Qatığın kosmetologiyada bilmədiyiniz istifadəsi
03.12.2017   Bölmə: Dəri və saç



Qatığın kosmetologiyada bilmədiyiniz istifadəsiQatıq üz və saçlar üçün olan müxtəlif kosmetik maskalarda uğurla istifadə olunur.
Qatıq üz dərisini daha yumşaq, hamar və elastik edir, kiçik qırışları hamarlayır, üz dərisini ağardır, yüngül piling effekti verir. Yazda dərimiz çox quru, yorğun olur, qabıq verir. Təqdim etdiyimiz maskalar üz dərisinə gözəllik və cavanlıq bəxş edəcək.
Qatıqla olan üz maskaları (ev qatığından istifadə etmək daha yaxşıdır):
- 2 xörək qaşığı qatıq, 1 çay qaşığı limon şirəsi, 1 çay qaşığı küncüt yağı, 1 xörək qaşığı yulaf yarması (əvvəlcədən üyüdmək lazımdır) qarışdırılır və təmiz üz dərisinə qalın qatla çəkilir. 15 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyub istənilən qidalandırıcı krem çəkin.
- 2 xörək qaşığı qatıq, 1/2 çay qaşığı badam yağı, 1/2 çay qaşığı ərik yağı, 1 çay qaşığı qarğıdalı nişastası yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. Maskanı 20 dəqiqə ərzində saxlayın və sonra ilıq su ilə yuyub istənilən qidalandırıcı krem çəkin.
- 3 xörək qaşığı qatıq, 1 çay qaşığı bal qarışdırın və təmiz üz dərisinə çəkin. 20 dəqiqədən sonra ilıq su ilə yuyun.
- 2 xörək qaşığı qatıq, 1 ədəd yumurta sarısı, 5 damcı A vitamini (apteklərdə satılır) yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.
Qatıqla olan saç maskaları
Qatıq həmçinin saçların vəziyyətinə çox müsbət təsir edir. Daim istifadə etdikdə (həftədə 1-2 dəfə) belə maskalar saçları yumşaq, parlaq və canlı edir, saçların rəngini "açır".
- Ən sadə maska - qatıq saçlara çəkilir, plyonka və üzərindən dəsmalla örtülür, 2 saatdan sonra yaxşı yuyulur.
- 1/2 stəkan qatıq, 1 xörək qaşığı gənəgərçək yağı, 1 ədəd yuymurta yaxşı qarışdırılır (bütün inqrediyentlər ilıq olmalıdır) və saçlara çəkilir. Saçlar plyonka, üzərindən dəsmalla örtülür və 2 saatdan sonra şampunla yaxşı yuyulur.
- 1 stəkan qatıqda 1 çay qaşığı maya həll olunur və isti yerə qoyulur. 1/2 saatdan sonra maskanı saçlarınıza çəkin, plyonka və dəsmalla örtün və 2 saatdan sonra yuyun.
- 5 xörək qaşığı qatıq, 1 xörək qaşığı zeytun, 1 xörək qaşığı ayıpəncəsi yağı, 1 xörək qaşığı limon şirəsi, 2 xörək qaşığı istənilən balzam qarışdırılır, saçlara çəkilir, plyonka və dəsmalla örtülür və 2 saatdan sonra yaxşı yuyulur.
loading...
 (Səs sayı: 0)
Müəllif: Meliss_17     Baxış sayi: 286     03.12.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Saçlarınızı yuyandan sonra daramayın, yoxsa.... Saç formanıza görə xasiyyətiniz
Yağlı dərilər üçün - 4 təbii maska Piercing haqqında bilinməsi lazım olan hər şe..
Saçları uzatmaq üçün - 5 üsul Yağlı saçlarda belə qurtulun
Gözəlliyinizə gözəllik qatın Südü saçlarınıza sürtsəniz...
Şampuna 2 həb aspirin əlavə edin və... Yağlı dərilər üçün - 4 təbii maska
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
MiSs_LoVe
Qısa məlumat
MiSs_LoVe
: qiymət: 0
Tarix: 03.12.2017 | # 4
bilirdim tşk






 

C_A_M_A_L
Qısa məlumat
C_A_M_A_L
: qiymət: 0
Tarix: 03.12.2017 | # 3
Meliss_17, sal - sal





 

Meliss_17
Qısa məlumat

Yarışma Qalibi Yarışma Qalibi Xəbərlərdə aktivliyinə görə İdarə Heyətinin Fəal Üzvü Exclusive xəbərlər müəllifi Maraqlı xəbərlər müəllifi Yarışma Qalibi Yarışma Qalibi Yarışma Qalibi
Meliss_17
: qiymət: 0
Tarix: 03.12.2017 | # 2
C_A_M_A_L,niye gülürsen başı salıcam indi o qatıq qabına



Ömrümü ömrünə hədiyyə etdim :)❤️✌️





















 

C_A_M_A_L
Qısa məlumat
C_A_M_A_L
: qiymət: 0
Tarix: 03.12.2017 | # 1
twk.





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 1
Qonaqlar: 105
Cəmi: 106
Bu gün saytda olanlar

Hal-hazırda saytda
lemka
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 114415
Sayğaclar



Mp3 yukle