, V, 242, VI, 7; Bax. Tirmizi, Vitr, 12; Əbu Davud, Vitr, 8; Müslim, Səlatul-müsafirin, 53.

[7] Bu hədisi Hakim rəvayət etmiş və Buxari-Müslimin şərtlərinə uyğun olduğunu bildirmişdir. Nəsai “Nəbi (s.ə.s) vitrin iki rükətində salam verməzdi” ləfzi ilə rəvayət etmişdir. Bax. Zeylai, Nəsb, II, 118 vd.

[8] Meydani, Lübab, I, 78; İbn Qüdamə, Muğni, II, 150; Zuheyli, İslam Fıkhı Ansiklopedisi., I, 820 vd.

[9] Əbu Davud, Vitr, 3; Nəsai, Qiyamul-leyl, 40; İbn Macə, İqamə, 123; Əhməd ibn Hənbəl, V, 357.

[10] Əhməd ibn Hənbəl, VI, 84.

[11] Buxari, Təhəccüd, 3, 16.

[12] Bax. İbn Macə, İqamə, 125, 181; Əbu Davud, Tətəvvü, 26; Əhməd ibn Hənbəl, I, 170; Malik, Müvəttə, Səlatul-leyl, 8; Müslim, Müsafirin, 121.

[13] Müslim, Səlatul-müsafirin, 153; Əbu Davud, Vitr, 3; Nəsai, Qiyamul-leyl, 34.

[14] Zeylai, Nəsbur-rayə, II, 123; Zuheyli, İslam Fıkhı Ansiklopedisi, I, 826 vd.

[15] Nəsai, Qiyamul-leyl, 47-50; Tirmizi, Vitr 337; İbn Macə, İqamətus-səlat, 115.

[16] Tirmizi, Vitr 337; Macə, İqamətus-səlat, 115.

[17] Nəsai, Qiyamul-leyl, 46.

loading...
 (Səs sayı: 0)
Müəllif: Leyla1988     Baxış sayi: 340     15.10.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
INSANIN ALLAHA SEVGISi Allaha və Peyğəmbərə inanıb Axirətə inanma..
İstilik bəhanəsi ilə orucu qətiyyən tərk et.. İmam Əlinin (ə) bəzi özəllikləri
Zəmzəm suyu haqqında maraqlı faktlar Əshabi-Kəhf əhvalatı
bismillahir-rəhmanir-rəhim Haci Sahin 2014-Dinin Imtahani - Cox gözəl möiz..
Keçmiş namazların qəzası Agilin Dunyaya Baxiwi [ 4 ]
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
murley
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Şərhlər üzrə aktivliyinə görə Maraqlı şərhlər yazdığına görə Yarışma Qalibi Super Aktiv
murley
: qiymət: 0
Tarix: 22.10.2017 | # 6
Allah bütün ibadətləri qəbul edsin insAllah.Ən əsasda namazları.





 

Leyla1988
Qısa məlumat
Leyla1988
: qiymət: 1
Tarix: 19.10.2017 | # 5
OrxanXanlaroglu,her mezheb bunu bir cür izah edir.doğrusunu Allah bilir.amma men qılmıram qezasını.çünki ferz namaz deyil Vitr namazı.amma qezasını qılmaq sünnedi




 

OrxanXanlaroglu
Qısa məlumat
OrxanXanlaroglu
: qiymət: 0
Tarix: 19.10.2017 | # 4
Vitr namazinin qezasi olur?






 

Danulduzu
Qısa məlumat
Danulduzu
: qiymət: 1
Tarix: 15.10.2017 | # 3
Ən gözəl namazlardan olub duaların daha tez qəbul olunduğu namazdır Allah hamımıza qismət edər inşəallah



Sun.az da 5 ilim tamam olur.COX SEVIREM SENI SUN.AZ
sun.az
[hide][/hi

 

Maks
Qısa məlumat
Maks
: qiymət: 0
Tarix: 15.10.2017 | # 2
Namaz qılanraın Namazını Allah qəbul eləsin



[size=24]
Çözemedim bazılarını

Uzaktanmı adamlar,

Adamlıktanmı uzaklar?


 

Meliss_17
Qısa məlumat

Yarışma Qalibi Yarışma Qalibi Xəbərlərdə aktivliyinə görə İdarə Heyətinin Fəal Üzvü Exclusive xəbərlər müəllifi Maraqlı xəbərlər müəllifi Yarışma Qalibi Yarışma Qalibi Yarışma Qalibi
Meliss_17
: qiymət: 0
Tarix: 15.10.2017 | # 1
Men hecnede başa düşmürem



Есть в мире сердце , где я живу





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 4
Qonaqlar: 196
Cəmi: 200
Bu gün saytda olanlar

Hal-hazırda saytda
1DamLa
Darixanurekk
Mirzali_vip
onsuz
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113859
Sayğaclar



Mp3 yukle