reklam
Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb https://sun.az/uploads/posts/2023-11/1699612875_fotojet-5.jpg
HASANLY

HASANLY Xəbərlər 10-11-2023, 14:41

Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb

Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb
Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub.

“Report”un yerli bürosu xəbər verir ki, anım mərasimində əvvəlcə böyük türk xalqının xilaskarı Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya abidə önünə gül çələngi qoyub.

Tədbirdə dövlət nümayəndələri, türkiyəli iş adamları və qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.
Anım tədbiri Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam etdirilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
54 84 72 72 86 68

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.