Sevgi dərsi
19.10.2017   Bölmə: Sevgi


Biz əlifbanı sevgi məktubu yazmaq üçün öyrənmişdik
Bunu 3 cü sinifdə oxuyarkən anladım.
Dəftərimdən qopardığım vərəqə iki söz yazmışdım:
'Sənin adın mənim adım'
Rəsm dərsində ürək şəkli çəkirdik bayraqla gerb əvəzinə
Körpə qəlbimiz öz sümük beşiyində yenicə gülürdü onda
Onda hələ öyrənməmişdik rəqəmlərin əskinas olduğunu
Onda bilmirdik ki, dörd bucaq çəkə bilməyən dostumuz dörd divara düşəcək
Bilmirdik ki, hər şey boş çoxluqdur,
Bu yaddaş kitabçasında adam öz əllərini unudur
Yaxın otur,bir az etiraf edəcəm, yaxın otur, əziz müəlliməm.
Azərbaycan dili dərsində 'unutmaq' felini şəxsə və kəmiyyətə görə dəyişirdik.
Və mən həmişə birinci şəxsin təkində yalan danışırdım.
Çünki mən unutmamışdım...
Biologiya bizdən gizlətmişdi ki,gözlərin 2 funksiyası var:'ağlamaq və danışmaq'
Əslində ürəyin dili imiş baxışlar
Bircə 'Ümumdünya cazibə qanunu'nu səni qucaqlayarkən başa düşdüm
Nyutonun başına alma düşməmişdən qabaq sən mənim ürəyimə düşmüşdün..
Coğrafiya dərsində bütün yollar sənə gedirdi,bütün çaylar sənə axırdı
Hərdən ayaqqablarımı geyinib qaçırdım ekvator boyu
Hara dönürdümsə kompasın əqrəbi sənə baxırdı.
Qlobusu qucaqlayan paralellər səni qucaqlamışdı bu qollar tək
Onda bilmirdim ki,Yerin nüvə qatından başqa nüvə silahı da var.
Əziz müəlliməm,indi 'həyat dərsi'ndən kəsr imtahanına gəlmişəm,dəftərimi yoxlayın, davranışıma qiymət verin, istəyirsiz valideynimi çağırıb iclasda şikayətlənin.
Amma xahiş edirəm, məndən 'sevməy'i soruşmayın
Çünki 'sevmək' yadımdan çıxıb evdə qalıb..
İmza:Seir gozlum.
loading...
Zengimcell yukle
 (Səs sayı: 2)
Müəllif: murley     Baxış sayi: 722     19.10.2017
Təşəkkür edənlər (2) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
EŞQ yalanla deyil, etibarla yaşar... Sonu hüzünlə bitməyən hekayəm
Mən səni ALLAHın icazəsi ile sevdim.-1 Hisslərin mübahisəsi
SEVGI HAQQINDA BIR YAZI Bütün Qızlar eyni deyil ..
Var olan bir şey varsa, O da sənin yoxluğun :/ Sevgide itirmisen?
Bağışla məni ,ürəyim..... Sevgi hər zaman gözəldir
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Sabina1
Qısa məlumat
Sabina1
: qiymət: 0
Tarix: 10.11.2017 | # 9
çox gözəl idi bacım






 

Dinara
Qısa məlumat
Dinara
: qiymət: 0
Tarix: 31.10.2017 | # 8
eladikiye bu





 

LuNa_ViP
Qısa məlumat

Aktiv olduğuna görə
LuNa_ViP
: qiymət: 0
Tarix: 25.10.2017 | # 7
Burada daxil olanda ele bil qebristanlığa girirsen hamı ağlaşma qurur ele ,yaşayan ölüler mekanı




Olduğun yeri cənnətə cevirmədinsə hər qacdığın yer sənə cəhənnəmdir




 

C_A_M_A_L
Qısa məlumat
C_A_M_A_L
: qiymət: 0
Tarix: 24.10.2017 | # 6
Paylaşım üçün tşk





 

birdane12
Qısa məlumat
birdane12
: qiymət: 0
Tarix: 22.10.2017 | # 5
Cox beyendim,oxudugumuz dersliklerde meyer heyat derside oyrenirikmis...





 

YildizQ
Qısa məlumat
YildizQ
: qiymət: 0
Tarix: 21.10.2017 | # 4
Cox gozel idi bacim!






 

murley
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Şərhlər üzrə aktivliyinə görə Maraqlı şərhlər yazdığına görə Yarışma Qalibi Super Aktiv
murley
: qiymət: 0
Tarix: 19.10.2017 | # 3
Sevindim beyenmenize





 

Maks
Qısa məlumat
Maks
: qiymət: 0
Tarix: 19.10.2017 | # 2
Heyif o keçen məktəb illərindən.



[size=24]
Çözemedim bazılarını

Uzaktanmı adamlar,

Adamlıktanmı uzaklar?


 

Leyla1988
Qısa məlumat
Leyla1988
: qiymət: 1
Tarix: 19.10.2017 | # 1
Çox gözeldi.mene çox tesir eledi.ellerine sağlıq bacı




 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 3
Qonaqlar: 132
Cəmi: 135
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Aeyqxmeags
Anjlumeags
Aryklmeags
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116193
Sayğaclar



Mp3 yukle