Ebrudan Rza Zərraba zərbə - "Türkiyəyə zərər verə bilər”
03.02.2018   Bölmə: Tanınmışlar

Türkiyənin tanınmış ulduzu Ebru Gündeş həyat yoldaşı, ABŞ-da məhkəmədə dindirilən Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrab barədə açıqlama verib.

SUN.AZ xəbər verir ki, bu barədə Türkiyə hökumətinə yaxın mənbələrdən məlumat verilib. Verilən məlumata görə, Ebru Gündeş həyat yoldaşı Rza Zərrala bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib. Tanınmış ulduz ərinin ölkəsinə zərər verəcəyindən qorxduğunu deyib.

“Həyat yoldaşım Rza Zərrabın ABŞ-a gedişi sıradan bir səfər deyil. Türkiyəyə zərər vermək məqsədilə gedə biləcəyindən qorxuram. Qorxuram ki, həyat yoldaşım Rza Zərrab Türkiyəyə zərər verə bilər”, - deyə Ebru Gündeş Ərdoğana müraciət edib.

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da məhkəmədə dindirilən Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrab barədə danışıb. Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) üzvləri ilə görüşərkən bu barədə fikirlərini bildirib. Onun sözlərinə görə, R.Zərrab ABŞ məhkəməsində nə deməsinə baxmayaraq, Türkiyənin “alnı açıq”dır.

“Məhkəmədə nə deyirlər desinlər, prosesdə nə nəticə əldə olunur-olunsuz, biz doğru olanı etdik. Embarqonu pozmadıq. Biz bu istiqamətdə ABŞ-a xəyanət etmədik. Bütün dünya Amerikadan ibarət deyil. Bizim İranla da ticarət və enerji sahəsində əməkdaşlığımız var”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Rza Zərrab ABŞ-da keçirilən məhkəmədə prokurorluğun təlimatı ilə hərəkət etməyə, Türkiyə əleyhinə hazırlanmış ittihamları təsdiqləməyə razılaşıb. R.Zərrab məhkəmədə İranın həmin ölkəyə qarşı tətbiq edilmiş sanksiyalardan necə yan keçməsi barədə danışıb. O, bu istiqamətdə Türkiyə hökumətini günahlandırıb.
Xatırladaq ki, ABŞ-da həbs edilən Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrabın cinayət işi “ABŞ Atillaya qarşı” şəklində dəyişdirilib. Həmin prosesdə təkcə “Halkbank” baş direktor müavini Hakan Atilla müttəhim kimi dindirilib. Rza Zərrab məhkəmədə Hakan Atillaya qarşı şahidlik edib.

Mehmet Hakan Atillanın vəkili Viktor Rokko Rza Zərrab haqqında şok fikirlər söyləyib. Vəkil Zərrabın həbs cəzasından qurtulmaq üçün yalan söyləməyə hazır olduğunu və etibarlı insan olmadığını bildirib. Rokko, Zərrabın içki, narkotik maddə və qadın üçün ABŞ həbsxanasının nəzarətçilərinə rüşvət verdiyini də söyləyib.

Müdafiə vəkili olan Rokko deyib: “Hakan Atilla və Zərrab nadir hallarda əlaqə qururlar və bir-birlərini xoşlamırlar”.

Rza Zərrab ötən ilin 21 mart tarixində ABŞ-ın Mayami şəhərində əvvəl saxlanılır, ardından isə həbs edilir. ABŞ prokuroru Preet Bhararanın apardığı istintaq çərçivəsində çirkli pulların dövriyyəsi, bank dələduzluğu və İrana qarşı həyata keçirilən sanksiyaları pozmaq ittihamı ilə həbs edilən R.Zərrabın 75 il həbsi istənilir.
loading...
 (Səs sayı: 0)
Müəllif: Sweetgirl     Baxış sayi: 1888     03.02.2018
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Emin dünya ulduzu ilə birlikdə - Fotolar Rihanna ilə Dreyk yenə ayrıldı
"Reza puldan başqa Ebrunun nəyinə lazımdır?".. Abbasın idmançı qardaşı - FOTO
Bu xəbər “Hürrəm”i özündən çıxaracaq "Nalayiq hərəkətləri ilə pərəstişkarların..
Evdə təkbaşına - Makoley Kalkin Samir Piriyev qızları ilə - fotolar
Vəkillərindən açıqlama:"Onlar çox xoşbəxtd.. “Məşhurların övladları” - Məleykə Abbas..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
mehemmmedim
Qısa məlumat
mehemmmedim
: qiymət: 0
Tarix: 13.03.2018 | # 3
tesekurr





 

dudu
Qısa məlumat
dudu
: qiymət: 0
Tarix: 03.02.2018 | # 2
Yenə bunlar





 

C_A_M_A_L
Qısa məlumat
C_A_M_A_L
: qiymət: 0
Tarix: 03.02.2018 | # 1
Tşk





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 1
    Qonaqlar: 99
    Cəmi: 100
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    Anhlhswali
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 115449
    Sayğaclar



    Mp3 yukle