Osetin piroqu
24.03.2018   Bölmə: Yeməklər

Tərkibi:

300 q un

2 st. qatıq

5 q şəkər tozu

30 q marqarin

5 q droj

iç:

300 q təzə pendir

30 q yağ

duz (zövqə görə)

Unu ələyin. Ortasında çala açın, təzə qatıq, yumşaldılmış yağ, duz, soda, yaxud maya, şəkər tozu qatıb yumşaq xəmir yoğurun. Üzərini örtüb isti yerə qoyun. Əgər maya ilə yoğurmusunuzsa, 2-3 saat, sodayla yoğurmusunuzsa, 30-40 dəqiqə saxlayın.

Birgünlük pendiri sıxın, çəngəllə yaxşıca əzin, duz, yağ vurun.

Gəlmiş xəmiri hissələrə bölüb hər birini 0,5-1 sm qalınlıqda yayın. Ortasına iç qoyun, kənarından 3-4 sm saxlayaraq üzərinə yayın. Sonra lavaşın kənarlarını ehtiyatla ortaya çəkib birləşdirin, əlinizlə basıb hamarlayın.

O biri üzünə çevirib onu da əlinizlə basıb hamarlayın. Piroq yumru, eyni qalınlıqda olmalıdır. Yağlanıb qızdırılmış tavaya qoyun. Üzərində, ortasında bıçaqla deşik açın (bu, buxar toplanıb piroqu dağıtmaması üçün edilir). Sobada bişirin.

Süfrəyə üzərinə kərə yağı çəkib isti-isti verin. 4, yaxud 8 yerə də bölə bilərsiniz.

Nuş olsun!
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Sweetgirl     Baxış sayi: 3143     24.03.2018
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
KABAB Mətbəx sirləri: Göbələklə qızardılmış f..
Ketçupu özünüz evdə hazırlayın Ayoli sousu ilə xırt-xırt kartof qabıqları
İtalyansayağı balıq şorbası Kapreze pizzası
Xəmir etməyi bacarmıyanlar və ya vaxtı olmaya.. Lavaşda sosika
5 dəqiqəyə hazır olan italyan qəlyanaltısı .. Gül kələmi şorbası
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
dudu
Qısa məlumat
dudu
: qiymət: 0
Tarix: 26.03.2018 | # 1
Pendirli pereq coxda dadli olmur
Agiz dadinda olanlara nuw olsun





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 0
    Qonaqlar: 101
    Cəmi: 101
    Bu gün saytda olanlar
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117095
    Sayğaclar



    Mp3 yukle