Britaniya haqqında maraqlı faktlar
30.05.2018   Bölmə: Maraqlı

Britaniya və yaxud «Böyük Britaniya» Yer Kürəsində müəyyən bir yer deməkdir, lakin dövlət deyil. Britaniya sözü Uels, Şotlandiya və İngiltərə, həmçinin Şimali İrlandiya və İrlandiya Respublikasından ibarətdir. Çox zaman İngiltərə deyildikdə bütün bu subdövlətlər başa düşülür.

İngilislər adətən bu sözə Britaniya-nı əlavə edirlər. Yəni, Britaniya İngiltərəsi (British England). Şimali İrlandiya İngiltərənin hökmranlığı altında olan İrlandiyanın bir hissəsi ilə və öz höküməti olan İrlandiya Respublikasının arasında olan fərqləri təyin edən , “United kingdom of Great Britain and Nothern İreland” –ın bir hissəsidir.

Bütün bu siyasi nüanslardan başını itirmək olar. Sadə dillə desək, Böyük Britaniya İrlandiyasız İngiltərədir. İrlandiyanın bir hissəsi İngiltərə ilə ittifaqa daxildir, digər hissəsi isə suveren dövlətdir. İngilisi britaniyalı adlandırmaq, kanadalını şimali amerikanlı adlandırmağa bənzəyir. Çox qarışıq olsa da, texniki cəhəddən düzdür.

Britaniyalılar isti pivə içirlər

Çox vaxt, çox bilmişlərdən belə bir ifadə eşidirik: “Britaniyalılar isti pivə içirlər ( və yaxud otaq hərarətinə qədər qızırılımiş halda )” .

Lakin həqiqətdə siz britaniya barına gəlsəniz və isti pivə istəsəniz ,ətrafdakılar sizə təəccüblə baxacaqlar. Pivənin məşhur sortlarını, xüsusən də, lageri nəinki soyudulmuş halda, hətta çox soyuq halda təqdim etmək qəbul edilib. Heç kəs onları otaq hərarətində içmir! Bəlkə də amerikanlar pivəni ÇOX SOYUQ halda içdikləri üçün soyuq britan pivəsi onlara isti gəlir.

Britanlıların dişləri pisdir

Bu əfsanə britaniyalıların çox saylı komiks və komediya şoularında əyri dişli zəhlətökənlər kimi təqdim olumasına əsaslanır. Amma həqiqətdə Böyük Britaniyada diş xəstəliklərindən əziyyət çəkənlərin sayı digər ölkələrdəkindən fərqlənmir. Problem ağız boşluğunun gigiyena və stomatoloji xidmətlər standartlarının çox yüksək olmasındadır. Və onlar uyğun stomatoloq tapmaqda çətinlik çəkirlər.

Tanrı, Kraliçanı hifz et ( God Save The Guenn, GSTD )- İngiltərənin milli himni

Bəli,söhbət Britaniyadan deyil, məhz İngiltərədən gedir . GSTD İngiltərənin deyil, Britaniyanın himnidir. Uelsin, Şotlandiya və İrlandiyanın öz himniləri var. İIngiltərənin ümumiyyətlə himni yoxdur! Belə bir sual meydana çıxır: Bəs İngiltərədən olan komandaları üçün futbol matçında çıxışdan əvvəl NƏ çalınır ? Bu halda ingiltərənin bir neçə variantları olur – “Land Of Hope And Glory”, “İ Vow To The My Country” , “Jerusalem”. Digər qəribəlik isə britan müstəmləkəsi olan Yeni Zenlandiyada iki himninin olmasıdır.



Britaniyanı kraliça idarə edir

Xeyir, o , ölkənin öndəri sayılmır, və qanunlar tərtib etmir. Britaniyada hər bir ölkənin öz parlamenti və Baş naziri var . Monarxiya yalnız rəsmi xarakter daşıyır. Və təntənəli etimadnamədən başqa heç bir digər üstünlüyü yoxdur. Brtaniyalılar xüsusi ingilis ləhçəsində danışırlar.

Bəzən bunu kübar ingilis dili deyə adlandırırlar. Britaniyada bir sıra müxtəlif ərazilərə məxsus dialektlər mövcuddur. Onların bir çoxu audiokurslarda və yaxud rəsmi kurslarda eşitdiyimiz ingilis dilindən fərqlənir. Rəsmi yerlərdə istifadə edilən ingilis dili bəzən BBC English adlanır. Siz özünüz orijinal ingilis dilində olan bir neçə filmə baxaraq bunu müşahidə edə bilərsiniz . Məsələn, şotland ləhçəsinə qulaq asmaq istəsəniz İynə ucunda (Trainsporting) , 28 gündən sonra (28 Days Later) filmlərinə , müasir london və mançester ləhçəsinə qulaq asmaq istəsəniz Suini Todd ( Swenny Todd ) filmlərinə baxa bilərsiniz. Əgər siz küçədə londonluya bizim hamımızın məktəbdə öyrəndiyi kübar ingilis ləhçəsində müraciət etsəniz ,sizə hər kəs təəccüblə tamaşa edəcək. Bu yolda sizdən Levitan səsli bir kəsin ünvanı soruşmağına bənzəyir.

