Aprel döyüşləri ordumuzun regionda ən güclü ordu olduğunu sübut etdi - Zakir H.
29.12.2017   Bölmə: Xəbərlər




Ötən ilin aprelində cəbhə xəttində düşmənin hərbi təxribatlarının qarşısının alınmasında hərbçilərimizin göstərdiyi şücaət Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan tamamilə azad etmək əzmini bir daha təsdiqləməklə regionda ən güclü ordu olduğunu sübut etdi.

Azərbaycanın Müdafiə Nazirliyinin Mətbuat xidmətindən SuN.AZ-a verilən məlumata görə, bu, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikində bildirilir.

Təbrikdə deyilir: "Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya Azərbaycanlılarının həmrəyliyi getdikcə daha böyük məna və əhəmiyyət kəsb edir. Dövlət quruculuğunun bütün sahələrində əldə olunan mühüm nailiyyətlər Azərbaycanın dünya birliyində layiqli yer tutmasına, bütün dünya azərbaycanlılarının milli hüquqlarının, beynəlxalq haqlarının həyata keçirilməsinə geniş imkanlar açır. 2017-ci il xalqımızın, ordumuzun şəxsi heyətinin yaddaşında əlamətdar hadisələrlə qalacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə cari ildə ölkəmizin sosial-iqtisadi inkişaf dinamikası artmış, ordu quruculuğunda görülən işlər öz müsbət nəticəsini vermiş, mühüm işlər görülməklə həyata keçirilən irimiqyaslı islahatlar ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə səbəb olub".

Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanının daim diqqət və qayğısı sayəsində orduda şəxsi heyətin sosial-məişət problemləri həll edilir, hərbi hissələrin maddi-texniki bazası daha da möhkəmlənir: "Yüksək ixtisaslı, peşəkar hərbçi kadrların hazırlanması prosesi ordu quruculuğunun mühüm tərkib hissəsi kimi uğurla davam etdirilir. Yeni hərbi şəhərciklər və hərbi hissələr istifadəyə verilir, müxtəlif qoşun növlərində müasir təlim mərkəzləri yaradılıb ki, bunlar da dövlətin orduya diqqəti və qayğısının parlaq təzahürüdür.

Ordumuzun hərbi qüdrətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü islahatlar hərbi qulluqçularımızın döyüş əzmini, qələbə ruhunu daha da artırır. Ötən ilin aprelində cəbhə xəttində düşmənin hərbi təxribatlarının qarşısının alınmasında hərbçilərimizin göstərdiyi şücaət Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan tamamilə azad etmək əzmini bir daha təsdiqləməklə regionda ən güclü ordu olduğunu sübut etdi. Həmin günlərdə müxtəlif ölkələrdə yaşayan soydaşlarımız da bu qələbədən qürur duyduqlarını, hərbçilərimizə dəstək olduqlarını nümayiş etdirdilər.

Azərbaycan Ordusunda keçirilən taktiki təlimlər ordunun döyüş qabiliyyətini daha da artırır, gücləndirir. Ordumuz Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hazırdır.
Bayramlar ərəfəsində şəhidlərimizin unudulmaz xatirəsini bir daha hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, hazırda xidmətdə olan şəxsi heyəti bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xidmətdə uğurlar arzulayıram".
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Mirzali_vip     Baxış sayi: 145     29.12.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
“Bozbash pictures” filmi dekabrda təqdim olun.. Ayaz Mütəllibov siyasətdən getdiyini rəsmən ..
On bir yaşlı uşağı Bakı aeroportunda unutdul.. Qaxda avtomobil yanıb
Bulvarda əyləncə olacaq - Gecə saatlarınadək Peşə məktəblərində pambıqçılıq ixtisası..
Səkkizinci dəfə ailə quran müğənni həbs ol.. Gəncədə idman kompleksində yanğın olub
65 yaşlı kişini maşın vurdub öldürdü - GƏ.. "Xəzər"də "Cehizsiz gəlinlər" olacaq - yeni s..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
_Sessiz_Gemi_
Qısa məlumat
_Sessiz_Gemi_
: qiymət: 0
Tarix: 27.01.2018 | # 1






 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 1
Qonaqlar: 133
Cəmi: 134
Bu gün saytda olanlar

Hal-hazırda saytda
AnthonyVex
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116226
Sayğaclar



Mp3 yukle