Bakıda DƏHŞƏT: SATICI AZYAŞLI OĞLANI ZORLADI
09.01.2018   Bölmə: Xəbərlər

Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Eldar Cəfərov yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü Samir Bağırovu (ad və soyad şərti verilib) zorlayıb. Hadisə Xırdalan şəhərində qeydə alınıb.

Sun.az teleqraf.com-a istinadən bildirir ki, Eldar Cəfərov azyaşlıya qarşı cinayət hadisəsini 2014-cü ilin avqust-sentyabr aylarında törədib. O, müxtəlif günlərdə Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən işlədiyi ticarət köşkündə cinsi ehtirasını təmin etmək məqsədilə 22 yanvar 2003-cü il tarixdə anadan olmuş Samir Bağırovu zorlayıb.

Zorlanan azyaşlıya hədə-qorxu

O, Samir Bağırovun köməksiz vəziyyətindən istifadə edərək, onunla həmin aylar ərzində bir neçə dəfə cinsi əlaqədə olub. Eldar Cəfərov azyaşlı ilə ilk dəfə avqustun birinci on günlüyündə cinsi əlaqədə olub. O, yetkinlik yaşına çatmayan Samir Bağırovun hadisə ilə bağlı ailə üzvlərinə məlumat verməməsi barədə ona hədə-qorxu da gəlib.

Samir Bağırova hədə-qorxu gələn Eldar Cəfərov azyaşlının dodaqlarından öpüb. Sonra onu oral sekslə məşğul olmağa məcbur edib. Daha sonra o, Samir Bağırovla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Növbəti dəfə zorakılıq

Eldar Cəfərov 12 yaşlı oğlanla avqust və sentyabr aylarında 4 dəfə cinsi əlaqədə olub. O, hər dəfə də azyaşlıya qarşı əvvəlcə əxlaqsız hərəkətlər edib və daha sonra da onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. O, hər dəfə azyaşlının ailə üzvlərinə xəbər verməməsi barədə ona hədə-qorxu gəlib.
Eldar Cəfərov növbəti dəfə Samir Bağırovla 2004-cü ilin oktyabrın 2-də cinsi əlaqədə olub. O, həmin gün saat 12-də köşkə ərzaq almağa gələn azyaşlını içəridə saxlayıb və qapını arxadan taxta parçası ilə bağlayıb.

Azyaşlı zorlanmasını valideynlərinə danışdı

Eldar Cəfərov qapını bağlayandan sonra azyaşlıya qarşı növbəti dəfə əxlaqsızlıq hərəkəti edib.
Samir Bağırov köşkdə işləyən kişinin uşaqbazlıq etməsindən bezərək onun hədə-qorxularından qorxmayıb və baş verənləri valideynlərinə danışıb. Samir Bağırovun valideynləri Eldar Cəfərovun hərəkətlərindən Abşeron Rayon Polis Şöbəsinə şikayət edib.

Azyaşlı könüllü cinsi əlaqədə olub?

Onların şikayəti əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Eldar Cəfərov həbs edilib. O, ilkin izahatında Samir Bağırovu zorladığını etiraf edib. Eldar Cəfərov azyaşlının könüllü olaraq onunla cinsi əlaqədə olduğunu deyib. Eldar Cəfərovun barəsində cinayət işi başlanıb.
Eldar Cəfərovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi kollegiyada araşdırılıb.

"İki dəfə cinsi əlaqədə oldum"

Eldar Cəfərov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, Samir Bağırov tez-tez köşkdən ərzaq almağa gəlib. O, avqustun əvvəllərində Samir Bağırovun yenidən köşkə ərzaq almağa gəldiyini deyib: "Həmin vaxt Samirin qucaqladım və dodaqlarından öpməyə başladım. Samir isə buna etiraz etmədi. Buna görə də onu soyundurdum. (təqsirləndirilən şəxs hadisəni çılpaqlığı ilə danışdığı üçün onun ifadəsini təqdim etmirik). Onunla cinsi əlaqədə oldum".
Eldar Cəfərov azyaşlı ilə iki dəfə cinsi əlaqədə olduğunu etiraf edib. Daha sonra valideynlərinin iştirakı ilə 12 yaşlı Samir Bağırov ifadə verib. O, qeyd edib ki, köşkdə olarkən Eldar Cəfərov onunla cinsi əlaqədə olub.

