Leyla Əliyeva qüsurlu uşaqları sevindirdi
09.06.2013   Bölmə: Tanınmışlar

İyunun 8-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə kor və zəif görən uşaqlar və gənclər üçün mərkəzin yenidənqurmadan sonra açılışı olub.
Axşam.az-ın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bosniya və Herseqovinanın dövlət rəsmiləri açılış mərasimində iştirak edib. Bu mərkəz Bosniya və Herseqovinadan və həmçinin regiondan olan kor və zəif görən tələbələrin biliklərə yiyələnmələri məqsədini daşıyan dövlət müəssisəsidir. 1947-ci ildə yaradılan mərkəz görmə qabiliyyətini itirən uşaqlar üçün tədris müəssisəsi kimi fəaliyyət göstərir.
Mərkəzin direktoru Damir Ovçina prezidenti Leyla Əliyevaya bildirdi ki, iki korpusdan ibarət mərkəz müasir standartlara uyğun sürətdə yenidən qurulub. Bu, müəssisənin fəaliyyətini kompleks şəkildə həyata keçirməyə imkan yaradır.
Leyla Əliyeva mərkəzin əvvəlki görüntülərini əks etdirən stendə baxıb. Bildirilib ki, bina 1990-cı illərin əvvəlində bu torpaqlarda gedən müharibə vaxtı ciddi zərər görüb. Qeyd edilib ki, mərkəzdəki müasir idman zalı kollektivin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciətindən sonra layihəyə əlavə olunub və buna görə Damir Ovçina onun təşəkkürlərini Azərbaycanın birinci xanımına çatdırmağı xahiş edib. Üzgüçülük hovuzu da yüksək səviyyədə qurulub. Burada uşaqların və gənclərin reabilitasiyası üçün hər cür şərait yaradılıb.
Mərkəzlə tanışlıq zamanı uşaqlar hazırladıqları musiqi proqramını Leyla Əliyevaya təqdim edib. Qeyd edək ki, mərkəz məktəbəqədər, həmçinin ibtidai təhsili təşkil edir və həyata keçirir, kor və zəif görən uşaqların hər hansı sənətə yiyələnmələri üçün onları tərbiyələndirir. Bu qəbildən olan gənclər burada təhsil prosesi, sonradan görmə qabiliyyətini itirən tələbələr isə reabilitasiya mərhələsini keçirlər. Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulan mərkəz kor və zəif görən gənclərin təhsilə və müxtəlif peşələrə yiyələnmələri üçün tamamilə yeni standartlar təklif edir.
Mərkəzin açılışına həsr olunan mərasimdə çıxış edən müəssisəsinin direktoru Damir Ovçina bildirib ki, cəmi bir neçə ay əvvəl yararsız vəziyyətdə olan binada indi tədris üçün yüksək şərait var. Buna görə Heydər Əliyev Fonduna təşəkkür edən Damir Ovçina 5000 kvadratmetr sahədə aparılan yenidənqurma işlərinin təhsilin səviyyəsinə təsirsiz ötüşməyəcəyini diqqətə çatdırıb. Kor və Zəif Görən Uşaqlar Assosiasiyasının rəhbəri Yenisa Zimiç valideynlər və şagirdlər adından Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirib. O qeyd etdi ki, Heydər Əliyev Fondunun nəcib təşəbbüsü sayəsində bu mərkəz indi nəinki məktəb, həm də bir çox şagirdlər üçün doğma evə çevrilib. Bosniya və Herseqovinanın elm və təhsil naziri Damir Maşiç ölkəsinin baş naziri Nermin Nikşiçin adından Heydər Əliyev Fonduna minnətdarlıq edib. Damir Maşiç Sarayevoda bir çox layihələr reallaşdıran Heydər Əliyev Fondunun mərkəzin yenidən qurulmasındakı əməyinin bu qəbildən olan uşaqlara öz potensiallarından geniş istifadə etməyə imkan verdiyini diqqətə çatdırıb. Bosniya rəsmisi Leyla Əliyevaya tərifnamə və xatirə hədiyyəsi təqdim edib.
Sarayevo şəhəri Novi Qrad rayonu bələdiyyəsinin sədri Semir Efendiç Heydər Əliyev Fondunun bələdiyyə ərazisində ikinci layihəsinin həyata keçirilməsindən məmnun olduğunu bildirdi və bu mərkəzin ölkə üçün əhəmiyyətindən danışıb. Bosniya və Herseqovina parlamentinin deputatı Adnan Vaşiç də fiziki imkanları məhdud uşaqlara göstərdiyi köməyə görə Heydər Əliyev Fonduna minnətdarlıq edib.
Mərkəzdə təhsil alan uşaqlar hazırladıqları əl işlərini Leyla Əliyevaya hədiyyə edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə çıxış edərək deyib:
“Biz bu mərkəzin yenidən qurulmasında iştirak etməyimizdən məmnunuq. On il əvvəl yaradılmış Heydər Əliyev Fondu dünyanın hər yanında mədəniyyət, təhsil, səhiyyə və xeyriyyəçilik sahələrində bir çox proqramlar həyata keçirir. Fondun təşəbbüsü ilə Azərbaycanda 400 məktəb tikilib, həmçinin Gürcüstanda, Rusiyada, Türkiyədə, Rumıniyada, Pakistanda, Hollandiyada və Misirdə müasir təhsil ocaqları inşa edilib. 2005-ci ilin dekabrında Heydər Əliyev Fondu BMT-nin İnkişaf Proqramı ilə sıx əməkdaşlıq edərək gözdən əlil uşaqlara yardım edib. Fond UNİCEF, UNESCO, İSESCO, BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir”.
Leyla Əliyeva bildirib ki, bir müddət əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə Sarayevoda parkın və gözəl körpünün salınması, Xocalı və Serebrenitsa soyqırımı qurbanlarının xatirəsinə abidənin ucaldılması xalqlarımızın yaxın keçmişinə ehtiramının nümunəsidir.
Ermənilərin Xocalıda törətdikləri dəhşətli soyqırımı barədə məlumat verən Leyla Əliyeva tarixi ədalətin öz yerini tapacağına əminliyini ifadə edib.
Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulan mərkəzin açılışı yerli media tərəfindən geniş işıqlandırılıb. Leyla Əliyeva öz təəssüratlarını jurnalistlərə müsahibəsində bölüşüb.
Sonra mərkəzin həyətini gəzən Heydər Əliyev Fondunun vitse-prezidentinə məlumat verildi ki, mərkəzdə dərslər mütəmadi qaydada keçirilir. Uşaqlar bu müəssisəyə Bosniya və Herseqovinanın bütün regionlarından gəlir, bir çoxları məktəb-internatda yaşayır. Tədrisə tarix, ekologiya, ədəbiyyat, jurnalistika, kukla teatrı, debatlar klubu, xarici dillər, riyaziyyat, musiqi, idman və digər bölmələr daxildir. Gözdən əlillərə informasiya texnologiyalarından istifadə qaydaları da öyrədilir. Vurğulanıb ki, gələcəkdə Heydər Əliyev Fondu mərkəzi xüsusi avadanlıqla təmin edəcək və buraya Brayl əlifbası ilə tərtib olunan nəşrlər göndərəcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərkəzin həyətində ağac əkib. Sonra uşaqları Azərbaycan şirniyyatlarına qonaq edən Heydər Əliyev Fondunun vitse-prezidenti onlarla söhbət edib.
Sarayevoya səfəri çərçivəsində Leyla Əliyeva Dostluq parkında olub və burada Xocalı və Serebrenitsa soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət etdi, həlak olmuş insanların xatirəsini anıb.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Mr_Alixan     Baxış sayi: 2834     09.06.2013
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
ŞOK! Məşhur aktrisa evində ölü tapıldı - F.. Müğənni Çingiz Mustafayev yeni qrup yaradıb
Rza Zərrab məhkəmədə sadəcə bir cümlə iş.. Kurtlar Vadisi Pusu kanal tapa bilmir
Azərbaycanlı müğənni: "Məni.. Rəqsanə 8 saatlıq estetik əməliyyat keçirəc..
Polis Rzanın villaları ilə bağlı hərəkətə.. Daş-qaşlı transparan geyimi ilə gecəyə damğ..
Ebru Gündeş məhkəmədə ifadə verdi "Atamla aramda 45 yaş fərq var"
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
canim
Qısa məlumat
canim
: qiymət: 0
Tarix: 24.08.2013 | # 3




Kimise qovmaq isteseniz evvelce redaktorlardan bawlayin.Lalem demiwken bu sayt hecvaxt 1-ci olmayacaq.

 

Huseyn
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi Ayın Qalibi Xəbərlər Üzrə Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Xəbərlər Üzrə Seçilmiş istifadəçi
Huseyn
: qiymət: 0
Tarix: 09.06.2013 | # 2
twk



Sözü Hədəfinə Çatdırmaq üçün Quşdamaq Yox Tuşdamaq Lazimdi ! 

 

polemick
Qısa məlumat

İdarə Heyətinin Professional Üzvü
polemick
: qiymət: 0
Tarix: 09.06.2013 | # 1
he cox gozel xeberdi cox saqol





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 3
Qonaqlar: 128
Cəmi: 131
Bu gün saytda olanlar

Hal-hazırda saytda
AYXAN_
Natiiiiq1
Umutsuz
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116430
Sayğaclar



Mp3 yukle