Statuslar ○●
07.02.2018   Bölmə: Statuslar


Ey nəfsim! Səni sən edən mənəm, məni də mən edən sənsən. Ya yola gəl bərabər gedək, ya da yoldan çəkil, mən Haqqa gedim!

Başqalarının qüsurlarından bəhs etmək istədiyin vaxt, öz qüsurlarını xatırla. O zaman başqalarının qüsurlarından danışmağa haqqın olmadığını xatırlayarsan.
Hz. Məhəmməd

Hər adamın iki rəsulu vardır. Biri zahir, digəri qərbin. Zahir dildir, Qərbin könüldür. Dil Məhəmmədə, könül Cəbrayıla bənzər.
Hacı Bektaş Vəli

Allahım! İnsanlar səni verdiyin nemətlər üzündən sevərlər; mənsə səni verdiyin bəlalar üzündən sevərəm.
Həllac Mənsur

Yaxşılıq et əhli olana da, olmayana da, əhlinə isabət etsə yerini tapar. Etməz isə əhli sən olarsan. Hz. Məhəmməd

Biz, ayaqları şişənə qədər namaz qılan peyğəmbərin gözləri şişənə qədər yatan ümmətləriyik.
Necib Fazil Kısakürek

Allahı tapan nəyi itirər, Onu tapmayan nə qazanar. Allahı tapan hər şeyi tapır, Onu tapmayan heç bir şey tapa bilməz. Tapsa da başına bəla tapar.
Mömin hər əxlaq üzrə sahib əxlaqlanar. Amma onda yalanla xəyanət olmaz.
Hz.Məhəmməd

Alim, elm və əməlin yeri cənnətdədir. Alim, elmi ilə əməl etməzsə, elm və əməl cənnətdə, alim isə cəhənnəmdə olar.
Hz. Məhəmməd

Allah sevdiyi bəndəsinə əzab verməz, onu sadəcə çətinliklərlə imtahan edər...
Hz.Məhəmməd

Allahı görürmüş kimi ibadət et. Çünki, sən onu görmürsən, amma o səni görür. Allahdan utanmayan, insanlardan da utanmaz.
Hz. Məhəmməd

Qəzəb hər bir pisliyin açarıdır.
Hz. İmam Sadiq

Xalis əməl odur ki, onu etdiyinə görə Allahdan başqa bir kəsin səni tərifləməsini istəməyəsən.
Hz. İmam Sadiq

Hər insanın dostu onun ağlı, düşməni isə nadanlığıdır.
Hz. İmam Rza

Ağıllı şəxs odur ki, öz nəfsi üzərində qələbə çalsın və axirətini dünyasına dəyişməsin.
Hz. Əli

Qəzəbdən çəkin ki, onun başlanğıcı dəlilik, sonu isə peşmançılıqdır.
Hz. Əli

Kim insanların yaxşılığının müqabilində təşəkkür etməsə, Allaha təşəkkür etməmişdir.
Hz. İmam Rza

Axirəti üçün sədəqə verməyənlərə dünyanın heç bir faydası yoxdur.
Hz. Əli

Heç bir şey namaz qədər şeytanın burnunu yerə sürtmür. Belə isə namaz qılın və şeytanın burnunu yerə sürtün.
Hz. İmam Mehdi

Ey insan! Öləcəyin günü bilmirsən; heç olmazsa ölümlü olduğunu bil!
Hz. Mövlana

Möminin haqqını yerinə yetirmək, Allaha edilən ibadətlərin ən üstünüdür.
Hz. İmam Hüseyn

İzzətlə ölmək zillətlə yaşamaqdan yaxşıdır.
Hz. Hüseyn

İnsanların ən ağıllısı öz eybini görüb, başqalarının eybinə kor olan kəsdir.
Hz. Əli

İnsanların iman cəhətdən ən kamili əxlaqı gözəl olan şəxsdir.
Hz. İmam Baqir

Yaxşılıq, xoşluq zamanında hər kəs candır,dostdur. Lakin dərd və çətinlik zamanı gəldiyində anlarsan ki, Allahdan başqa dost yoxdur.
Hz. Mövlana

Allahın istəyini yerinə yetirən şəxsin hacətini də Allah yerinə yetirər.
Hz. İmam Mehdi

İnsanlara elə yaxşı davranın ki, düşmənləriniz belə ölümünüzə ağlasınlar...
Hz. Əli

