"Kağızdan Ömür"
27.03.2018   Bölmə: Şerlər





"Kağızdan Ömür"

Əzilmiş kağızdan fərqlənmir ömrüm,
Əldən-ələ keçir atılır yerə.
"Atmayın zibili, qalmayıb gücüm,"
Bir qadın hər səhər bərk-bərk deyinir.

Çəkir süpürgəsin gözəl illərə,
Tozlanır aylarım xəkəndazında.
Üstümə yazılan xatirələrə,
Dəyir çirkli günlər, pozulur tamam.

Düşürəm qaranlıq zibil qabına,
Üstümdə özümdən ağır ömürlər.
Bizi atacaqlar gələn maşına,
Ordan da ömürlər cəhənnəminə.

Geri qayıtmağım çətindən çətin,
Deyil səbəbkarı, hər kim olubsa.
Səhvindən inciyib həmin dəftərin,
Yazdığı ömrümü qoparan uşaq.

Olmaya bilərdim olduğum yerdə,
İndi yanınızda mən olmasaydım.
Yəni çox ucuzam yer kürəsində,
Varlığım bərabər sıfır, boş çoxluq..

Müəllif: Nicat Babaşov
loading...
 (Səs sayı: 0)
Müəllif: NicatBabashov     Baxış sayi: 1057     27.03.2018
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Neyləyəcəksən? Danışır...
JASMİN QOXULU QIZA HƏSR EDİRƏM *ÜNVANLI* Neyləyim, dözməkdən yorulmuşam mən
Sənə deyir sevmir məni? Olmaram vəfasız,səni üzmərəm
YAMAN DARIXMIŞAM Məhv olub, bu yolda aldanıram mən
Həyat qəribədir... Küsmüşəm
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
musayeff
Qısa məlumat
musayeff
: qiymət: 0
Tarix: 05.04.2018 | # 1
Təşəkkür



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 0
    Qonaqlar: 130
    Cəmi: 130
    Bu gün saytda olanlar
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 115403
    Sayğaclar



    Mp3 yukle