Britaniyada universal tibbi xidmətlər pulsuzdur

Bu həqiqəti əks etdirmir. Britaniyada sağlamlıq haqqında sistemlər NHS ( National Health Service ) adlanır və onu nə pulsuz, nə də universal adandırmaq olmaz. O vergilərlə maaliyyələşir və sizi yalnız sıx əhatə dairəsi olan xəstəliklərdən müalicə edə bilər . Yalnız ilk tibbi yardım pulsuzdur. Digər müalicə üsulları üçün isə bir çox məhdudiyyatlar mövcuddur. Bunlara NHS tərəfindən istifadəsinə qadağa qoyulmuş bir sıra dərmanları aid etmək olar. NHS sistemi yalnız britaniyalılar üçün keçərlidir.

Şotland pulları Britaniyanın hər yerində keçərli deyil.

Əgər siz şotland funtları ilə Uelsdə, Şimali İrlandiyada ödəniş etmək istəsəniz problemlərlə qarşılaşmağa hazır olun. Çünki, bir çox müəssisələr onları qəbul etmirlər. Şotland funtları Britaniyanın ərazisində rəsmi olaraq tanınmır və mağazalar adətən onları qəbul etmirlər. Banklara gəldikdə isə, onlar bu valyutaları qəbul edə də bilərlər, etməyə də bilərlər. Hər şey bank filialının konkret menecerinin mövqesindən asılıdır. Bəs şotland və britan funt srterlinqlərinin fərqləri nədədir? Xarici görünüşüdən başqa onların heç bir fərqi yoxdur. Britaniyalılarının əksəriyyətinin bu pul vahidlərinin necə göründüyü haqqında belə məlumatları yoxdur. Bu isə öz növbəsində şotland funtlarının saxtalanmasına gətirib çıxarda bilər. Məhz bu səbəbdən, sakitliyi təmin etmək üçün, onlar Britaniyada tanınmayıblar.

Britaniyada hər gün yağış yağır

İstənilən britaniyalı olmayan birindən Britaniyada havaların necə olduğunu soruşsaq, cavab : yağmurlu, pis və darıxdırıcı – olacaq. Əslində isə Yer Kürəsinin digər güşələri ilə müqayisədə Britaniyada hava çox yaxşı və təsəlli edicidir. Orta qış hərarəti 0-6 dərəcə təşkil edir, yayda isə hərarət 0-dan yuxarı 15-23 dərəcəyə qədər yüksələ bilər. Yağıntıların miqdarına görə Britaniya Yeni Zenlandiya ( 26-cı yer), ABŞ ( 25-ci yer) müqayisədə 46-ci yeri tutur . Lakin heç kəs ABŞ-ı yağışlı ölkə adlandırmır. Bəs məsələ nədədir? Yəqin qış fəslinin yay fəslinə nisbətən uzun müddətli olmasına görə daim davam edən pis hava təsüratı yaranır.

Britaniyalılar çox çay içirlər

Statistikaya əsasən Britaniya çay istehlakında əhalinin sayına görə Türkiyə və Hindistandan sonra üçüncü yeri tutur. Son zamanlar onu üçüncü yerindən Kitay intensiv olaraq sığıştırır. Britaniyalılar gün ərzində eyni miqdarda çay və kofe qəbul edirlər. Səhv anlaşılmanı linqvistik uyğunsuzla əlaqələndirirlər.

Britaniyalılar əksər hallarda qida qəbulunu, lüğətdə qeyd edildiyi kimi dinner və yaxud supper deyil, tea adlandırırlar. Bu da tərcümədə çay deməkdir.

Britaniyada “come for tea” sözbirləşməsi istifadə olunur. Bu sözbirləşməsi “come for the main evening meal” mənasını verir. Əhali arasında aparılan sorğuya əsasən britaniyalılarının əksəriyyətinin ümumiyyətlə çayın tamına dözə bilmirlər. [size=]
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Sweetgirl     Baxış sayi: 1962     30.05.2018
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Xomeyninin qız nəvəsi babasını rüsvay etdi Samsung Texnologiya Dünyasını silkələyəcək
Sən Brilyant kimisən, mən isə uğursuz Zərgə.. Təntənəli şəkildə boşanan görmüsünüz?
Hərəkətləri ilə sözləri uyğun gəlmir. Ən məşhur tələbə biclikləri
Azərbaycanda teatr sevənlərə bəd xəbər! - T.. Dünyanın ən bahalı fotosu
Bomba statuslar 120 il ömrü olan yeni insanlar yaradılır: bu, ..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
dudu
Qısa məlumat
dudu
: qiymət: 0
Tarix: 08.06.2018 | # 2
Goresen biritaniyada Azerbaycan haqda nesede yazirmi





 

guzel
Qısa məlumat

Aktiv olduğuna görə
guzel
: qiymət: 0
Tarix: 02.06.2018 | # 1
xebere gore tesekkur



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 5
Qonaqlar: 96
Cəmi: 101
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Aaowjmeags
Agoevmeags
Atqjtmeags
Aypjwmeags
darixanurekk
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116176
Sayğaclar



Mp3 yukle