Şəkərbura resepti
24.03.2018   Bölmə: Şirniyyatlar

[size]Novruz bayramının ən dadlı şirniyyatı olan Şəkərburanın hazarlanma qaydasını sizə təqdim edirik.

Ərzaqlar:(40 ədəd şəkərbura üçün)
Xəmir üçün:
1kq un
3 yumurta
250 q kərə yağı
1 st süd
2 x.q xama
1/2 ç.q quru maya

İçlik üçün:
500 q qabığı təmizlənmiş fındıq ləpəsi
500 q şəkər tozu
1/4 ç.q hil

Hazırlanması:
Xəmiri hazırlayaq. Südü qaba töküb ilıq qızdırırıq.Yağı əridirik.
Mayanı ilıq süddə qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir.
Unun ortasına yumurtanı, mayanı, südü, yağı və xamanı əlavə edirik.
Normal xəmir yoğururuq.
Xəmirin üstünə salafan çəkib, dəsmal qoyub, isti bükürük, 1 saat acımağa qoyuruq.
İçlik hazırlayırıq.Fındığı tavada qovurub qabığını təmizlədikdən sonra sürtgəcli maşından keçiririk.Çəkilmiş fındığı şəkər tozu və hil ilə qarışdırırıq.
Xəmir acıyacaq.
Xəmirdən 40 qramlıq (qozdan az böyük) 10 ədəd kündə düzəldirik.
(Xəmirdən az götürün 8-10 kündə düzəldin onu hazırlayıb qurtardıqdan sonra yenidən götürüb kündəliyib düzəldin qurtaranadək təkrarlayın. Bu şəkildə şəkərburaları düzəltməyə davam edin).
Kündənin birini götürüb oxlov ilə təxminən diametri 10sm olmaqla yayırıq.
Xəmiri əlimizin içinə alıb 2 ç.q içlik qoyuruq. İçliyi qoyanda çalışın şəkər tozu uc hissələrə yayılmasın. Onda pis bükülür xəmir bir-birinə yaxşı yapışmır.
Yanlarını yaxşı uc-uca bərkidirik.
Bükürük. (Bəziləri yuxarıdan aşağı doğru bəziləri isə aşağıdan yuxarı doğru bükür)
Üzünə maqqaş vasitəsi ilə naxış salırıq. Hazır olan şəkərburaları bişirəcəyimiz qaba aralı yığırıq.
Bütün şəkərburaları hazırlayib qurtardıqdan sonra bişirməyə başlayırıq. 170-180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk
Hazırladığınız şəkərburaları sərin yerdə saxlayın. Soyuq da olmaz isti də. Üstünü örtmək olmaz. Açıq qoyursunuz ki, naxışlar qurusun. Onda naxışlar itmir. Əgər hazırlayan kimi bişirsəniz naxışları itəcək. Bişirərkən şəkərburanın üzü qızarmamalıdır ağ qalmalıdır
Bişmiş şəkərburaları düz qaba yan-yana yığırıq tamam soyuduqdan sonra isə qazana yığıb ağzını örtürük. Əziz xanımlar şəkərburanı uzun müddət saxlamaq istəyirsinizsə bu qaydada saxlayın. Əgər salafana ya da soyuducuya qoysanız tez xarab olacaq.

Nuş olsun!
loading...
Zengimcell yukle
 (Səs sayı: 1)
Müəllif: Sweetgirl     Baxış sayi: 3500     24.03.2018
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Bişməyən şokoladlı tort Limonlu-ballı peçenye
Çiyələkli spungle resepti Kakoslu mandarinli peçenye...
Uğur Böcəyi Salatı ÇİYƏLƏKLİ TORT RESEPTİ
Profiterol Şokoladlı bananlar
Albalılı Krem Karamel "Xrizantema" piroqu
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
MiSs_LoVe
Qısa məlumat
MiSs_LoVe
: qiymət: 0
Tarix: 30.04.2018 | # 2
gozel gorunur






 

dudu
Qısa məlumat
dudu
: qiymət: 1
Tarix: 26.03.2018 | # 1
Bizde nenem cox dadli hazirliyir ve cox gozel naxiw edir
Paylawim ucun twk





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 2
Qonaqlar: 80
Cəmi: 82
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Arerliste
Dionentenda
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116416
Sayğaclar



Mp3 yukle