reklam
Sadəcə 3 Məhsulla Moruqlu Vafli Tortu Sadəcə 3 Məhsulla Moruqlu Vafli Tortu https://sun.az/uploads/posts/2022-04/thumbs/1649845789_sadc999cc999-3-mc999hsulla-moruqlu-vafli-tortu1-768x432.jpg
n2006

n2006 Mətbəx 13-04-2022, 16:30

Sadəcə 3 Məhsulla Moruqlu Vafli Tortu

Sadəcə 3 Məhsulla Moruqlu Vafli Tortu
Çay süfrəsinə dadlı bir tort bişirmək üçün sobanın yanında uzun müddət dayanmaq istəmirsiniz? Onda bu resepti mütləq sınayın. Çay ziyafətini layiqincə bəzəyəcək, hər yaş şirniyyat sevənləri sevindirəcək bu tortun hazırlanması çox vaxt və səy tələb etmir. Korj əvəzinə adi hazır mağaza vafliləri köməyinizə çatacaq. LoaDinG.Az 3 məhsulla hazırlanan moruqlu vafli tortunun reseptini təqdim edir.

Sadəcə 3 Məhsulla Moruqlu Vafli Tortunun tərkibi:
300 qr vafli
400 qr 20 % yağlılığı xama
300 qr moruq
100 qr xırdalanmış qoz ləpəsi
Sadəcə 3 Məhsulla Moruqlu Vafli Tortunun hazırlanma qaydası:
Düzbucaq formalı tort qabına (20 x 10 ) yağlı kağız sərin və alt hissəsinə vafli düzün. Vaflilərin üzərinə qatı xama töküb yayın. Şəkər tozu və şəkər kirşanı qəti səpməyin, əks halda desertin dadı qarışacaq. Xamanın üzərindən xırdalanmış qoz ləpəsi səpin. Növbəti təbəqədə moruqları yayın. Və yenidən bir qat xama yaxın. Ən son qat vafliləri sıx-sıx düzün. Yanlara tökülərək yenidən xama çəkin. Şirniyyatı 20-30 dəqiqəlik soyuducunun dondurucu rəfinə yerləşdirin. Bir az dondurulmuş tortu qəlibdən çıxarın, bir qaba qoyun. Kənarlarını da xama yaxıb vafli qırıntıları ilə bəzəyin. Vafli qırıntıqlarını hazırlamaq üçün vaflini sürtgəcdən keçirmək lazımdır. Tortu 2 saatlıq soyuducuya yerləşdirin. Süfrəyə verdikdə üzərini moruqla da bəzəyə bilərsiniz.





Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
279 253 303 297 305 238

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.