Hər insan səhv edər. Səhv edənlərin ən xeyirlisi də, tövbə edəndir.
Hz. Məhəmməd

Əsl zənginlik, mal-mülk çoxluğundan deyil. Gerçək zənginlik ancaq könül zənginliyidir.
Hz. Məhəmməd

Cənnət anaların ayaqları altındadır.
Hz. Məhəmmməd

Günahını kiçik saymaq və bu vəziyyəti ilə razılaşmaq kimi müsibət yoxdur.
Hz. İmam Baqir

Pis insan heç kimə yaxşı niyyət bəsləməz. Çünki o, hər kəsi özü kimi görər ...
Hz. Əli

Kim bir müsəlmanın qüsurunu örtər, ayıbını, sirrini saxlarsa, Allah da dünya və axirətdə onun qüsurunu örtər, ayıbını saxlayar.
Hz. Məhəmməd

Nəfsinlə cihad et ki, onu faydasız həvəslərdən qoruyasan.
Hz. İmam Kazım

Yaxşılıq edəndən şübhələnmək, haqsızlıqların ən çirkini və günahların ən böyüyüdür.
Hz. Əli

Allahdan qeyrisinə ümidvar olanı Allah elə onun ümidinə buraxar.
Hz. İmam Cavad

Ən çirkin qazanc sələmdir.
Hz. İmam Baqir

Tamah kimi zəlillik və alçaqlıq yoxdur.
Hz. İmam Baqir

Bağışlamaq, zəfərin zəkatıdır.
Hz. Məhəmməd

İman, ağılın işinin məhsuludur.
Əhməd Hulusi

Sevgin nifrətə çevrilməsin, sənə ancaq yük olar.
Hər evin qapısı vardır. Qəbirin ki ayaq tərəfindəndir.
Hz. Məhəmməd

Axmaq mövqesinə düşməmək üçün şərh etməyin.
A. F. Y

İman iki bərabər parçadır. Yarısı səbir, yarısı şükrdür.
Hz. Məhəmməd

Elm etmək, əməldən xeyirlidir.
Alim elmi az da olsa, elmi ilə əməl edəndir
Hz. Məhəmməd

Yönəldiyin məhəllin hər ölçüdə sənin pərdələrini qaldıra biləcək xüsusiyyətdə olması lazımdır.
A. F. Y

Bir şam digər bir şamı alovlandırmaqla işığından bir şey itirməz.
Mövlana

Ya Rəbbim! Gül kimi görünüb, tikan kimi batandan, dost kimi görünüb, ilan kimi sancandan sənə sığınıram.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: MiSs_LoVe     Baxış sayi: 1100     07.02.2018
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Bir kiz sana deyer veriyorsa otur adam gibi sev! STATUSLAR
Statuslar (13) Bağışla məni
Hər gün hər kəsə eyni yalan: -Yaxşıyam..:/ Sevgiye aid statuslar ♥♥
Paxıllığım üçün üzr istəyirəm. Amma sad.. Ən mükəmməl ev, içində çox şeylər olmayan..
STatuslar BİR ÖMRÜN HEKAYƏTİ
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
yusiff
Qısa məlumat
yusiff
: qiymət: 0
Tarix: 16.02.2018 | # 4
ela





 

Fuad_Ceferov
Qısa məlumat
Fuad_Ceferov
: qiymət: 0
Tarix: 10.02.2018 | # 3
Super



C_A_M_A_L
Qısa məlumat
C_A_M_A_L
: qiymət: 0
Tarix: 07.02.2018 | # 2
Cənnət anaların ayaqları altındadır.
Hz. Məhəmmməd






 

Sen1denesen
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Ayın Qalibi Şərhlər üzrə
Sen1denesen
: qiymət: 0
Tarix: 07.02.2018 | # 1
Elm etmek emelden xeyirlidir

Teşekür.qeşey sözlerdi



MEN KEÇMİŞİMDE QALAN İNSANLARI NE FİKİRLEŞİREM NEDE VECİME ALIRAM ÇÜNKİ AĞILLI YAXŞI İNSAN OLSAYDILAR KEÇMİŞİMDE YOX GELECEYİMDE OLARDILAR

 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 2
Qonaqlar: 139
Cəmi: 141
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Aqddimeags
bynAnogy
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 115786
Sayğaclar



Mp3 yukle