İnsan səbir edib, dözə bilməyəcəyini zənn etdiyi çox şeylərə alışır.
19.01.2018   Bölmə: Statuslar


İnsanlara yaxınlaşmaq ehtiyacım artdıqca, onlardan uzaq qaçmaq arzum güclənirdi.

- İnsanlar bir-birilərini tanımağın nə qədər çətin olduğunu bildiklərinə görə, bu zəhmət tələb edən işə girişməyə təşəbbüs etməkdənsə, bir-birilərinə kor-koranə yanaşmağı və yaşayış uğrundakı mübarizədə bir-birilərinin varlığından xəbərsiz olmağı üstün tuturlar.

- Mühitin illərcə, həm də aram-aram, yorulmadan yaratdığı saxta sifətlər daha qüvvətli idi, əsl insani keyfiyyətlərin baş qaldırıb meydana çıxmasına imkan vermirdi.

- Onun düşündüyü yerdə düşünmək, onun kimi düşünmək demək deyildi.

- İnsan səbir edib, dözə bilməyəcəyini zənn etdiyi çox şeylərə alışır.

- Çünki mühitimdən uzaq düşməyimin, qəribəliyimin bir səbəbi də kitablardan tanıyıb öyrəndiyim insanları ətrafımda tapa bilməməyim deyildimi?

- Əvvəlcə özümü itirmişdim, lakin bu hal uzun sürmədi. Çünki gördüm ki, bura da şəhərdir. Küçələri bir az geniş, bir qədər təmiz, əhalisi sarışın bir şəhərdir. Burada insanın ağlını başından çıxaran təəccüblü bir şey yox idi. Halbuki xəyalımda Avropanı başqa cür, müxtəlif macəralarla dolu bir yer kimi təsəvvür edirdim. Xəyalımdakı Avropanın necə olduğunu və indi yaşadığım şəhərin ona hansı cəhətlərdən oxşamadığını indi özüm də ayırd edə bilmirdim. Xəyalımızda təsəvvür etdiyimiz xariqüladə şeylərin həyatda olmadığını hələ dərk etməmişdim.

- Mənim aləmimdə qadın, mənimliyimi qamçılayan, isti yaz günləri zeytun ağaclarının altında uzandığım zaman xəyalımda qurduğum min bir macərada iştirak edən, maddilikdən daha uzaq bir məxluq idi.

- Dünyada mənə heç bir şey təbiətən qəmgin bir insanın zorla gülümsəməyə çalışması qədər acı görünməmişdi.

- O tamamilə mənim təsəvvür etdiyim kimi idi. Başqa cür olsaydı, mənə belə tanış gözlərlə baxardımı, salamlayardımı?

- Bir kitabın oxunmasına sərf etdiyim iki saatın ömrümün bir çox illərindən daha mənalı, daha əhəmiyyətli olduğunu gördükdə insan həyatının heçliyi haqqında düşünər, qəm-qüssəyə batardım.

- Şübhə yoxdur ki, hər kəsin özünəməxsus ruhu var. Lakin çoxları, bütün ömrü boyu bunun fərqinə varmır. Bu ruh ancaq özünə oxşarı ilə rastlaşdıqda meydana çıxıb özünü göstərir. Həm də bizdən, ağlımızdan, istəyib-istəmədiyimizdən asılı olmayaraq meydana çıxır. Biz sözün əsl mənasında, ancaq bu zaman yaşayıb hiss edirik. Bu vaxt hər cür tərəddüd, utancaqlıq kənara atılır, bir-birinə oxşar iki ruh bütün maneələri aradan qaldıraraq, bir-birinə qovuşmağa can atır.

- Duyub yaşamaq, təbiətin ən xırda hadisələrini, həyatın sarsılmaz bir məntiqlə axıb getdiyini seyr edərək yaşamaq. Başqalarından daha qüvvətli, daha coşqun hisslərlə yaşadığını duymaq. Keçirdiyin hər anın bir insan ömrü qədər mənalı, dolğun olduğunu bilərək yaşamaq. Bütün bunları şərh etməyə qadir bir adamın mövcud olması barədə fikirləşib, onu gözləyərək yaşamaq. Dünyada bundan fərəhli nə ola bilərdi?
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Meliss_17     Baxış sayi: 770     19.01.2018
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Sən yazıq hardan bilərdin ki, mən səni nə q.. ALLAHDAN DİLƏYİM..
Bir gün mənsizlik çalar qapını. mənli dünə.. SweetGirl'dən statlar
Əgəʀ Uɴuтмuʀsαɴsα Üʀəк ! - Oɴdα Ç.. MəNIM QARIşIQ STATUSLARIM.HISSə 1
MEN SENI COX SEVDIM UNUTMADIM EN COX GÖZLEDIM STATUSLARツ
Dilə gəlməyən hisslər... χσşвəχт`ℓιк вσğαzıм∂α qαℓ..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Fuad_Ceferov
Qısa məlumat
Fuad_Ceferov
: qiymət: 0
Tarix: 14.02.2018 | # 3
İnsanlara yaxınlaşmaq ehtiyacım artdıqca, onlardan uzaq qaçmaq arzum güclənirdi



C_A_M_A_L
Qısa məlumat
C_A_M_A_L
: qiymət: 0
Tarix: 19.01.2018 | # 2
O tamamilə mənim təsəvvür etdiyim kimi idi. Başqa cür olsaydı, mənə belə tanış gözlərlə baxardımı, salamlayardımı?






 

Sen1denesen
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Ayın Qalibi Şərhlər üzrə
Sen1denesen
: qiymət: 0
Tarix: 19.01.2018 | # 1
Sebir gozel seydi sebr eliyen hemise Allah yanindan mukafatini alir



MEN KEÇMİŞİMDE QALAN İNSANLARI NE FİKİRLEŞİREM NEDE VECİME ALIRAM ÇÜNKİ AĞILLI YAXŞI İNSAN OLSAYDILAR KEÇMİŞİMDE YOX GELECEYİMDE OLARDILAR

 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 1
Qonaqlar: 157
Cəmi: 158
Bu gün saytda olanlar

Hal-hazırda saytda
esocefin
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 115806
Sayğaclar



Mp3 yukle