reklam
Vilhelm Reyx - “Dinlə kiçik adam” kitabından sitatlar Vilhelm Reyx - “Dinlə kiçik adam” kitabından sitatlar https://img.paratic.com/dosya/2017/04/dinle-kucuk-adam-wilhelm-reich-en-iyi-felsefe-kitaplari.png
Bertrand Russell

Bertrand Russell Statuslar 21-07-2017, 12:17

Vilhelm Reyx - “Dinlə kiçik adam” kitabından sitatlar

Vilhelm Reyx - “Dinlə kiçik adam” kitabından sitatlar
Vilhelm Reyx - “Dinlə kiçik adam” kitabından sitatlar


Vilhelm Reyx - “Dinlə kiçik adam” kitabından sitatlar

Vilhelm Reyx ( 1897-1957), Amerikalı psixiatr, Psixoanalizin Avropa məktəbinin banilərindən biridir. “Faşizmin kütlə psixologiyası”, “Şəxsiyyət təhlili” kimi çox tanınan və eləcə də digər diqqətə dəyər kitabların müəllifi olsa da, əsərləri zaman-zaman qadağan edilmiş, yandırılmışdır. “Dinlə, Kiçik Adam” adlı kitab elmi bir əsər deyil, oxucu ilə səmimi söhbətdir. 1946-cı ildə akademik dairələr üçün yazılmış bu kitabı, müəllifin geniş kütlə üçün çap etdirmək niyyəti olmamışdır. Bu sadəcə olaraq, naturalist alimin və həkimin, uzun illər boyunca, əvvəlcə uşaqsayağı bir saflıqla, daha sonra böyük bir heyrətlə və nəhayət dəhşət içində araşdırmaqda olduğu “kiçik adam” la bağlı öz daxilindəki qarmaşıq fikirləri sistemləşdirmək cəhdi olmuşdur.

Kitabdan seçilmiş sitatlar:

- Qorxudulmuş olmaq əvəzinə azad yaşamaq, fəndlər işlətmək əvəzinə səmimi davranmaq, bir oğru kimi gecənin qaranlığında sevmək əvəzinə açıq-aşkar sevə bilmək düşüncələrini özünə yaxın buraxmırsan.

- Səndən fərqli olaraq böyük adamın həyatının məqsədi varlanmaq, övladlarına ictimai nüfuzlu nikah qıymaq, siyasi karyera əldə etmək, adının əvvəlinə bir çox böyük sözlər əlavə etmək və ya Nobel mükafatı almaq deyil. Böyük adam səndən fərqləndiyinə görə ona “dahi” və ya “qəribə” deyirsən. Halbuki, o, özünü dahi yox, sadəcə adi bir canlı hesab edir. Sən ona “asosial” bir insan kimi baxırsan, çünki böyük adam sənin düşük boşboğazlıqlarınla keçən “qonaqlıq”larına getməkdənsə təklikdə otağında öz-özünə düşünməyi və ya laboratoriyasında işləməyi üstün tutur. Pulunu sənin kimi hissə sənədinə yatırmayıb, elmi araşdırmalarına xərclədiyi üçün ona dəli deyirsən. Kiçik Adam, sən dərin bir ümidsizliklə sadə və dürüst bir insanı “normallığın” bir pillə aşağısında olan özünlə, yəni “homo normalis” lə müqayisə edərək “anormal” hesab edirsən. Sən onu özünün təhrif olunmuş tərəzinə qoyursan və sənin normallıq standartlarına uyğun gəlmədiyini görürsən.

- Sən düşüncələrinin səhv olub-olmadığını özündən heç vaxt soruşmadın. Qonşunun düşüncələrin haqqında nə deyəcəyini ya da dürüstlüyün sənə çox pula başa gəlib gəlməyəcəyini soruşdun, Kiçik Adam, sən özündən sadəcə bunu soruşdun, başqa heç nə.

- Xoşbəxtlik yaratmağı, ondan həzz almağı və onu qorumağı heç vaxt öyrənmədiyinə görə cəsarətin və dürüstlüyün nə olduğunu bilmirsən.

- Sevginin, əməyin və biliyin vətəni yoxdur, gömrük nəzarətindən keçməz bunlar, uniforma tanımaz. Onlar universaldır və bütün insanlığı ehtiva edər. Ancaq sən kiçik bir vətənpərvər olmaq istəyirsən, əsl sevgidən qorxursan, çünki işinə qarşı olan məsuliyyətdən, bilikdən qorxursan. Buna görə də sən ancaq başqalarının sevgisini, əmək və biliyini istismar etməkdən başqa bir şey bacarmazsan, bunları özün əsla yarada bilməzsən. Buna görə də öz xoşbəxtliyini aydınlıqdan ürkən bir gecə oğrusu kimi oğurlayırsan və buna görə də başqalarının xoşbəxt olduğunu görəndə qısqanclıqdan partlayırsan.

- Azadlığı həyasızlıqla səhv salmaq köləliyin özünəməxsus xüsusiyyətlərindəndir.

- Bundan sonra həyatın üçün kitabxananın boks döyüşündən daha vacib olduğunu anlamağa başlayacaqsan; meşədə düşünə-düşünə gəzməyin küçələrdə mərasim yürüşü etməkdən daha vacib olduğunu, sağaltmağın öldürməkdən, sağlam bir özünə inamın milli şüurdan daha vacib olduğunu və təvazökarlığın bir sıra boş hay-küydən daha yaxşı olduğunu anlamağa başlayacaqsan.

- Sən öz sənətinlə məşğul olanda taxta oymaqdan, binalar tikməkdən, rəsm çəkməkdən, tarlanı becərməkdən ruhlananda, bu işləri sevərək görəndə çox böyük olursan, Kiçik Adam. Mavi səmanı, bir ceyranı, yaşıl çəmənləri örtən qar dənələrini sevgi ilə, məmnunluqla müşahidə edəndə böyüksən. Musiqidən, rəqsdən zövq alarkən, uşaqlarının böyüməyini xoş nəzərlərlə müşahidə edərkən sən böyüksən. Günəş və planetlər sisteminin hərəkətlərini müşahidə edərək səmada baş verənləri öyrənmək istəyəndə və ya kitabxanaya gedib başqa insanların həyat haqqında nələr düşündüyünü oxumaq istəyəndə böyüksən.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
490 509 539 504 541 506

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.