Zengimcell yukle Youtube mp3 mp3 yukle
Armudla quzu qabırğası
15.03.2018   Bölmə: Mətbəx



Tərkibi:

3 ədəd quzu qabırğası
2 diş sarımsaq
20 qr kərə yağı
1 budaq rozmarin
6 ədəd şabalıd
5-6 x.q. bitki yağı
duz, istiot

Armudun karamelləşdirilməsi üçün:

1 ədəd armud
80 qr şəkər tozu
20 qr kərə yağı
100 ml su

Sous üçün:

½ ədəd qırmızı baş soğan
6 x.q. demiqlas sousu
1 ədəd dəfnə yarpağı
1 x.q. şəkər tozu
2 ç.q. su
duz, istiot

Hazırlanması:

Sousun hazırlanması:
Soğan samanvarı doğranır. Şəkər tozunun üzərinə su tökülüb karamel hazırlanır. Üzərinə soğan, dəfnə yarpağı əlavə edilib zəif odda 5 dəqiqə bişirilir. Qarışığa demiqlas sousu (marketlərdə satılır) tökülür, duz, istiot səpilib 10 dəqiqə qaynadılır.

Ətin bişirilməsi:

Qabırğanın yuxarısındakı ətin nazik hissəsi sümükdən ayrılıb (kəsilmədən) aşağı hissədəki ətin ətrafına dolanır. Sarımsaq əzilir, üzərinə rozmarin budağı, yağ, duz, istiot əlavə edilib qarışdırılır. Qabırğanın üzərinə sarımsaqlı qarışıq tökülür, folqaya bükülüb 2 saat saxlanır. Ət 180 dərəcəyədək qızdırılmış sobada 15-20 dəqiqə bişirilir.
Şabalıd çərtilib duzlu suda bişirilir. Qabığı təmizlənib kərə yağında qovrulur.
Armudun karamelləşdirilməsi:
Armudun qabığı təmizlənir, iki yerə bölünüb özəyi çıxarılır. Şəkər tozunun üzərinə su əlavə edilib karamel hazırlanır. Karamel armudun üstünə tökülür. Üzərinə rozmarin, kərə yağı əlavə olunub zəif odda 10 dəqiqə bişirilir. Ət boşqaba qoyulur, üzərinə sous tökülür, iki yerə bölünmüş armud və şabalıdla servis edilir.

Nuş olsun!
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: xaliq_5     Baxış sayi: 2812     15.03.2018
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Keks qaba yapışıbsa, nə etməli? – Həll yol.. Limonu buzxanaya qoyub dondurun, sonra...
Türk börəyi Qizilgul salati
Makarondan 4 fərqli yemək hazırlamağın qaydas.. Badımcanlı toyuqlu zapekanka - HAZIRLANMA QAYDAS..
Mandarinli Buzlu Mokka... Tərkibi: Kubik piroqu
Qarpizdan Maraqli Fiqurlar Smetan tortu - Resept
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
MiSs_LoVe
Qısa məlumat
MiSs_LoVe
: qiymət: 0
Tarix: 16.03.2018 | # 1
Dadı pis olar məncə Armud Və quzu əti iyyy






 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 2
    Qonaqlar: 131
    Cəmi: 133
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    JerfrymaYpe
    Natiiiiq1
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 118520
    Sayğaclar



    Mp3 yukle