"Əli ilə ağzımı tutdu ki, səsim çıxmasın"

Azyaşlı daha sonra qeyd edib ki, Eldar Cəfərov zorla onunla cinsi əlaqədə olandan sonra hədə-qorxu gəlməyə başlayıb: "Eldar mənimlə cinsi əlaqədə olanda ağzımdan tutdu ki, səsim çıxmasın. Məni bu barədə valideynlərimə xəbər verəcəyim barədə öldürəcəyi ilə hədələdi. Buna görə də iki ay valideynlərimə bir söz demədim".
Azyaşlı bildirib ki, oktyabrın 2-də cinsi əlaqədə olandan sonra valideynlərinə danışmaq qərarına gəlib. O, hadisəni olduğu kimi valideynlərinə danışıb.

14 il 6 ay cəza: ciddi rejim

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Cəfərov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, Eldar Cəfərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin.

Hökmdən narazı qalan Eldar Cəfərov apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, birinci instansiya məhkəməsində işinə düzgün baxılmayıb. Eldar Cəfərov barəsində olan cinayət işinə yenidən baxılmasını xahiş edib.

Onun şikayəti baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə Eldar Cəfərov ərizə ilə məhkəməyə müraciət edib. O, ərizəsində apelyasiya şikayətini geri götürdüyünü bildirib və apelyasiya şikayətinin baxışına xitam verilməsini xahiş edib.
Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ərizəsini nəzərdən keçirib, onun müdafiəçisinin, dövlət ittihamçısının və zərərçəkmiş şəxinin qanuni nümayəndəsinin apelyasiya şikayətinin baxılmasına xitam verilməsi barədə fikirlərini dinləyib.

Məhkəmə kollegiyası hesab edib ki, iş üzrə başqa apelyasiya şikayəti və apelyasiya protesti olmadığından şikayətinin baxılmasına xitam verilməlidir. Buna görə də Eldar Cəfərovun apelyasiya şikayətinin baxılmasına xitam verilməsi barədə qərar qəbul edilib.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Sweetgirl     Baxış sayi: 776     09.01.2018
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Rza Zərrab İŞİ: prokuror 3 naziri axtarışa v.. Cəbhədə son durum: Ermənilər tərəfdə ciddi..
Xəzərdə həlak olan neftçilərin ailəsinə PU.. DƏHŞƏT: Can verən daha bir əsgəri öldürdü..
"Fitch" manatın 2018-ci ilədək məzə.. ABŞ-dan şok görüntü - VİDEO
Azərbaycan ilin sonuna kimi “Kalaşnikov” ist.. 5 yawli usaq ozunu oldurmek isdedi
Mehman Hüseynovun polis bölməsində başına a.. Pensiyaçılara - ŞAD XƏBƏR
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
RUNI
Qısa məlumat
RUNI
: qiymət: 0
Tarix: 17.02.2018 | # 4






 

MiSs_LoVe
Qısa məlumat
MiSs_LoVe
: qiymət: 0
Tarix: 16.02.2018 | # 3
Lənətə gəlmişlər






 

MATRIX
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Şərhlər üzrə aktivliyinə görə
MATRIX
: qiymət: 0
Tarix: 24.01.2018 | # 2
Yanig oglu yanig ged indi iceri seni qeweng zorlasinlar.







 

C_A_M_A_L
Qısa məlumat
C_A_M_A_L
: qiymət: 0
Tarix: 11.01.2018 | # 1






 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 0
    Qonaqlar: 114
    Cəmi: 114
    Bu gün saytda olanlar
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117094
    Sayğaclar



    Mp3 yukle