reklam
Çiyələkli bitter tort Çiyələkli bitter tort http://sun.az/uploads/posts/2017-12/1512390796_picsart_12-04-04.15.16.jpg
ÊLfidÂ

ÊLfid Mətbəx 4-12-2017, 16:38

Çiyələkli bitter tort

Çiyələkli bitter tort
Çiyələkli bitter tort


Tərkibi:

`4 yumurta
`4 qəhvə fincanı un
`4 qəhvə fincanı şəkər tozu
`3 yemək qaşığı kakao
`1 paket qabartma tozu
`1 paket vanil

Şokoladlı krem üçün:


`2.5 su stəkanı süd
`1 yumurta
`1 paket vanil
`2 yemək qaşığı un
`1.5 çay stəkanı toz şəkər
`2 yemək qaşığı acı kakao
`1/3 su stəkanı nişasta
`1 yemək qaşığı kərə yağı
`100 qr bitter şokolad

Kənarları üçün:


`200 qr bitter şokolad 

Hazırlanması: 


Toz şəkəri və yumurtaları dərin bir qaba alıb, mikser ilə təxminən 7-8 dəqiqə çırpın.
Şəkərlər əriyincə, üzərinə ələdiyiniz kakaonu, unu, qabartma tozunu və vanil əlavə edin. Yağladığınız 20 sm-lik keks qabına vəsaiti əlavə edin.
Əvvəldən isidilmiş 160 dərəcə sobada 45-50 dəqiqə bişirin.
Krem üçün şokolad, vanil və kərə yağı xaric bütün vəsaitləri əlavə edib, yaxşıca qarışdırın.
Kakao, un və nişastanı əritdikdən sonra qazanı ocağa qoyun.
Pudinq qatılaşana qədər qarışdırın.
Qatılaşandan sonra ocaqdan götürün.
Üzərinə kərəyağı, vanil və şokoladı əlavə edib, qarışdırın.
Keksi iti bir bıçaq köməyiylə eninə ikiyə bölün.
Birinci mərtəbəyə pudingin yarısını töküb, yayın.
Çiyələyin yarısını üzərinə paylaşdırın.
İkinci qat keksi üzərinə qoyun.
Qalan kremi üzərinə və kənarlarına yayın.
200 qr bitter şokoladı əridin.
Tortun yüksəkliyinə və eninə görə kəsdiyiniz yağlı kağızın üzərinə töküb, yayın.
Qalan çiyələklərlə isə tortun üzərini bəzəyin.
Şokolad qıvrılacaq qədər sərtləşdikdən sonra hazırladığınız tortun kənarlarını örtün.
Soyuducuda gözlədin.
Qatılaşdıqdan sonra yavaş bir şəkildə kağızı şokoladın üzərindən alın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
391 414 353 426 500 426

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.