Hakan Şükürün ABŞ-dakı bahalı həyatı (Şəkil)
20.11.2017   Bölmə: Xəbərlər


FETO" terror təşkilatının üzvü olduğu deyilən sabiq türk futbolçusunun ABŞ-dakı lüks həyatı görüntülənib.

Milli.Az və SuN.AZ musavat.com-a istinadən xəbər verir ki, Hakan Şükürün 3 milyon dollara həyat yoldaşına kafe açması, aldığı ev, sürdüyü maşınlar və s. jurnalistlərin kamerasına tuş gəlib.

Bütün bu görüntülər Türkiyənin Anadolu xəbər agentliyinin əməkdaşları tərəfindən lentə alınıb.

"FETO"cuların görüş yeri...




Onun şəhərin mərkəzində, "Avenue" universitetinin yaxınlığında açdığı "tuts Bakery-Cafe" adlı kafenin üzv olduğu terror təşkilatının mənsublarının görüş yeri olduğu da bildirilir. Olduqca lüks bir restoran dizayn edən sabiq futbolçunun iş yeri San-Fransiskoda "Apple" kimi dünyaca məşhur şirkətin ofisinə yaxın yerdə yerləşir.



Onun həyat yoldaşı Beyda Şükür ilə birlikdə işlətdikləri kafedə səhər yeməyindən tutmuş, axşam yeməyi, tortlar, salatlar və s. bu kimi hazır yeməklər mövcuddur. Hakan Şükürün həyat yoldaşının hicabını açması da diqqətlərdən qaçmayıb. Belə ki, sabiq futbolçunun lüks yaşam tərzini görüntüləyən jurnalistlər onun xanımını da lentə alıblar. Fotolardan da göründüyü kimi, Beyda Şükür baş örtüyünü açıb.





Qeyd edək ki, Beyda Şükür 2012-ci ildə həyat yoldaşı Hakan Şükür ilə Həcc ziyarətinə getdikləri zaman hicab bağlamağı qərara almışdı. Uzun illər hicabla gəzən Beyda Şükür son olaraq bu cür görüntülənib.

3 milyon dollarlıq malikanə...




Araşdırma aparan türkiyəli jurnalistlər Hakan Şükürün kirayə qaldığı evin dəyərinin 3 milyon dollar olduğunu deyirlər. Olduqca lüks bir ev kirayə götürən sabiq futbolçu ayda 6 min 850 dollar pul ödəyir. Hakan Şükürün evini də fotolentə alan jurnalistlər evin yeni il üçün bəzədilməsinə görə dəbdəbəli hazırlıqların başladığını qeyd ediblər.

Lüks maşınlar...





Hakan Şükürün evinin önündə 3 lüks maşını var. Sabiq futbolçu evinin və kafesinin qarşısında son model ağ rəngli "Lexus", "Mercedes" cip və "Volkswagen" ilə görüntülənib.

Qeyd edək ki, Hakan Şükür 2015-ci ildə Türkiyədəki evlərini satıb, banklardan pulunu çəkib, Amerikaya qaçmışdı. O, Türkiyəyə dönməyəcəyini açıqlamışdı.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Mirzali_vip     Baxış sayi: 159     20.11.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
"Ronaldonun zədələnməsini istəmirdim&quo.. Çevriliş mətnini oxuyan TRT aparıcısı saxlan..
"Öləcəm" dedi, toy günü həyatını.. BƏŞƏRİYYƏTİ GÖZLƏYƏN TƏHLÜKƏ - Alimlə..
Türkiyədəki çevriliş cəhdinin şübhəli - M.. Gədəbəydə su sexi yandı
ANS ÇM-in bank hesabından 77 min tutuldu Azərbaycanda dollar sürətlə ucuzlaşır - YEN..
Sabah yağış yağacaq Putinin inanılmaz sərvəti
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
C_A_M_A_L
Qısa məlumat
C_A_M_A_L
: qiymət: 0
Tarix: 24.11.2017 | # 4
Amin





 

MiSs_LoVe
Qısa məlumat
MiSs_LoVe
: qiymət: 0
Tarix: 21.11.2017 | # 3
Allah hamıya istədiyi kimi yooxxx çünki insan bəzən nə istədiyin bilmir

ALLAH HƏRKƏSƏ XEYİRLİSİN NƏSİB ETSİN






 

KukLa
Qısa məlumat
KukLa
: qiymət: 0
Tarix: 20.11.2017 | # 2
Leyla24,Amin!!





 

Leyla24
Qısa məlumat
Leyla24
: qiymət: 1
Tarix: 20.11.2017 | # 1
Allah hamiya isdediyi kimi heat nesib elesin



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 2
Qonaqlar: 125
Cəmi: 127
Bu gün saytda olanlar

Hal-hazırda saytda
NourdyArouroDup
Toningeenriseets
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116430
Sayğaclar



Mp3 yukle