Canım •●• ANAM •●•
07.12.2017   Bölmə: Şerlər


Doğulub dünyaya gəldim elə ki,
Çıxdı rahatlığın əlindən ana.
Gecələr yatmayıb laylamı dedin,
Of sözü duymadım dilindən ana.
* * *


Doqquz ay bətnində bəslədin məni,
Mən sənə nə etdim bilmirəm ana.
İndi göz yaşlarım süzür yanağa,
Yanaqda quruyur silmirəm ana.
* * *


Uşaqkən qədrini bilmirdim sənin,
Öpməzdim ağarmış telindən ana.
İndi can üstəsən nə mənası var,
Yüz kərə öpsəm də əlindən ana.
* * *


Qəlbinə toxundum yenə can dedin,
Bir ömür xətrimə dəymədin ana.
Halal zəhmətinlə böyütdün məni,
Heç kimə sən boyun əymədin ana.
* * *


Yaxşı əməlinlə abidə qurdun,
Hər kəsin qəlbində ucaldın ana.
O qədər dərdimi, cəfamı çəkdin,
Gözümün önündə qocaldın ana.
* * *



Adın müqəddəsdir adına qurban
Bəzəmək nə lazım naxışla ana.
Əvəzin yox imiş gec anlamışam,
Haqqını halal et bağışla ana.



Bütün Analara Həsr edirəm
ALLAH QORUSUN ANALARIMIZI Amın
loading...
 (Səs sayı: 0)
Müəllif: MiSs_LoVe     Baxış sayi: 197     07.12.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Qalx Küsüb məndən küsəyənim səbəbsiz
NƏ DOST OLA BILDIK, NƏ DƏ SEVGILI!.. Söylə varmı belə sevgi...?
Aşkın gizemli büyüsü (Şeir) neyleyim bu mehebbeti
OLUME APARAN KICIK ZARAFAT...((((( Bilirsən sənsiz necə darıxıram?
Həyat dalğa-dalğa dənizlər kimi ~ Külək yağış gətirdi ~
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Leyla1988
Qısa məlumat
Leyla1988
: qiymət: 0
Tarix: 07.12.2017 | # 2
Allah razı olsun.çox duyğulandım




 

C_A_M_A_L
Qısa məlumat
C_A_M_A_L
: qiymət: 0
Tarix: 07.12.2017 | # 1
Uşaqkən qədrini bilmirdim sənin,
Öpməzdim ağarmış telindən ana.
İndi can üstəsən nə mənası var,
Yüz kərə öpsəm də əlindən ana.



κı̇çı̇κ , тəиħα šeνgı̇ şαı̇яı̇


 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 6
Qonaqlar: 156
Cəmi: 162
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Antonhal
aysenim
C_A_M_A_L
Nazlii
riko_sayagi
soltan
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 114431
Sayğaclar



Mp3 yukle