Həyat bir yelləncəkdir..
10.02.2018   Bölmə: Maraqlı


Həyat bir yelləncəkdir... Ona, doğulduğumuz andan etibarən minirik və yellənirik yaşamağa başlayırıq...
Uşaq ikən sürətli yellənirik deyəsən, ona görə də elə də çox şey görə bilmirik... Əllərimiz ilk olaraq göz yaşını kəşf edir... Sonra əllərimizi kəşf edirik gözlərimizlə, sonra ayaqlarımızı və daha sürətli yellənməyə yaşamağa başlayırıq...
Bir də baxırıq ki, yıxılmadan daha sürətli yellənməyi öyrənmişik... Çox sevinirik və dünyanı, insanları öyrənməyə başlayırıq... Fəqət dünya xəyal qırıqlığına uğradır bizi... Yellənərkən qarşıda yaşıllıqlargözəlliklər, saflıqlar, arxada isə fabriklər, kirli-pasli şeylər görürük. Biz qabağa baxırıq, bəzilərinin gözü arxada qalır. Bir yandan da düşünürük, niyə kirli olan dünyanı bizim kimi bir ləyənə qoyub çimizdirmirlər? Ancaq sonra anlayırıq ki, kirli olan dünya deyil, insanların ürəkləri imiş...Bunu anlayanda, insan olduğumuza utanırıq...
Sonra yavaş-yavaş insanlarla münasibət qurmağa başlayırıq...Əvvəlcə dostluqları öyrənirik, həyatımıza məna, zövq qatır dostlarımız... Hansımızsa yellənməkdən yaşamaqdan yorulanda, o birimiz onun yelləncəyini yelləməyə başlayırıq... Beləcə yıxılmaq təhlükəsindən xilas oluruq...Ancaq bu da uzun çəkmir... Çünki dost dediyimiz bəzi insanlar bizi o qədər kobud yelləyir ki, dəfələrlə yerə yıxılırıq... Fəqət bu yıxılmaqlar da başqalarına bənzəmir. Başqalarında yalnız dizimiz, əlimiz qanayırsa, dost yıxanda ürəyimiz qanayır...
Sonra sevməyi öyrənirik... Xəyanət görürük...
Sonra dostluğu öyrənirik... Aldadılırıq...
Sonra qardaşlığı öyrənirik... Boş veririk...
Sonra gülməyi öyrənirik... Bacara bilmirik...
Sonra ümid etməyi öyrənirik... Bacara bilmirik...
Sonra xoşbəxt olmağı öyrənirik... Yenə bacara bilmirik...
Sonra qorxmağı öyrənirik... Və bunu bacarırıq!!!
İki üzlüləri, üzsüzləri, fırııdaqçıları, sevgisizləri, qəlbsizləri gördükdə, sanki yıxlacaq kimi oluruq... Ancaq yenə insan övladının becərdiyi ümid ağacı dadımıza çatır... Yenə bir ümid... Hamı xoşbəxt olmağa, ümid etməyə, səbr etməyə çalışarkən, biz ağlayırıq...Bildiyimiz ilk şey olan və tez-tez baş vurduğumuz olan ağlamağı əsla buraxa bilmirik...
Bax beləcə... Bir qabağa, bir arxaya yellənirik... Gah qarşıya baxıb, sürətlənirik, gah da arxaya baxıb yıxlacaq kimi oluruq... Ancaq yenə yellənirik... Yellənirik.

Müellif: Delidalğa
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Meliss_17     Baxış sayi: 254     10.02.2018
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Pokémon Go: Kimlər bu oyundan nə qədər pul qa.. Hamburger Sözünün Maraqlı Yaranma Tarixçəsi
Montessori təlimi Səhər yuxudan gümrah oyanın - 10 YOLU
Zaman Evdə pişik və it saxlamaq ölümə aparırmı?
Bunları Bilirdinizmi? 10 ildir heç bir şeyi unutmur
Bu qəbiristanlıqda 5 milyon insan yatır - FOTOS.. İllüzyonik şəkillər
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Danulduzu
Qısa məlumat
Danulduzu
: qiymət: 0
Tarix: 12.02.2018 | # 3
Mən günü bu gün də yelləncəkdə yellənməyi sevirəm ))



Sun.az da 6 ilim tamam olur.COX SEVIREM SENI SUN.AZ


 

Sen1denesen
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Ayın Qalibi Şərhlər üzrə
Sen1denesen
: qiymət: 0
Tarix: 10.02.2018 | # 2
Heyat yelenceye benzeyir Uşaq iken süretli getmeyi sevirik ..Heyatı derk edendese yavaş yavaş yelemey isdeyirik.
Menim fikrimce maraqlı xeberdi tşr



Keçmiş de nə olub gəlin unudaq bunaları uşaqlıq sehfi və şıltaqlıq sayaq hər şey boş dünya fani gəlin bir birimizin qelbin qırmayaq

 

Fuad_Ceferov
Qısa məlumat
Fuad_Ceferov
: qiymət: 0
Tarix: 10.02.2018 | # 1
Qewey Xeberdi Sagol



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 3
    Qonaqlar: 138
    Cəmi: 141
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    actuallyaccuser
    Philipzex
    RizSeild
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117595
    Sayğaclar



    Mp3 yukle