Bakıda apteklərin yeni — FIRILDAĞI FOTO
07.12.2017   Bölmə: Azərbaycan

Son zamanlar Bakı şəhərində fəaliyyət göstərən apteklərin çoxu vətəndaşları aldatmaqla və istehlakçıların hüquqlarını pozmaqla məşğuldur. Bəzən apteklər həkimlərin yazdığı dozadan artıq dərman verməklə, bəzən isə reseptlə yazılan dərmanın əvəzinə digər pereparat verməklə qanun pozurlar. Bu hal isə yolverilməzdir.

Belə hallardan biri də dekarın 6-da Binəqədi rayon, Biləcəri qəsəbəsində yerləşən “Aptek – Əlillər” adlı əczaçılıq fəaliyyəti ilə məşğul olan məkanda baş verib. Bu barədə “Ölkə.Az” saytına Cavad Babayev adlı şəxs şikayətində bildirib. Onun sözlərinə görə, həmin aptekdə “Laktol” adlı dərman almaq istəyib. Həkimin yazdığı resept əsasında həmin dərmandan 5 ədəd istəyən C.Babayev kobudluqla qarşılaşıb. Aptekdə çalışan əczaçı qadın müştəriyə həmin dərmandan kəsib verə bilməyəcəyini bildirib.



Onun sözlərinə görə, həmin dərmandan 15 dənə verə bilərlər. Şikayətçi isə bunun qanun pozuntusu olduğunu xatırladıb. Məsələyə aptek müdiri qarışıb və müştəriyə həmin dərmandan 5 ədəd verə bilməyəcəklərini bildirib.



Qeyd edək ki, Bakı şəhərində fəaliyyət göstərən bütün apteklər Tarif Şurasının tətbiq etdiyi qiymətlər əsasında və Səhiyyə Nazirliyinin nəzarəti altında satışa çıxarılmalıdır. Bu zaman vətəndaşa həkimin təyin etdiyi resept əsasında göstərildiyi qədər dərman verilməlidir.

“Ölkə.Az” olaraq məsələyə aydınlıq gətirmək istədik. Həmin apreklə əlaqə saxladıq. Özünü aptekin müdiri kimi təqdim edən Cavid adlı şəxs bildirdi ki, həqiqətən də, “Laktol” adlı dərmandan 5 ədəd verə bilməz. Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinn (012)5960712 saylı “qaynar xətt” nömrəsinə zəng vurduq. Məsələ barədə bildirdik. Məsələyə dərhal münasibət bildirdilər və nazirliyin Murad adlı əməkdaşı aptek müdiri ilə əlaqə saxladı. Nazirlik əməkdaşı ilə danışan aptek müdiri sonradan həmin dərmandan 5 ədəd kəsib verməyə razı oldu.

Əslində belə hal təkcə C.Babayevin başına gəlmir. Bu kimi olaylar həmişə baş verir. Çox hallarda vətəndaşlar hüquqlarını yaxşı bilmədiklərindən əczaçıların dediklərinə qane olurlar və yazılan dərmandan artıq almağa məcbur olurlar. Bununla da, istehlakçıların hüquqları pozulur və onlar artıq xərcə düşmür olurlar.
Məsələ ilə əlaqədar Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında bildirdi ki, qanunvericilikdə apteklərin plastinka dərmanlarının kəsib verməsini qadağan edən bir müddəa yoxdur. Onun sözlərinə görə, bu barədə qanunda hansısa göstəriş də qeydə alınmayıb.



“Həkim xəstəyə reseptlə 1, yaxud 5 ədəd tablet yazıbsa, bu zaman apteklər buna əməl etməlidirlər. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda göstərilir ki, istehlakçı istənilən mal çeşidindən lazım olan qədər ala bilər. Bütün hallarda bu qanuna söykənmək lazımdır. Aptek rəhbərləri buna əməl etmədikdə, istehlakçıların hüquqlarını pozurlar. İstehlakçıya istəyinə uyğun qədər mal verilməlidir. Əgər sahibkar bu qanunu pozaraq, istehlakçının istəyinə uyğun mal verməkdən imtina edərsə, bu halda vətəndaş istehlakçıların hüquqlarını qoruyan dövlət orqanlarına, Səhiyyə Nazirliyinə və Azad İstehlakçılar Birliyinə müraciət edə bilər”, - deyə E.Hüseynov bildirib.

Məsələ ilə əlaqədar professor Adil Qeybulla da açıqlamasında bildirdi ki, üstü bağlı, elementliyi, adı pozulmayan həblər, tabletlər, kapsullar həkimin təyinatına və alıcının tələbinə uyğun şəkildə verilməlidir. Onun sözlərinə görə, həmin dərmanların sərhəddini həkim təyin edir.



“Siz deyən tablet həkimin təyinatına uyğun olaraq, 5 ədəd verilməlidir. Belə hallarda vətəndaşlar Səhiyyə Nazirliyinin “qaynar xətti”nə müraciət edilməlidir. Apteklərin çoxu özəl mülkiyyət sahibidirlər. Buna baxmayaraq, aptek müdirləri qanunlar çərçivəsindən çıxmamalıdırlar”, - deyə A. Qeybulla bildirib.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: sebiwka     Baxış sayi: 250     07.12.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda bu da oldu: "Kişi&.. "Evrovision" Azeərbaycan Dünəndən bu günə...
Ədəbiyyatda “mırt” tutanlar üçün Şəhidlərimizin hamısının kimliyi dəqiqləş..
QARABAĞA AVROPA OYNUNDA UĞURLAR 20 Yanvar - Ümumxalq hüzn günüdür
2014-də 6 hərbiçimizi itirmişik! Ermənistan silahlı bölmələri minaatan və pul..
Yenə də bizə "dur!" dedilər Azərbaycan Müdafiə Nazirliyindən ermənilərə..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
MiSs_LoVe
Qısa məlumat
MiSs_LoVe
: qiymət: 0
Tarix: 07.12.2017 | # 2
Tşk






 

C_A_M_A_L
Qısa məlumat
C_A_M_A_L
: qiymət: 0
Tarix: 07.12.2017 | # 1
Xeber ucun tşk





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 3
Qonaqlar: 121
Cəmi: 124
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Aaceameags
Anjlumeags
Aswrvmeags
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116193
Sayğaclar



Mp3 yukle