Cehennem
06.11.2017   Bölmə: İslam





Cəhənnəm Uca Allahın günahkar bəndələrini cəzalandıracağı yerdir. Allahı inkar edən və ya Ona şərik qoşanlar orada əbədi, müsəlman olub böyük günahlar edənlər isə orada günahları təmizlənənə qədər qalacaqlar. Uca Allah buyurur: “Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, onu Cəhənnəm əzabı gözləyir. O, Cəhənnəmdə nə ölər, nə də yaşayar”. (Taha, 74).
“Şübhəsiz ki, Allah kafirlərə lənət eləmiş və onlar üçün yanar od hazırlamışdır. Onlar orada əbədi qalacaqlar, nə bir hami, nə də bir yardımçı tapa biləcəklər”. (əl-Əhzab, 64-65).
Hədislərin birində Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Cənnət və Cəhənnəmdən bəhs edərək buyurur: “...Uca Allah Cən­nətə buyurdu: “Sən Mənim rəhmə­tim­sən, Mən sənin vasitənlə qullarımdan dilədiyim kimsəyə rəhm edə­rəm”. Sonra Cəhənnəmə buyurdu: “Sən də Mənim əzabımsan, Mən sənin vasitənlə qulla­rım­dan dilədiyim kimsəyə əzab verərəm...”. (əl-Buxari, 4472, 4569, 4850).
Qurani-kərimdə və hədislərdə Cəhənnəmin vəsfləri bizə bildirilmişdir.

Cəhənnəmin böyüklüyü

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: “O, gün Cəhənnəm gətriləcək. Cəhənnəmin yetmiş min yüyəni (tutacağı) olacaq. Hər bir yüyəndən yetmiş min mələk tutacaq. Mələklər (bu yüyənlərdən) tutub Cəhənnəmi çəkib gətirəcəklər”. (Muslim, 2184, 2842).
Uca Allah buyrurur: “Biz insanı ən gözəl surətdə yaratdıq! Sonra isə onu aşağı qatların ən aşağısına (Cəhənnəmin dibinə) qaxacağıq”. (ət-Tin, 4-5).
Rəvayət edilir ki, Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Bir gün biz Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) birlikdə idik. Birdən düşən bir şeyin səsi eşitdik. Bu zaman Peyğəmbər (salləllahu aleyhi və səlləm) “Bunun nə olduğunu bilirsinizmi?” deyə buyurdu. Biz: “Doğrusu Allah və Elçisi bilər!” dedik. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurdu: “Bu, yetmiş il əvvəl Cəhənnəmin içinə atılmış bir daş­dır. İndiyə kimi Cəhənnəmin dibinə düşürdü. Nəhayət dibinə indi çatdı”. (Muslim, 2844, 5078, 7346).
Uca Allah buyurur: “Həqiqətən, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir. Onun yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur”. (əl-Hicr, 43-44).
Ubeyy ibn Kəb (Allah ondan razı olsun) deyir: “Cəhənnəmin yeddi qapısı vardır. Bunlardan biri Hərurilər (xəvariclər) üçündür”. (İmam Əhməd, 2/ 94).
Cəhənnəmin vadiləri və həbsxanaları

Uca Allah buyurur: “Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar)”. (Məryəm, 59).
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Ğəyy - Cəhənnəmdə bir vadidir”.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Təkəbbürlülər Qiyamət günü insan qiya­fəsində, həm də qarışqa boyda olduqları halda məhşərə toplanılacaqlar. Onları hər tərəfdən zillət bürüyəcək və onları Cəhənnəmdəki Buləs adlı zin­dana sürükləyəcəklər. Onları alovların alovu qaplayacaq və onlara Cə­hənnəm əhlinin bədə­nindən axan irindən içirdəcəklər”. (əl-Buxari “Ədəbul-Mufrad” 557; ət-Tirmizi, 2492).
loading...
 (Səs sayı: 0)
Müəllif: Leyla1988     Baxış sayi: 173     06.11.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Təmiz qızıldan yolka hazırlandı Bədr qəhrəmanı Kərbəla səhnəsində
Allah qorxusunun 7 əlaməti Qəzavət-Hz.Əliyə qarşı hiyləgərlik
Quranda hicab deyiləndə, nə nəzərdə tutulur? Dəbdəbəli həyat, israflı həyat insanı və c..
HZ. MƏHƏMMƏDIN (S.A.V) ƏN GÖZƏL SÖZLƏRI SƏBR VER ALLAHIM...
İnsana verilən nemətlər, onun etdiyi şükürl.. ZƏKƏRİYYANIN ŞƏHİD OLMASI.
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
MATRIX
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Şərhlər üzrə aktivliyinə görə
MATRIX
: qiymət: 1
Tarix: 09.11.2017 | # 4
Allah razi olsun.







 

Leyla24
Qısa məlumat
Leyla24
: qiymət: 0
Tarix: 09.11.2017 | # 3
xeber ucucn saqolun






 

Gulu
Qısa məlumat

Aktiv olduğuna görə
Gulu
: qiymət: 0
Tarix: 07.11.2017 | # 2
Allah butun bendelerni qorusun






 

YildizQ
Qısa məlumat
YildizQ
: qiymət: 0
Tarix: 07.11.2017 | # 1
Məlumat ucun təşəkkürlər!






 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 0
Qonaqlar: 77
Cəmi: 77
Bu gün saytda olanlar
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113918
Sayğaclar



Mp3 yukle