Mərkəzi Bank 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaq
29.12.2017   Bölmə: Maraqlı




Hökumətin birrəqəmli inflyasiya proqnozunu da nəzərə almaqla sərəncamındakı alət və mexanizmlərdən istifadə edərək, Mərkəzi Bank 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaq.

SuN.AZ xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında öz əksini tapıb.

Sənəddə qeyd olunur ki, bir sıra xarici və daxili amillər makroiqtisadi sabitlik hədəflərinə nail olmağa problemlər yarada bilər. Bura ilk növbədə neftin dünya qiymətinin proqnozlaşdırılandan əhəmiyyətli aşağı olması və iqtisadi tərəfdaş ölkələrdə iqtisadi aktivliyin azalması nəticəsində tədiyə balansı göstəricilərinin pisləşməsi aiddir.

Dünya ərzaq qiymətlərində bahalaşmanın davam etməsi əlavə inflyasiya idxalına səbəb ola bilər. Yüksək və qeyri-simmetrik inflyasiya və məzənnə gözləntiləri (yəni iqtisadi subyektlərin milli valyutanın ucuzlaşmasına və qiymət qalxmasına daha kəskin reaksiya verməsi), habelə fiskal kəsirin formalaşması makroiqtisadi sabitliyə təsir edə bilər. Maliyyə vasitəçiliyinin bərpa olunmaması və izafi likvidliyin akkumulyasiyasının davam etməsi, pis borclar probleminin dərinləşməsi, sektorda vəziyyətin mürəkkəbləşməsi, habelə iri dövlət şirkətlərinin maliyyə vəziyyəti ilə bağlı risklər də makroiqtisadi sabitlik və iqtisadi artım üçün təhdidlər yarada bilər.

Qeyd olunan risklər Azərbaycan hökumətinin və Mərkəzi Bankın diqqət mərkəzindədir və onların idarə olunması üçün makroiqtisadi manevr potensialı mövcuddur. Növbəti ildə də Maliyyə Sabitliyi Şurası makroiqtisadi siyasət qərarlarının sıx koordinasiyasını təmin edəcək.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin 11 ayında orta illik inflyasiya 13.4% təşkil edib. Valyuta bazarının sabitləşməsi, hətta manatın məzənnəsinin möhkəmləndiyi şəraitdə inzibati qiymətlərin və dünya ərzaq qiymətlərinin artması, bir sıra əmtəə qrupları üzrə tələb-təklif nisbətinin dəyişimi inflyasiyanın başlıca amilləri olub. 2017-ci ildə makroiqtisadi sabitlik meyillərinin yaranması qeyri-neft sektorunda iqtisadi artımın bərpasına şərait yaradıb.

11 ayda qeyri-neft sektorunda ümumi daxili məhsul (ÜDM) real olaraq 2.4% artıb. Artım qeyri-neft sektorunun ticari sektorunda 4.3%, o cümlədən qeyri-neft sənayesində 4.4%, kənd təsərrüfatında 4.2% təşkil edib. Mərkəzi Bank tərəfindən həyata keçirilən real sektorun monitorinqinə görə işgüzar fəallıq indeksi artır ki, bu da qeyri-neft sektorunda iqtisadi aktivliyin əvvəlki illə müqayisədə yüksəldiyini təsdiq edir.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Mirzali_vip     Baxış sayi: 130     29.12.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Dünyanın ən zəngin futbolçusu İbrətamiz hekayə
Bürclərin sevgi cədvəli.. Ölümcül xərçəng xəstəsi olan Erma Bombeck-..
Bunları bilmək maraqlıdır Dünya ölkələrinin maraqlı Yeni il adətləri
Kişilərin sevdiyi, qadınların nifrət etdiyi s.. Qıfıllı ağac (VİDEO)
Wall art Qışda yarı yolda qalmaq istəməyənlər üçü..
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 2
    Qonaqlar: 133
    Cəmi: 135
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    Meleyim1
    Natiiiiq1
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117113
    Sayğaclar



    Mp3 yukle