Mükəmməl qadın olmayın...
11.02.2018   Bölmə: Maraqlı


Yaxşı bir həyat yoldaşı, ana, ev xanımı, iş qadını, dost, övlad, sevimli və

daha bir çox keyfiyyətlərə malik mükəmməl qadın nədən özünü bədbəxt hiss edər?..….

Çünki bu qadınlar başqaları üçün yaşayarlar..

Bir ailədə qadın, həyat yoldaşının həyatını gərəyindən çox diqqətində saxlayırsa, düz iş görmür!

Hər problemi həll edə bilən, məsuliyyətləri üstünə götürən, nizamı qoruyan və bunun üçün fövqəlbəşər səy göstərən qadın, qarşısındakı kişinin genetikasını pozmuş olur.

İnsan təbiəti almağa, qəbul etməyə meyllidir və rahata tez alışır və belə lazımmış kimi davranır.

Mükəmməl qadın hər işdə müvəffəqiyyətli olduğundan, qarşısındakına edəcək bir şey buraxmır.

O məsəl var deyərlər ki, "Armud yetiş, ağızıma düş..."

Amma əlaqələr, paylaşma olmadan inkişaf etməz ki...

Qadın və kişi əlaqəsinin inkişafı, həyatın verdiyi məsuliyyətlər, dərslər və səy ilə düz mütənasibdir.

Uşağının məktəb tapşırıqlarını özü edən bir ana, övladının öyrənmə qabiliyyətinin inkişaf etdirməsinə maneə törətdiyinin fərqində deyil əslində...

Eyni vəziyyət münasibətlərdə də keçərlidir.

Həyat yoldaşının işlərini boynuna götürən, etməsi lazım olanları onun yerinə edən, bacara bilmədiklərini bir şəkildə həll edən mükəmməl qadın, bədbəxt olmağa məhkumdur!

İşin qəribə tərəfi də budur ki, bu quruluşdakı qadınların əlaqələri sonunda xəyal qırıqlığı ilə bitir.

Ən çox aldadılan, tərk edilən qadınlar qüsursuz qadınlardır ki, nədən aldadıldıqlarını anlaya bilməzlər.

Üstəlik də həyat yoldaşlarının seçdikləri qadınlar özlərinə bu sualı verərlər: "Mənim nəyim əskik idi?"

Və bu cümlənin cavabı havadan asılı qalar...

Əlaqələr paylaşmalar üzərində quruludur.

Mükəmməl qadın, həyat yoldaşının edəcəklərini boynuna götürdüyündə, onun uğurlarını da əlindən almış olur.

Səy göstərmək, məşğul olmaq üçün ona iş və ya səbəb buraxmır.

Həyəcanı, həvəsi qalmayan bir kişi isə təbii olaraq gedib, özünü göstərəcəyi, yaradacağı başqa mühitlər axtaracaq...

Ətrafınızdakı insanları bir düşünün.

İçlərində, mükəmməl olduğuna inandığınız, amma hələ də niyə evlənə bilmədiyini və ya bədbəxt bir ailəsi olduğunu anlaya bilmədiyiniz nə qədər qadınlar var....

Hazır bir həyat... Hər bir maddiyyat və rahatlıqla təmin olunmuş bir həyat...

İlk başlarda çox keyfli gəlsə də, zaman içində son dərəcə darıxdırıcı və sıxıcı, boş bir həyat şəklini alır.

İnsani eqonuzu zərər görməyə imkan verməyin...

Əslində mükəmməllik, özündən imtina etmək deməkdir.

Davamlı başqaları üçün yaşamaq, onların ehtiyaclarını aradan qaldırmaq, onların sevdiklərini seçmək və hazırlamaq, həmişə başqalarını düşünmək, mükəmməl qadını sonunda şəxsiyyətsiz edər!

Öz həyatından imtina etmək, necə deyərlər "saçının hər telini süpürgə etmək", gərəksiz fədakarlıq göstərmək, qarşı tərəfdən alqış və təqdir almaz ki...

Nizamlı olaraq bunlar edildiyi üçün, vəzifəymiş kimi qəbul edilər və boynuna biçilər və qiyməti bilinməz...

Qüsursuz və mükəmməl olmaq, yalnız zərər verər!

Həyat yoldaşını, uşağını, özünü, hətta dostlarını belə çətin bir psixoloji duruma salar.

Əlaqələr paylaşdıqca dəyər qazanır və zövq verir.

Mükəmməl qadın xoşbəxt ola bilməz.

Başqalarının həyatını nizamlarkən, özünə aid bir həyatı olduğunu unudar.

İnsan dediyin bir az da qüsurlu olar. Səhvləri, düzləri ilə var olar.

Mükəmməllik əslində insana aid deyil!

Qüsursuz və ya mükəmməl qadın olmayın...

Bu sizi ancaq, ruhi kölə və həyat xidmətçisi edər!!!

Sevgiylə qalın…
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Meliss_17     Baxış sayi: 266     11.02.2018
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Erməni rok qrupundan “Eurovision-2012” boykot.. Stresə qarşı ən yaxşı həll torpaqda
QISQANCLIQ [BÖLÜM 75] Rus qızlar ən çox hansı millətdən olan kişi..
Sizi Daha Güclü İnsan Edəcək 5 Xoşagəlməz .. Ünvansız məktub
Yalnızlıq nədir bilirsənmi ??? Azərbaycanda etik davranış qaydalarını pozan ..
MƏZƏLİ VƏ GÜLMƏLİ ADLAR-SİYAHI Egər o çətinliyə dözə bilməyəcəksə, qoy ..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Sen1denesen
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Ayın Qalibi Şərhlər üzrə
Sen1denesen
: qiymət: 0
Tarix: 11.02.2018 | # 3
Mende seninle tamamiyle razıyam.qadınarımız birazda özderin fikireşmelı özderi üçünde yaşamalıdırlar.



MEN KEÇMİŞİMDE QALAN İNSANLARI NE FİKİRLEŞİREM NEDE VECİME ALIRAM ÇÜNKİ AĞILLI YAXŞI İNSAN OLSAYDILAR KEÇMİŞİMDE YOX GELECEYİMDE OLARDILAR

 

Alone_boy
Qısa məlumat
Alone_boy
: qiymət: 0
Tarix: 11.02.2018 | # 2
Ehhh) qadinlar...





 

Fuad_Ceferov
Qısa məlumat
Fuad_Ceferov
: qiymət: 0
Tarix: 11.02.2018 | # 1
Maraqlı Xeberdi



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 2
Qonaqlar: 139
Cəmi: 141
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Aqddimeags
bynAnogy
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 115786
Sayğaclar



Mp3 yukle