Zengimcell yukle Youtube mp3 mp3 yukle
Ömrü uzatmağın ən pozitiv yolu
13.01.2018   Bölmə: Sevgi


Sevgi həm ruha, həm ürəyə, həm də sağlamlığa faydalıdır. Başqa cür desək, bu qısa ömrü sevgisiz yaşamayın. Kimisə sevəndə ürəyimiz daha tez-tez döyünür, nəfəs alıb-verməmiz sürətlənir və damarlara qan daha çox toplanır. Beləliklə, beyin və digər orqanlar daha məhsuldar işləyir. Sevgi insanı gəncləşdirir.

Sevgi yaşa baxmır: yaşlı bir insan da sevəndə eyni reaksiyalar baş verir, daha yavaş işləyən ürək sürətlənməyə başlayır.

Sevginin yaxşılaşdırcı gücü: sevgi əvvəl sadəcə bir duyğu olaraq bilinirdi. Ancaq araşdırmalar sevginin bioloji və kimyəvi sirlərinin olduğunu açıqlayıb. Hətta aşiqlər xəstələndiyində daha tez sağala bilirlər. Səbəbi sevən ürəyin bədəndə daha çox qan toplaması və immunitetin güclənməsidir. İnsanın sevdiyi ilə əl-ələ gəzintisinin idmandan geri qalan bir tərəfi yoxdur.

Evlilik sevgini öldürmür: araşdırma zamanı sevdiyinin fotosuna baxan insanın beynində dopamin, endorfin və adrenalin səviyyələrində artım görülüb. Dopamin səviyyəsi insana enerji verir. Araşdırma zamanı 20 il evli olan cütlüklərdə dopamin səviyyəsinin hələ də yeni aşiq olan cütlüklərlə eyni olduğu ortaya çıxıb.

Evlilik kişilərin ömrünü 7, qadınlarınkını isə 2 il uzadır. Sevgiylə qurulan ailə ömrü uzadır, infarkt riski azalır.

Ancaq sevilən insan itirildiyində infarkt riski 21 qat artır. Ayrılıq yaşandığında kortizol daha çoxalır, təzyiq artımı və kökəlməyə səbəb olur. Bədəndə su və duz tutumu artır. Ayrılıq sonrası gələn üzüntü, özünə qapanma, evdə oturma, hərəkətsiz yaşamaq və zərərli qidalanma ürək sağlamlığına mənfi təsir edir.
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Meliss_17     Baxış sayi: 439     13.01.2018
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Eşq höküm etməz tərbiyə edər! Yalnızlıq Qorxusu
Eşqin gözünün rəvayəti Xoşbəxtlik nədədir?
Getmə :( Sevgi Sozleri
Ürəyim Nərminimə Mənim sevgim və eşqim ürəyin bəzəyi deyil,..
MESAJ Heyif
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Sen1denesen
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Ayın Qalibi Şərhlər üzrə
Sen1denesen
: qiymət: 0
Tarix: 19.01.2018 | # 2
Mence yalniz yaradanın elundedi



Keçmiş de nə olub gəlin unudaq bunaları uşaqlıq sehfi və şıltaqlıq sayaq hər şey boş dünya fani gəlin bir birimizin qelbin qırmayaq

 

C_A_M_A_L
Qısa məlumat
C_A_M_A_L
: qiymət: 0
Tarix: 13.01.2018 | # 1
YARADAN a DUA et bəsdi





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 0
    Qonaqlar: 64
    Cəmi: 64
    Bu gün saytda olanlar
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 118536
    Sayğaclar



    Mp3 yukle