Cehennem2
06.11.2017   Bölmə: İslam





Cəhənnəmin uğultusu və qəzəbi


Uca Allah buyurur: “Onlar Cəhənnəm odunu uzaq məsafədən gördükdə belə onun necə qəzəblə qaynamasını duyacaq və xışıltısını (uğultusunu) eşidəcəklər”. (əl-Furqan, 12).
“Rəbbinə qarşı çıxanlar Cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir. Onlar oraya vasil ediləndə onun dəhşətli uğultuyla (uğultu ilə) qaynadığını eşidəcəklər”. Cəhənnəm, qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən Cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar: "Məgər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?" Onlar deyəcəklər: "Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb: "Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz"– demişdik. Onlar deyəcəklər: "Əgər biz dinləsəydik və ya anlasaydıq alov şölələri saçan od sakinlərinin içində olmazdıq!" Onlar öz günahlarını etiraf edəcəklər. Rədd olsun alovlu od sakinləri!” (əl-Mulk 6-11).
Cənnət haqda uzun bir hədisi danışdıqdan sonra Kəb (Allah ondan razı olsun) dedi: “Canım əlində olan Allaha and olsun ki, həqiqətən də, Qiyamət günü Cəhənnə­min bir gurultusu var. Allaha yaxın olan elə bir mələk və göndərilmiş elə bir peyğəmbər olma­yacaq ki, (bu gurultunun qorxusundan) dizi üstə yerə düşməsin, hətta Allahın sevimlisi İbrahim belə deyəcək: “Ey Rəbb! Ah canım, ah canım!”. (ət-Tabərani “Mucəmul-Kəbir” 9763).

Cəhənnəm əhlinə verilən cəza

“De: "Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın". Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir!” (əl-Kəhf, 29).
“Xeyr! Bu, alovu şölələnən Oddur – başın dərisini sıyırıb çıxaran bir od. O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni və mal-dövlət yığıb saxlayanı”. (əl-Məaric, 15-18).
“Kafirlər üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir. Bununla, olanların bətnlərindəkiləri və dərisi əridiləcəkdir. Onlar üçün dəmir toppuzlar da hazırlanmışdır. Onlar hər dəfə oradan çıxmaq, qəmdən qurtarmaq istədikdə yenidən oraya qaytarılacaq və onlara: "Dadın odun əzabını!"– deyiləcəkdir”. (əl-Həcc, 19-22).
“Cəhənnəm odu onların üzlərini yandırar. Onlar orada dişləri ağarmış vəziyyətdə durarlar”. (əl-Muminun, 104).
“Onların dəriləri yanıb bişdikcə əzabı (həmişə) dadsınlar deyə o, dəriləri başqası ilə əvəz edəcəyik”. (ən-Nisa, 56).
“(Allah dərgahından belə bir nida gələcəkdir:) “Onu tutub qandallayın! Sonra da Cəhənnəmə atın! Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın! Çünki o, böyük olan Allaha inanmırdı”. (əl-Həqqa 30-32).

Cəhənnəmliklərin yeməyi və içməyi

Uca Allah buyurur: “Qabaqda onu Cəhənnəm gözləyir; orada ona irinli su içirdiləcək. O bunu qurtum-qurtum içəcək, amma onu uda bilməyəcəkdir. Ona hər yandan ölüm gələcək, lakin o, ölməyəcəkdir. Bunun ardınca da ağır bir əzab gələcəkdir”. (İbrahim, 16-17).
«Onlar orada nə bir sərinlik, nə də içməyə bir şey tapacaqlar. Qaynar sudan və irindən başqa». (ən-Nəbə 24-25).
“Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!” (əl-Kəhf, 29).
“Sonra, siz ey (haqq) yoldan azanlar, (haqqı) dananlar! Şübhəsiz ki, zəqqum ağacından (onun meyvəsindən) yeyəcəksiniz, Qarınlarınızı onunla dolduracaqsınız. Üstündən də (sizə bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz. Özü də onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz. Bu onların haqq-hesab günündəki ziyafətidir. (Ey kafirlər!) Biz sizi (yoxdan) yaratdıq. Məgər (qiyamət günü yenidən dirildiləcəyinizi) təsdiq etməzmisiniz?” (əl-Vaqiə 51-57).
loading...
 (Səs sayı: 0)
Müəllif: Leyla1988     Baxış sayi: 215     06.11.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Təmiz qızıldan yolka hazırlandı Bədr qəhrəmanı Kərbəla səhnəsində
Allah qorxusunun 7 əlaməti Qəzavət-Hz.Əliyə qarşı hiyləgərlik
Quranda hicab deyiləndə, nə nəzərdə tutulur? Dəbdəbəli həyat, israflı həyat insanı və c..
HZ. MƏHƏMMƏDIN (S.A.V) ƏN GÖZƏL SÖZLƏRI SƏBR VER ALLAHIM...
İnsana verilən nemətlər, onun etdiyi şükürl.. ZƏKƏRİYYANIN ŞƏHİD OLMASI.
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
C_A_M_A_L
Qısa məlumat
C_A_M_A_L
: qiymət: 0
Tarix: 10.11.2017 | # 5
Xəbərə görə tşk...




Hər Sevirəm dediyim Mənim Olsaydı, Cənnəti Sevirəm Deyib, Başıma Bir Güllə Sıxardım..

 

MATRIX
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Şərhlər üzrə aktivliyinə görə
MATRIX
: qiymət: 2
Tarix: 09.11.2017 | # 4
Paylawdigin ucun Allah razi olsun.







 

Gulu
Qısa məlumat

Aktiv olduğuna görə
Gulu
: qiymət: 1
Tarix: 07.11.2017 | # 3
Oxuduqca icme qaranlq cokdu






 

YildizQ
Qısa məlumat
YildizQ
: qiymət: 1
Tarix: 07.11.2017 | # 2
Cox gozəl məlumat idi!Təşəkkürlər!






 

MiSs_LoVe
Qısa məlumat
MiSs_LoVe
: qiymət: 1
Tarix: 06.11.2017 | # 1
Nəqədər günahkar olsaqda ALLAHA naümüd olmayaq Çünki UCA ALLAH MƏRHƏMƏTLİ və Rəhm edəndir.



Sen menimsen

 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 0
Qonaqlar: 77
Cəmi: 77
Bu gün saytda olanlar
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113918
Sayğaclar



Mp3 yukle