reklam
"Audi"nin yeni texnologiyası sayəsində qırmızı işıqda gözləmək tarixə qovuşacaq "Audi"nin yeni texnologiyası sayəsində qırmızı işıqda gözləmək tarixə qovuşacaq http://sun.az/uploads/posts/2016-08/1471499761_1471422902_maxresdefault-7.jpg
♥Мой Мир♥

♥Мой Мир♥ Avto Dünya 18-08-2016, 10:00

"Audi"nin yeni texnologiyası sayəsində qırmızı işıqda gözləmək tarixə qovuşacaq

"Audi"nin yeni texnologiyası sayəsində qırmızı işıqda gözləmək tarixə qovuşacaq
"Audi"nin yeni texnologiyası sayəsində qırmızı işıqda gözləmək tarixə qovuşacaq

"Audi"nin Connect Prime adlı yeniliyi artıq bu model avtomobil sevərləri qırmızı işıqda dayanmaqdan azad edə bilər. Belə ki, şirkətin tətbiq etdiyi yenilik sayəsində bu modelin istifadəçiləri artıq işıqfor haqdakı xəbərləri öncədən ala biləcəklər.

"Audi"nin istifadəçilərə təqdim etməyə hazırlaşdığı yeni texnologiya, şəhərin yol infrastrukturundan avtomobilə siqnallar göndərəcək. 2017-ci ildə bəzi şəhərlərdə istifadəyə veriləcək infrastruktur-sistem ünsiyyət platforması sayəsində sürücülərin qırmızı işıqda daha az vaxt sərf etmələrinə yardımçı olacaq. Şəhərdəki bütün işıqfor məlumatları, "Audi"nin yeni texnologiyasını dəstəkləyən avtomobillərə göndəriləcək. Bunun yardımı ilə işıqforda qırmızı işığın nə qədər vaxt müşahidə olunması, hansı ərazilərdə hansı aralıqlarla yanması öz əksini tapacaq. Belə olduqda, sürücü öz sürətini daha dəqiq müəyyənləşdirəcək, zamana və yanacağa qənaət etmiş olacaq. Bu yeni sistemin gələcəkdə daha da təkmilləşməsi yol nəqliyyat hadisələrinin azalmasına şərait yarada bilər. Yeni sistemin, ilk olaraq Audi-nin 2017 modellərinə, Q7, A4 və A4 allroad-da tətbiq olunması gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
275 326 333 299 307 321

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.