"Sacher"in şokolad tortu
15.06.2018   Bölmə: Şirniyyatlar
Düzdür, bu resepti tam adlandırmaq doğru olmaz. Çünki əsl resept gizli saxlanılır. Ancaq ərzaqların seçimi eynidir - şokoladlı biskvit, ərik cemi və şokoladlı qlazur. Ərzaqlar 21-23 sm diametri olan forma üçün nəzərdə tutulub.
Tərkibi:
biskvit:
110 q kərə yağı
220 q şəkər tozu
6 yumurta (ağı və sarısı ayrılır)
130 q şokolad
150 q un

qanaş:
180 q tünd şokolad (50% və daha çox kakao)
150 ml qaymaq

arasına:
150 q ərik konfitürü və ya cemi

Otaq temperaturunda olan kərə yağını şəkər tozunun yarısı ilə krem qatılığına gələnədək çalın. Yumurta sarılarını əlavə edib yenə çalın.

Yumurtaların ağını şəkər tozunun qalanı ilə merengi halına düşənədək çalın.

Şokoladı su hamamında əridin, yağlı-yumurta sarılı qarışığa əlavə edin.Çalın

Şokoladlı qarışığa merengini əlavə edin, üstünə unu ələyin.

Səliqə ilə, aşağıdan yuxarıya qaldırmaqla eynicinsli kütlə halına gələnədək qarışdırın. Çalışın, merenginin havasını çox çıxarmayasınız.

Siniyə perqament döşəyin, xəmiri içinə tökün. 180 dərəcə qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin (sobalar fərqləndiyindən, əgər lazım gələrsə, bir qədər artıq bişirin). Sobadan çıxarın, 15 dəqiqə saxlayın, sonra formadan çıxarıb tam soyudun.

Qanaş: şokoladı xırda doğrayın. Qaymağı qaynara düşənədək qızdırın, şokoladın üzərinə əlavə edin, şokolad tam əriyənədək qarışdırın.

Qanaşı otaq temperaturunda 15 dəqiqə saxlayın.

Soyumuş biskviti ortadan iki korja bölün. Arasına ərik cemi və ya konfitürü çəkin. Tortun üzərinə qanaşı çəkin. Soyuducuda iki saat saxlayın. Süfrəyə çalınmış qaymaqla verə bilərsiniz.


Nuş olsun!
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Sweetgirl     Baxış sayi: 1107     15.06.2018
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
"Sacher"in şokolad tortu Pendirli keks
Qaragilə mussu ilə şokoladlı tort Üçqatlı ev tortu - RESEPT
Üzümlü puding Bişməyən şokoladlı tort
Kəşküli-füqəra Kakaolu darçınlı peçenye
Badamlı kök piroqu (foto resept) Çiyələkli Cheesecake (italyan mətbəxindən)
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Dinara
Qısa məlumat
Dinara
: qiymət: 0
Tarix: 19.06.2018 | # 1






 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 3
Qonaqlar: 106
Cəmi: 109
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Albsdmeags
Aopqsmeags
Ayyljmeags
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116224
Sayğaclar



Mp3 yukle