Sağlamlığa güc verən qidaların siyahısı
20.11.2017   Bölmə: Sağlamlıq





Mütəxəssislər insan sağlamlığı üçün yararlı olan bitkilərin (meyvə-tərəvəzlərin) siyahısını hazırlayıblar.

SuN.Az deyerler.org-a istinadən bildirir ki, siyahıda 60-a yaxın bitki yer alıb.

Moruq - C vitamini, kalsium, dəmir, folikasitlə zəngindir. Virus və bakteriyalardan qoruyur, xərçəng yaranma riskini azaldır.
Avokado - Tərkibində doymamış yağ asidləri var. Ürək və qan dövranı üçün faydalıdır. Xərçəngdən qoruyur.
Kələm - C vitamini, az miqdarda B vitamini, kalsiumli ağ və qırmızı kələm immuniteti gücləndirir, streslə savaşır.
Noxud - Protein, maqneziumla boldur. Xolestrolu salır, bağırsaq xərçəngi riskini azaldır.
Brokoli - Maqnezium, A və C vitamini ilə zəngindir. Xərçəngdən qoruyur, əzələləri gücləndirir.
Qoz-findıq - B və E vitamini, dəmir var. Sakitləşdirir, yuxu gətirir və stresi azaldır.
Dana əti - Ətdə dəmir, protein var. O, soyuqdəyməni, öskürək və qripə qarşı yaxşı vasitədir.
Dəniz məhsulları - Tərkiblərində Omega3 yağ asidi olur. Xolestrolu tənzimləyir, infarkt riskini azaldır.
Pomidor - Folikasitlə zəngin olan pomidor xərçəngin bəzi növlərindən qoruyur, hüceyrəmi yeniləyir.
Alma - Dəmir, A-C vitamini mənbəyi olan alma immuniteti gücləndirir, infarkt riskini azaldır.
Alça - Dəmir və B vitamini ilə boldur. Bədəndəki artıq suyun çıxarılmasına yol açır, enerji verir.
Buğda - Buğda beyni və sinirləri bəsləyir, yaddaşı və zehni gücləndirir.
Lobya - Dəmir, kalsium, B və C vitamini, protein tərkibli bu məhsul qan və hüceyrə yaranmasına kömək edir.
Quş üzümü - Tərkibində C vitamini, kalsium var. Əsəb və immuniteti gücləndirir.
Qreyfurt - Folikasit, C vitamini var. Qan təzyiqini azaldır, qan yaradır.
Yerkökü - A vitamini var. Spermanı artırır, infeksiyalardan qoruyur.
İspanaq - A vitamini, folikasit, maqnezium, E vitamini ilə zəngindir. Sinirləri gücləndirir. Xüsusilə hamilələrə tövsiyə edilir.
Qovun - Maqnezium və kalsium tərkibli qovun bədəndə suyu tənzimləyir.
Qırmızı üzüm - Yüksək təzyiqdən əziyyət çəkənlər üçün faydalıdır.
İtburnu - C və E vitamini, dəmirlə boldur. Soyuqdəymə, qripə qarşı qoruyur.
Kivi - C vitamini və sairə başqa minerallar ilə zəngindir. Çəkini azaldır. İmmuniteti gücləndirir.
Limon - C vitaminin məbəyidir. Limon mədə xərçəngi riskini azaldır.
Göbələk - Kalsium, maqnezium tərkibli göbələk əzələləri gücləndirir, saç və dırnaqlara faydalıdır.
Mərcimək - Yorğunluğu aradan qaldırır, stresdən qoruyur.
Qarğıdalı - Maqnezium və B vitamini mənbəyidir. Streslə savaşır, bağırsaq xərçənginin qarşısını alır.
Banan - B6 vitamini, maqnezium var. Rahataladır və yatmağa kömək edir.
Çobanyastığı - C vitaminli çöl çiçəyi ürək xəstəliklərindən qoruyur, stresi azaldır.
Kartof - Tərkibində minerallar, C vitamini, protein var. Xərçəngdən qoruyur, bədəni toksinlərdən təmizləyir.
Pendir - Protein, kalsium var. Sümükləri gücləndirir, sinirləri qoruyur.
Portağal - Meyvə B və C vitamini, kalsium, seleniumla boldur. Bədəndəki artıq suyun ifraz edilməsinə kömək edir.
Sarımsaq - İmmuniteti gücləndirir.
Soya yağı - E vitamini, proteinli yağ xərçəng riskini azaldır.
Süd - Kalsium, D, A və B2 vitaminləri ilə zəngindir. Sümükləri gücləndirir, bağırsaq xərçənginə qarşı faydalıdır.
Qara turp - C vitamini, kalsium, dəmir mənbəyidir. İmmuniteti gücləndirir və qan dövranını yaxşılaşdırır.
Bibər - A və C vitamini ilə bol bibər baş ağrısının dərmanıdır.
Qatıq - Ağartı kalsium, B12 vitamini ilə zəngindir. Bağırsaq xərçənginə yoluxmadan qoruyur.
Yulaf - Tərkibində karbonhidrat, dəmir, maqnezium, B vitamini var. Enerjivericidir.
Zeytunyağı - Doymamış yağ asidi, E vitamini ilə zəngindir. Xolestrolu tənzimləyir, hüceyrələri qoruyur.
loading...
 (Səs sayı: 0)
Müəllif: Mirzali_vip     Baxış sayi: 157     20.11.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Bədən susuz qalarsa nələr baş verər? Bikini bölgəsini təmizləyərkən diqqətli olu..
Limon qabığını atırsınızsa, bunu mütləq o.. Armudun sağlamlıq üçün 7 FAYDASI
Ən aqressiv xərçəng xəstəliyinə qarşı yen.. Ac qarına idman etməyin - TÖVSİYƏLƏR
Nar qabıqlarını 10 dəqiqə qaynadıb içsəniz.. Xəbərdarlıq: Ağrıların dəhşətli fəsadlar..
Ebola virusu nədir və insanlar bu virusa necə y.. Göz linzaları kor edə bilər
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
C_A_M_A_L
Qısa məlumat
C_A_M_A_L
: qiymət: 0
Tarix: 24.11.2017 | # 3
...





 

1DamLa
Qısa məlumat
1DamLa
: qiymət: 0
Tarix: 20.11.2017 | # 2
təşəkkürkərrr



ben gideni deyil


giden beni kaybetmişdir.


giden gitmişdir.


gitdiği gün bitmişdir

 

KukLa
Qısa məlumat
KukLa
: qiymət: 0
Tarix: 20.11.2017 | # 1
Faydalı məlumat idi təşəkkürlər!





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 0
    Qonaqlar: 103
    Cəmi: 103
    Bu gün saytda olanlar
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 115449
    Sayğaclar



    Mp3 yukle