reklam
Azərbaycanda faciəvi sevgi dramı: qız özünü qayadan atdı Azərbaycanda faciəvi sevgi dramı: qız özünü qayadan atdı http://sun.az/uploads/posts/2017-10/thumbs/1507751952_b_520_0_16777215_0___images_stories_004oktyabr_qaya.jpeg
Mələy0001

Mələy0001 Azərbaycan 11-10-2017, 23:59

Azərbaycanda faciəvi sevgi dramı: qız özünü qayadan atdı

Azərbaycanda faciəvi sevgi dramı: qız özünü qayadan atdı




Qusar rayonunda baş vermiş dəhşətli intiharın təfərrüatı məlum olub.
Lent.az xəbər verir ki, 2000-ci ildə Gədəzeyxur kəndində anadan olan və ailəsi ilə birgə Qusar şəhəri yeni yaşayış massivində yaşayan Nuranə Atluxanova sevdiyi şəxsə görə həyatına son qoyub.
Araşdırmalar zamanı məlum olub ki, N.Atluxanovanın ailəsi onun sevdiyi şəxslə ailə qurmasına razı olmayıb. Əvəzində Nuranənin başqa şəxslə evlənməsini istəyiblər. Orta məktəbi bu il bitirən 17 yaşlı qız isə bununla razılaşmayıb.
Dünən ailədə bu məsələ yenidən münaqişəyə səbəb olub və gənc qız evdən qaçıb. Ailə üzvləri dərhal polisə xəbər veriblər, həmçinin özləri axtarışa başlayıblar. Çox keçmədən 17 yaşlı Nuranənin özünü yaşadığı evdən bir qədər aralıda yerləşən 8-10 metr hündürlüklü qayadan atdığı məlum olub. Ailə üzvləri Nuranəni axtararkən qayanın ətrafına polislərin yığıldığını görüblər və yaxınlaşdıqda dəhşətli mənzərə ilə qarşılaşıblar.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Qeyd edək ki, N.Atluxanovanın 17 yaşı bu ilin 29 iyulunda tamam olubmuş.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
418 422 404 440 400 402

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.