reklam
Kotleti bu dəfə ətdən yox, sarı mərcidən hazırla! -Daha çox faydalı, dadlı, ucuz Kotleti bu dəfə ətdən yox, sarı mərcidən hazırla! -Daha çox faydalı, dadlı, ucuz https://sun.az/uploads/posts/2019-01/thumbs/1547822930loading.az_1547809476_clipboard01.jpg
Esmeralda

Esmeralda Mətbəx 18-01-2019, 19:47

Kotleti bu dəfə ətdən yox, sarı mərcidən hazırla! -Daha çox faydalı, dadlı, ucuz

Kotleti bu dəfə ətdən yox, sarı mərcidən hazırla! -Daha çox faydalı, dadlı, ucuz
Ərzaqlar:
Sarı mərcimək – 200 qr.
Orta ölçüdə soğan – 2 ədəd
Təzə pomidor – 3 ədəd
Badımcan – 1 ədəd
Çili istiot – 1 ədəd
Bolqar bibəri – 1 ədəd
Un – 100 qr.
Sarımsaq – 3 diş
Bitki yağı – 2-3 x.q
Cəfəri – 20 qr.
Duz, istiot

Hazırlanması:
Mərcimək yuyulur, suda 15 dəqiqə bişirilir, sonra suyu süzülür.
Tavada xırda doğranmış soğan və 1 diş sarımsaq qızardılır. Badımcanın qabığı soyulur, xırda kub formasında doğranılıb, soğana qatıb, 5 dəqiqə bişirilir.
1 ədəd pomidoru kub formasında doğrayıb, badımcana qatır, qarışdırır, daha 5 dəqiqə bişirirsiz.
Tavadakı tərəvəzlər bir az soyudulur, mərciyə qatılır, duz-istiot vurulub, narın doğranmış göyərti səpilir və qarışdırılır.
Əlləri tez-tez bir qab suda islatmaqla, bu qarışıqdan kotlet formaları hazırlanır, una batırılır və isti tavada yağda qızardılır. Hazır kotletləri salfet üzərinə qoyub yağını süzürsüz.
Salsa hazırlayırsız: tavada ayrıca 1 ədəd soğan və 3 diş sarımsağı doğrayıb yağda qızardırsız. Bura xırda doğranmış bibər, çili qatıb, 5 dəqiqə bişirirsiniz. Sonda 2 ədəd pomidoru kub şəklində doğrayıb, 7 dəqiqə daha bişirin. Duz, istiot vurun.
Mərci kotletləri boşqaba qoyulur, Salsa yanında verilir.
Çox dadlı, doyumlu kotletlərdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
331 411 351 372 374 312

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.