Bu maskalarla dəriniz yenilənəcək, körpə dərisi kimi hamar dəriyə sahib olacqsın
04.02.2018   Bölmə: Dəri və saç



Bu maskalarla dəriniz yenilənəcək, körpə dərisi kimi hamar dəriyə sahib olacqsınızVitaminli cavanlaşdırıcı maska

Xiyarı xırda gözlü rəndədən keçirin və bir xörək qaşığı xiyar püresinə bir xörək qaşığı yaxşı yetişmiş və əzilmiş qarağat əlavə edin. Qarışdırın və üzərinə bir xörək qaşığı xama əlavə edin. Üzünüzə çəkin 15-20 dəqiqə saxladıqdan sonra isti suda isladılmlş pambıqla silin, sonra isə sərin su ilə üzünüzü yuyun.

Aloy gülü və bal ilə cavanlaşdırıcı maskalar

Aloy gülünün yarpağını xırda doğrayın və ya rəndədən keçirdin. Tənzifin arasına qoyun və yaxşıca sıxın Sonra isə bir çay qaşığı aloy şirəsi, bir çay qaşığı bal və bir çay qaşığı xama göturüb birlikdə qarışdırın. Bu maska nəinki cavanlaşdırır, həm də sızanaqları aradan qaldırır. Ona görə də problemli üz dərisi olan adamlara məsləhətdir ki, maskanı 20 dəqiqə saxlayıb ilıq su ilə yusunlar.

***
Aloy gülünün şirəsini üz kremi ilə qatın və eyn miqdarda zeytun yağı əlavə edin. Belə maska üzə 5 dəqiqəlik çəkilir. Sonra isə isti su ilə yaxşıca yuyulur.

***
Çobanyastiğını qaynadın və süzün. Suyuna aloy şirəsi (1:1) əlavə edin və soyuducunun buz qablarında dondurun. Alınan buzlarla hər səhər üzününü silin.

***
Aloy gülünü meyvə ilə də qarışdırdıqda çox gözəl maska alınır: Əriyi yaxşıca əzin sonra isə aloy yarpağını əzərək əriklə qarışdırın. Alınan məhlulun turşluğunu tənzimləmək üçün içinə mütləq bir az birtki yağı əlavə edin (zeytun yağı olsa daha yaxşı olar). Bu maska üzə bir saatlıq çəkilir sonda isə ilıq su ilə yuyulur. Bu maskadan sonra üz dərisi hamar, cavan sağlam və təravətli görünür...

Quru dəri üçün cavanlaşdırıcı maskalar

Bir çay balıq yağını bir çay qaşığı bal və bir xörək qaşığı su ilə yaxşıca qarışdırın. Üzünüzü ovaraq maskanı sürtünş 15-20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

***

Bir çay qaşığı balı bir xörək qaşığı xama ilə (yağlı dəri üçün qatıqdan istifadə etmək məsləhətdir) yaxşıca qarışdırın. 15-20 dəqiqəlik üzünüzə sürtün və vaxtın tamamında ilıq su ilə yuyun.

***

Qurudulmuş limon qabığını kofe üyüdən maşında un şəklinə düşənə qədər üyüdün. Limon qabığından alınmış undan bir xörək qaşığı götürüb üzərinə bir yumurta saırısı bir çay qaşığı zeytun yağı əlavə edin. Üzünüzə 15 dəqiqəlik çəkin və vaxt bitdikdən sonra su ilə yuyun.

Yağlı dəri üçün cavanlaşdırıcı maskalar

Balıq kürüsündən də (qara və qırmızı kürü) çox gözəl cavanlaşdırıcı maskalar alınır: bir çay qaşığı kürünü bir yumurta sarısı ilə qarışdırınŞ Məhlulun qatı olması üçün ağ çörək və ya un qata bilərsiniz. 15-20 dəqiqəlik üzünüzə çəkin və ilıq su ilə yuyun.

***

Yenicə qaynadılmış kartofu əzib pürə şəklinə gətirin. bir xörək qaşığı püreni bir xörək qaşığı xamavə 2 çay qaşığı limon şirəsi ilə qarışdırın. Üzünüzə mümkün qədər isti halda qalın layla çəkin. 15-20 dəqiqə saxladıqdan sonra isti su ilə yuyun.

***
Cəfəri və gicitkan yarpağını eləcə də qızılgül ləçəklərini xırda doğrayın və əzin. Alınmış bitki məhlulunu bir xörək qaşığı zeytun yağı, bir çay qaşığı əridilmiş arı şanı ilə qatın. Maska üzə isti halda çəkilir. Üzünüzdə 15 dəqiqə saxladıqdan sonra isti suyla yuyun.
loading...
 (Səs sayı: 0)
Müəllif: Meliss_17     Baxış sayi: 720     04.02.2018
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Saçların elektriklənməsinin qarşısını nec.. Bu sabunlardan istifadə ETMƏYİN
Tez ağaran saçlar bu xəstəliklərə işarədir Gəlinlər üçün saç düzümləri
Saçlarınıza təbii yağlar. Quru dəriyə qulluq
Əl kremini özünüz hazırlayın Argan yağının gücü... Saclara qulluq
Yaza özəl saç düzümü 2014 Keçəl qalmaq istəməyənlərə FAYDALI MƏSLƏH..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Fuad_Ceferov
Qısa məlumat
Fuad_Ceferov
: qiymət: 0
Tarix: 12.02.2018 | # 3







 

Sen1denesen
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Ayın Qalibi Şərhlər üzrə
Sen1denesen
: qiymət: 0
Tarix: 05.02.2018 | # 2
Meslehetine göre sağ ol



C_A_M_A_L
Qısa məlumat
C_A_M_A_L
: qiymət: 0
Tarix: 04.02.2018 | # 1






 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 2
Qonaqlar: 141
Cəmi: 143
Bu gün saytda olanlar

Hal-hazırda saytda
darixanurekk
polemick
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 114724
Sayğaclar



Mp3 yukle