reklam
ÇL: Ronaldodan rekord, 7 klub növbəti mərhələdə - BÜTÜN NƏTİCƏLƏR ÇL: Ronaldodan rekord, 7 klub növbəti mərhələdə - BÜTÜN NƏTİCƏLƏR http://sun.az/uploads/posts/2018-11/thumbs/1543387905_cvbh.jpg
Esmeralda

Esmeralda İdman 28-11-2018, 10:53

ÇL: Ronaldodan rekord, 7 klub növbəti mərhələdə - BÜTÜN NƏTİCƏLƏR

ÇL: Ronaldodan rekord, 7 klub növbəti mərhələdə - BÜTÜN NƏTİCƏLƏR
UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.

Loading.az xəbər verir ki, turun ilk oyun günündə 8 qarşılaşma keçirilib.

Günün əsas görüşü İtaliyada baş tutub. Turnirin son qalibi "Real Madrid"(İspaniya) "Roma"nın qonağı olub. Görüş "Kral klubu"nun inamlı qələbəsi ilə yekunlaşıb - 2:0. Məğlubiyyətə baxmaraq, "Roma" "Real Madrid"lə birgə 1/8 finala yüksəlib. Buna qrupun digər matçında Rusiya MOİK-nin evdə Çexiyanın "Viktoriya" (Plzen) komandasına məğlubiyyəti səbəb olub.

İtaliyanın turnirdəki digər təmsilçisi "Yuventus" isə evdə İspaniya "Valensiya"sına minimal hesabla qalib gəlib. Bununla da Kristiano Ronaldo Çempionlar Liqasında 100-cü qələbəyə çatan ilk futbolçu olub. H qrupunun digər görüşündə "Mançester Yunayted" İngiltərədə İsveçrə "Yanq Boyz"una minimal hesabla qalib gəlib. Beləliklə, İtaliya və İngiltərə təmsilçiləri Çempionlar Liqasında mərhələ adlayıblar.

Digər vəsiqələrə gəldikdə, E qrupunda Hollandiya "Ayaks"ı Yunanıstanda AEK üzərində inamlı qələbə sayəsində, "Bavariya" isə Almaniyada Portuqaliya "Benfika"sını darmadağın edərək, mərhələ adlayıb. H qrupunda isə hələlik yeganə vəsiqəni İngiltərənin "Mançester Siti" klubu Fransada "Lion"la heç-heçə sayəsində əldə edib. Ukrayna "Şaxtyor"u isə Almaniyada "Hoffenhaym"ı son dəqiqə qolu ilə yenərək, 1/8 final şanslarını son tura saxlayıb.

27 noyabr

Çempionlar Liqası, V tur

E qrupu

21:55. AEK (Afina, Yunanıstan) - "Ayaks"(Hollandiya) - 0:2

Qollar: Duşan Toşiç, 68 (pen.); 72

00:00. "Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya) - 5:1

Qollar: Aryen Robben, 13; 30. Robert Levandovski, 36; 51. Frank Riberi, 76 - Jedson Fernandeş, 46

Xal durumu: "Bavariya" - 13, "Ayaks" - 11, "Benfika" - 4, AEK - 0.

F qrupu

00:00. "Lion" (Fransa) - "Mançester Siti" (İngiltərə) - 2:2

Qollar: Maksvel Korne, 55; 81 - Emerik Lyaport, 62. Serxio Aqüero, 83

00:00. "Hoffenhaym" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:3

Qollar: Andrey Kramariç, 17. Tsiben Tsuber, 40 - İsmaili, 14; Tayson, 15; 90+2

Xal durumu: "Mançester Siti" - 10, "Lion" - 7, "Şaxtyor" - 5, "Hoffenhaym" - 3.

G qrupu

21:55. MOİK (Moskva, Rusiya) - "Viktoriya" (Plzen, Çexiya) - 1:2

Qollar: Nikola Vlaşiç, 10 (pen.) - Roman Proxazka, 56. Lukaş Heyda, 81

00:00. "Roma" (İtaliya) - "Real Madrid" (İspaniya) - 0:2

Qollar: Qaret Beyl, 47. Lukas Vaskes, 59

Xal durumu: "Real Madrid" - 12, "Roma" - 9, "Viktoriya" - 4, MOİK - 4.

H qrupu

00:00. "Yuventus" (İtaliya) - "Valensiya" (İspaniya) - 1:0

Qol: Mario Mancukiç, 59

00:00. "Mançester Yunayted" (İngiltərə) - "Yanq Boyz" (İsveçrə) - 1:0

Qol: Maruan Fellaini, 90+1

Xal durumu: "Yuventus" - 12, "Mançester Yunayted" - 10, "Valensiya" - 5, "Yanq Boyz" - 1.

Qeyd edək ki, daha əvvəl İspaniya "Barselona"sı növbəti mərhələyə vəsiqəni təmin edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
304 282 284 276 273 287

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.